USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Türkiyə prezidenti Ərdoğan hər bir şəraitdə ölkəsinin Azərbaycanın yanında olduğunu hiss etdirir…

Türkiyə prezidenti Ərdoğan hər bir şəraitdə ölkəsinin Azərbaycanın yanında olduğunu hiss etdirir…
07-01-2023

BAKI, Azərbaycan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa getməsinin səbəbini açıqladı. Ərdoğan hakim partiyanın iclasında çıxış edərkən region və dünya dövlətləri, eyni zamanda Azərbaycan üçün əhəmiyyətli olan mühüm mesajlar səsləndirdi.

Onlardan biri də “biz Qarabağa ona görə getdik ki, orada bizim qardaşlarımız var və onların olduğu hər yerdə də Türkiyə var” ifadəsi idi.

Türkiyə prezidenti hər bir şəraitdə ölkəsinin Azərbaycanın yanında olduğunu hiss etdirir, dilə gətirir və bu faktı digər üçüncü ölkələrə də çatdırmağa çalışır. 

Məqsəd, əgər Azərbaycana qarşı hər-hansı bir təxribat baş verərsə, o zaman Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanında olacaq bəyanatının bir daha aidiyyəti üzrə çatdırılmasıdır.

Politoloq, tarix üzrə fəlsəfə doktoru Anar Əliyev bildirib ki, Ərdoğan bununla bir daha Azərbaycana qarşı təzyiq və sərt mövqe sərgiləməyi planlaşdıran və nəyəsə nail olmağa çalışan tərəflərə özünün birmənalı mesajını çatdırmış oldu.

-Anar Əliyev-

O, demək istəyirdi ki, əgər belə təzyiqlər olarsa, bu təzyiqlərin qarşısında Azərbaycan dövləti tək deyil, Türkiyə dövləti və onun gücü də Azərbaycanındır.

Əslində bu Cənubi Qafqazda baş verən proseslərin axarını dəyişmək və yeni reallıqlar formalaşdırmaq istəyən bir çox dairələrə, eləcə də İran, Rusiya, qərbi Avropa, Fransa kimi dövlətlərə mesajdır ki, Azərbaycanın yaratdığı yeni reallıqlar və şərtləri qəbul etmək və yalnız bu şərtlər daxilində bölgədə öz fəaliyyətlərini təmin etdirmək mümkündür.

Əks halda həmin dövlətlərin Cənubi Qafqazda baş verən prosseslərdə iştirakçıya çevrilmək şansları mövcud deyil. Əks mövqe ortaya qoyacaq dövlətlərin qarşısında həm də Azərbaycan- Türkiyə birliyi dayanacaq”-deyən politoloq hesab edir ki,

Ərdoğanın bu çıxışı 15 iyun 2021 - ci ildə imzalanmış “Şuşa bəyannaməsi” nin tərəflərinə uyğun olaraq səsləndirilmiş bir fikirdir.

AzərbaycanTürkiyə arasında münasibətləri strateji müttəfiqlik mərhələsinə qaldıran həmin bəyannamədə Azərbaycana və ya əksinə Türkiyəyə qarşı ola biləcək təhdidlər zamanı hər iki dövlətin ordusunun, xalqının, birgə çıxış edəcəyi açıq şəkildə qeyd olunubdur.

Bu bölgə maraqlarının təmin olunmasında fəal, aktiv çıxış etməyi arzulayan bir çox dairələr üçün kifayət qədər məhdudlaşdırıcı bənddir.

Anar Əliyevin fikrincə, bu razılaşmalar bir çox dövlətlərin Cənubi Qafqazda, xüsusilə də Ermənistan- Azərbaycan arasındakı münasibətlərin mövcud vəziyyətinin formalaşmasına təsir imkanlarını kifayət qədər azaldıb, zəiflədib.

Belə bir bəyanatın AK partiyanın iclasında səsləndirilməsi də əslində yeni ildə daha aktiv, fəal şəkildə Cənubi Qafqaz prosseslərinə müdaxilə etmək istəyində olan tərəflərə növbəti xəbərdarlıq mesajı kimi qiymətləndirilə bilər. 

Bunu həm də AzərbaycanTürkiyə liderləri İlham ƏliyevRəcəb Tayyib Ərdoğan arasındakı dostluq- qardaşlıq münasibətlərinin bölgə siyasətinə təsiri kimi qiymərləndirirəm.

Məhz 21-ci əsr, həm də qlobal siyasətdə şəxsiyyətlərarası münasibətlərin rolunun artması ilə müşahidə olunur. 

İlham ƏliyevRəcəb Tayib Ərdoğan münasibətlərinin bu dərəcədə yüksək olması dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin tarixdə görünməmiş ən üst mərhələyə daşınması ilə nəticələnib. 

Bu münasibətlər AzərbaycanTürkiyə maraqlarına xidmət etməklə yanaşı, bütövlükdə bölgə xalqlarının, dövlətlərinin maraqlarına hesablanıb.

Bu münasibət bölgənin sülh, barış ərazisinə çevrilməsinə ciddi təsir edəcək".

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?