USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Türkiyə zəlzələsinin Azərbaycanla iqtisadi münasibətlərdə görünməyən tərəfləri

Türkiyə zəlzələsinin Azərbaycanla iqtisadi münasibətlərdə görünməyən tərəfləri
18-02-2023

BAKI, Azərbaycan

Türkiyə zəlzələsi Azərbaycanla iqtisadi münasibətlərə təsir edəcəkmi?

Türkiyədə baş verən zəlzələ bir çox ölkələrdə hiss edildiyi kimi, iqtisadi təsirlər də bu və ya digər formada ayrı-ayrı qonşu və partnyor ölkələrdə müşahidə ediləcək.

Dağıntıların orbitində yer alan bölgə Türkiyənin idxalixracında 6-8 faiz paya sahibdir. Bu mənada, xüsusilə yaxın ticarət partnyoru olan ölkəmizin də bu hadisədən müəyyən mənada təsirlənəcəyi gözləniləndir.

Bu barədə danışan iqtisadçı Pünhan Musayev bildirib ki, Türkiyə ilə Azərbaycan iqtisadiyyatını bağlayan əsas sektor elə xarici ticarətdir.

-Pünhan Musayev

Ötən ilin son rəqəmlərinə görə ölkə ixracında Türkiyənin payı 10, idxalda isə daha çox 16%-dir. Son 5 ildə Türkiyəyə ixrac 2 dəfə artaraq, 3.5 milyard dollara çatıb, idxal isə 1 milyard dollar artımla 2.3 milyard dollara yüksəlib. 

Həmçinin, ixracın tərkibində bizim üçün çox önəmli olan qeyri-neft sektoru ixracının payı 700 milyon dollardır ki, bu da ümumi qeyri-neft sektorunda 23%-dən yuxarı səviyyə deməkdir. 

Başqa sözlə, ölkədən ixrac olunan hər 4 qeyri-neft təyinatlı məhsulun 1-i Türkiyə bazarlarına çıxarılır. Bu sıx bağlantılar özünü qarşıdakı dövrdə gedişatdan asılı olaraq, xüsusilə ixrac baxımından, artma və yaxud azalma ilə biruzə verə bilər”-deyə iqtisadçı bildirib.

Onun sözlərinə görə, ikinci vacib məqam, Türkiyənin xarici investisiya reytinqimizdə tutduğu mövqeyi ilə bağlıdır.

Belə ki, ötən il Türkiyədən  Azərbaycan iqtisadiyyatına 752 milyon dollarlıq birbaşa xarici investisiya cəlb olunub ki, (ümumi BXİ-də 16.4% çəki)  bu əvvəlki illə müqayisədə 220 milyon dollar 40%-dən çox artım deməkdir. 

Ən əsası isə, bu investisiyalar hazırda Azərbaycan iqtisadiyyatı və qeyri-neft bölməsi üçün aparıcı drayver olan işğaldan azad edilən bölgələrə, orada nəzərdə tutulan mühim layihələrə (minadan təmizləmə, əhəmiyyətli sənaye və yaşayış infrastrukturunun qurulması) yönəldilib. 

Fəlakətin təsirlərini aradan qaldırmaq üçün Türkiyədə özəl və dövlət maliyyəsinin səfərbər olmasının isə, gözləniləndir ki, xarici sərmayə axınlarına müəyyən təsiri olsun”- ekspert qeyd edib. 

Onun sözlərinə görə, zəlzələnin dağıdıcılıq gücü o qədər şiddətli olub ki, hətta bölgə ilə dərin bağlılığı olmayan sektorlara da təsir edə bilib.

Məsələn, baxmayaraq ki, digər bölgələrə nisbətən turizm dağıntıların qeydə alındığı bölgədə elə də aparıcı sektor deyildi, lakin bununla belə turoperatorların yardım kompaniyalarına başlaması və həmin bölgədən təxliyə edilən insanları müvəqqəti qəbul etməsi Türkiyənin ümumi turizm sənayesində işin ləngiməsi və durğunluğa gətirib çıxaracaq. 

Nəzərə alanda ki, hər il ölkəmizdən minlərlə insanın turist səfərləri məqsədilə üz tutduğu əsas ölkə Türkiyədir, cari durumda qısa müddətlik də olsa, axınların daha uzaq və ya bahalı olduğu ölkələrə getməsinə, beləliklə ölkədən əlavə pul axınına səbəb ola bilər” deyən Pünhan Musayev məsələnin görünməyən tərəflərindən də söz açıb. 

O, qeyd edib ki, bu uzunmüddətli qalıcı ola bilər.

Açıqlamalara görə, həmin bölgədə təxminən 700-800 azərbaycanlı tələbə təhsil alırdı. Təəssüflər olsun ki, həyatını itirənlər də oldu. Yaralanan və sağ qalanlar isə çox ciddi psixoloji sarsıntıya məruz qaldılar”-deyən iqtisadçı bildirib ki, onların hər biri Azərbaycanın ölkədən kənar insan kapitalı, ölkə iqtisadiyyatı üçün potensial insan resursudur.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?