USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Vladimir Putinin bəyanatı bir daha qeyd etdi ki, Qarabağ Azərbaycandır

Vladimir Putinin bəyanatı bir daha qeyd etdi ki, Qarabağ Azərbaycandır
15-09-2023

BAKI, Azərbaycan

Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin deyib ki, Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.

"Ermənistan rəhbərliyi açıq şəkildə bildirib ki, Azərbaycan SSR-in 1991-ci ilə qədərki ərazisini tanıyır və Qarabağın özünün də daxil olduğu rəqəmi açıqlayıb. Bu, bizim qərarımız deyil, Ermənistan rəhbərliyinin qərarıdır", Putin deyib.

Putin əlavə edib ki, əgər Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, Qarabağın statusunu Ermənistan özü müəyyənləşdirib.

Vladimir Putin bundan əvvəl də “Şərq İqtisadiyyat Sammitində” deyil, ondan əvvəl də qeyd etmişdi ki, Qarabağ məhz Azərbaycan ərazisidir.

Putin bunu birmənalı şəkildə konkret olaraq demişdi”.

Bu barədə danışan deputat Arzu Nağıyev bildirib ki, son vaxtlar erməni kütləvi informasiya vasitələrində də, digər istiqamətlərdə də tək Paşinyan hakimiyyəti deyil, eyni zamanda onlara müxalif olan qüvvələr də, Rusiyaya qarşı bir neçə ciddi bəyanatlar verdi.

Onun sözlərinə görə, bəyanatlarda paralel olan məsələlərdən də biri məhz ABŞ-ın hərbi kontingenti ilə birgə hərbi təlimlərin keçirilməsi, eyni zamanda Rusiya yönümlü iki jurnalistin həbs edilməsi, Paşinyanın həyat yoldaşının məhz humanitar yardımla dolu gedib, Ukraynada müəyyən bəyanatlar verməsi iki dövlət arasında olan münasibətlərə müəyyən qədər xələl gətirən addımlardır.

-Arzu Nağıyev

Deputat Arzu Nağıyev bildirib ki, Vladimir Putinin verdiyi bəyanat tək Ermənistan dövləti üçün deyil, bütün kənar dövlətlərə də mesajdır.

Ermənistan Rusiyanın forpostu olmasına baxmayaraq, bu gün onların arasında çox ciddi narazılıqlar var.

Paşinyanın da son vaxtlar ciddi cəhdlə Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü olması, eyni zamanda bu bəyanatı verməkdə əsas məqsədi o idi ki, Rusiya kontingenti mütləq bu işlərə qarışsın. Ondan sonra Qarabağ ərazisində olan Rusiya sülhməramlı qüvvələrinə qarşı atdıqları addımlar, onlara qarşı verilən bəyanatlar, bunlar kompleks şəkildə gətirib elə bir vəziyyətə çıxardı ki, artıq Rusiya öz fikrini ən yüksək səviyyədə bildirməli oldu”-deyən deputat bildirib ki, Ermənistan ərazisində 102 saylı böyük bir baza, eyni zamanda hərbi baza və aviasiya bazası - bu məsələlər ola-ola müxtəlif vizual kəşfiyyatçıları, jandarm qüvvələrini silahlandıraraq, birmənalı şəkildə Ermənistan ərazisinə gətirmək özü də Rusiya üçün xoş deyildi.

Arzu Nağıyev bildirib ki, ermənilər belə düşünürdü ki, Rusiya-Ukrayna müharibəsində Rusiya zəifləyir və onu ciddi cəhdlə nüfuzdan salacaq, İranla və ya digər dövlətlər ilə birlikdə artıq digər nüfuz sahibi olan dövlətləri bura yığa biləcəklər.

Birləşmiş Millətlər Təşkilatı səviyyəsində hətta müəyyən məsələləri qaldırdılar.

Orada da məlum oldu ki, heç vaxt Ermənistanla bağlı Rusiyaya qarşı hansısa bir addım atılmayacaq. Azərbaycanla bağlı hansısa qətnamə qəbul edilməyəcək. Yəni bunların hamısı kompleks şəkildə Vladimir Putinin verdiyi bəyanata gətirib çıxardı və o, bir daha qeyd etdi ki, Qarabağ Azərbaycandır”-deyə deputat Arzu Nağıyev bildirib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?