USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Türkiyənin acısı acımız, kədəri kədərimizdir

Türkiyənin acısı acımız, kədəri kədərimizdir
15-02-2023

BAKI, Azərbaycan

-Xalqımız Türkiyədə baş vermiş zəlzələni öz faciəsi kimi qəbul edib

“Türkiyə canımız, ürəyimizdir. Xalqımız Türkiyədə baş vermiş zəlzələni öz dərdi, faciəsi kimi qəbul edib. Çox təəssüf ki, zəlzələnin nəticələri çox ağırdır. 

Dağıntıların miqyasının çox geniş olması nəticəsində insan təlafatları və yaralananlar, o cümlədən dağıntılar altında qalaraq köməyə ehtiyacı olanların sayı çoxalmaqdadır. 

Zəlzələnin baş verdiyi ilk andan Prezidentimiz Türkiyəyə baş sağlığını verdi və yanında olduğunu ifadə etdi. Başqa cür də ola bilməzdi”…

Bu barədə Milli Məclisin deputatı Azər Badamov danışıb. Onun sözlərinə görə, Azərbaycanla Türkiyəni böyük bir tarix birləşdirərək qardaş edib.

-Azər Badamov

“Qardaşlığımız tarixi sınaqlardan çıxdı. 44 günlük Vətən müharibəsi başlananda Türkiyə Prezidentinin bəyan etdiyi hər türlü yardımla Azərbaycanın yanındayıq ifadəsi unudulmazdır. 

Bu gün Azərbaycan da hər cür yardımla Türkiyənin yanındadır. İlk anlardan başlayaraq xilasetmə briqadalarımız, səhra hospitalı heyətlə Türkyiyəyə göndərilmişdir. Bununla yanaşı yardımlarımızın ardı kəsilmir. Xüsusi hesablar yaradılıb zəlzələdən əziyyət çəkənlərə yardım üçün ianələrin yığılmasına başlanıb. 

Bu gün Azərbaycanın hər bir vətəndaşı Türkiyəyə gedib xilasetmə işlərində iştirak etmək istəyir. Arzu edirik ki, həlak olanların və xəsarət alanların sayı daha da artmasın” - deyən deputat vurğulayıb ki, Azərbaycan zəlzələnin fəsadlarını yaxından izləyir.

Deputat bildirib ki, Türkiyənin acısı acımız, kədəri kədərimizdir.

“Həlak olanlara Allahdan rəhmət, xəsarət alanlara tezliklə sağlamlıqlarına qovuşması və səbr diləyirəm”- deyə deputat qeyd edib.

Ötən həftə Türkiyənin Kahramanmaraş şəhərində 7,7 bal gücündə zəlzələ olub. Zəlzələ zamanı minlərlə bina dağılıb. Onminlərlə insan dağıntılar altındadır…

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?