USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Türkiyə və Azərbaycanın birliyi dünyaya nümunə olacaq

Türkiyə və Azərbaycanın birliyi dünyaya nümunə olacaq
14-02-2023

BAKI, Azərbaycan

"Heç bir dövlət bu kimi təbii fəlakətlərdən sığortalanmayıb"

Türkiyənin zəlzələ ilə bağlı dünyaya müraciətindən sonra Azərbaycan tərəfi operativ şəkildə prossesə yanaşdı. Ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Türk xalqına başsağlığı verdikdən sonra azərbaycanlı mütəxəssislər, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, tibbi mütəxəssislər bölgəyə göndərildi. 

Azərbaycanın ayrı-ayrı şirkətləri, Heydər Əliyev Fondu və s. şəxslərin göndərikləri yardımlar Azərbaycan xalqının Türkiyə xalqı ilə qardaşlığından xəbər verir. Azərbaycan təkcə qalib, xoşbəxt Türkiyənin yanında deyil, eyni zamanda çətin günlərdə də Türk qardaşlarının yanındadır”.

Bu barədə Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov danışıb.

O, qeyd edib ki, İkinci Qarabağ müharibəsi dönəmində Türk dövləti Azərbaycan xalqının, dövlətinin yanında idi. Azərbaycana siyasi mənəvi və diplomatik dəstək idi.

-Xəyal Bəşirov

Politoloq hesab edir ki, hazırkı qaranlıq günlərdə Türkiyə dövlətinə və xalqının yanında olmaq kimi mənəvi borcumuz var. Biz bu mənəvi borcumuzu çox yüksək səviyyədə də həyata keçiririk. Azərbaycanla Türkiyənin dünyaya bir qardaşlıq nümunəsi göstərməsi heç bir dövlətin diqqətindən yayınmır.

“Hər bir halda çox ağrılı-acılı bir hadisədir. Heç bir dövlət, heç bir cəmiyyət bu kimi təbii fəlakətlərdən sığortalanmayıb. Türkiyə bu çətinlikdən də başı uca, üzü ağ çıxacaq. 

Bu kimi çətinliklər ayrı-ayrı dövlətləri, o cümlədən də TürkiyəAzərbaycanı daha da sıx birləşdirir və bizi daha da güclü edir. 

İkinci Qarabağ müharibəsindən sonra AzərbaycanTürkiyənin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatı adlı böyük Türk coğrafiyasını əhatə edən yeni bir güc təsis edilib. Bu güc dünyaya açıq şəkildə haqlı məsələlərdə dirəniş göstərmək və öz mövqeyini isbat etmək, öz nüfuzunu qəbul etdirmək əzmindədir”- deyən politoloq Xəyal Bəşirov qeyd edib ki, bütün bu hadisələr tarixdir. Azərbaycan xalqı da Türkiyədə baş verən bu bədbəxt hadisə ilə bağlı növbəti tarixi yazır.

“Bizim bu çətin durumda Türk xalqının yanında olmağımız onlara bir nəfəs verir. Bu prosseslər də arxada qalacaq və yenə də TürkiyəAzərbaycanın birliyi dünyaya nümunə olacaq”-deyə politoloq əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com

Foto: Ahmed Cihan, Bakı

SİZİN DÜŞÜNCELERİNİZ?