USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Türkiyə enerji siyasətini Azərbaycanla birlikdə həyata keçirir

Türkiyə enerji siyasətini Azərbaycanla birlikdə həyata keçirir
08-08-2023

BAKI, Azərbaycan

Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq strateji əhəmiyyət daşıyır.

Bu barədə bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. O, qeyd edib ki, AzərbaycanTürkiyə Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Hakan Fidan bildirib ki, bu sahıdə əməkdaşlıq təkcə iki ölkənin məsələsi deyil, həm də qlobal məsələdir. Nazir Hakan Fidanın fikrincə yaxın zamanlarda Avropada enerji böhranı gözləniləndir.

Politoloq Turab Rzayev bildirib ki, Azərbaycanla Türkiyə arasında enerji sahəsində xüsusi əməkdaşlıq mövcuddur, iki ölkə strateji əməkdaşdır.

-Turab Rzayev

Azərbaycanla Türkiyənin demək olar ki, infrastrukturu bir-birinə inteqrassiya olunub.

Bundan başqa demək olar ki, Türkiyə enerji siyasətini Azərbaycanla birlikdə həyata keçirir. Azərbaycanın bütün neft, qaz, strateji enerji xətləri Türkiyə istiqamətinə yönəlib.

Bundan başqa hal-hazırda dolayı yolla QazaxıstandanTürkmənistandan gələn neft-qaz, neft məhsulları və digər maddələr də AzərbaycanBakı-Tbilisi-Kars dəmir yolu istifadə olmaqla Türkiyə üzərindən Qərbə çıxarılır.

Qazaxıstan nefti artıq Səngəçal terminalından, Bakı Tbilisi-Ceyhan vurulmağa başlanılıb və ordan Türkiyəyə ötürülür.

Gələcəkdə təkcə Türkiyənin özünün deyil, Avropanın qaz enerji təhlükəsizliyində də həm təbii qaz məsələlərinə görə, həm də neft məsələlərinə görə, Azərbaycan xüsusi rol oynayacaq.”

Politoloq Turab Rzayev hesab edir ki, yaxın gələcəkdə təkcə Azərbaycanın öz təbii qazının deyil, eyni zamanda Türkmənistan qazının da Türkiyə üzərindən Avropaya çıxarılması nəzərdə tutur.

Xəzər qaz kəmərinin çəkilməsi nəzərdə tutulur ki, bununla bağlı Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli görüşlər həyata keçirilir. Bundan başqa bilirsiniz ki, bu yaxınlarda Abşeron yatağı istismara verildi. “Azərçıraq-Günəşli” yatağının yeni bir bloku istismara verildi. Bu da həm təbii qazın, həm də qaz kondensatının artırılmasına səbəb olacaq. Bu isə, Türkiyənin artan enerji ehtiyaclarını ödənməsində xüsusi yol oynayacaq”-deyən politoloq vurğulayıb ki, Azərbaycan TürkiyədəPetkim” şirkətində sahiblik edir.

Şirkət Türkiyənin neft məhsulları təminatında xüsusi rol oynayır.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?