USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Sülh prosesində Türkiyə bütün varlığı ilə Azərbaycanın yanında olub amma Amerika və Qərb dünyası bunu istəmir

Sülh prosesində Türkiyə bütün varlığı ilə Azərbaycanın yanında olub amma Amerika və Qərb dünyası bunu istəmir
10-08-2023

BAKI, Azərbaycan

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller hesab edir ki, digər ölkələrin bunu necə şərh etməsindən asılı olmayaraq, Ermənistanla Azərbaycan arasında sülh çox yaxındır.

Miller Rusiyanın mövqeyindən danışmaq istəməsə də qeyd edib ki, o bu münaqişənin birbaşa tərəfi olan iki ölkə haqqında danışmaq istəyir.

Bu ölkələrlə birbaşa əlaqəmiz olub, keçən həftə xüsusi nümayəndə (Luis Bono) bölgəyə səfər edib, onlarla birbaşa əlaqə saxlayıb. İnanırıq ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin şərhlərindən asılı olmayaraq, razılaşma yaxın olaraq qalır və biz buna nail olmaq üçün onlarla işləməyə davam edəcəyik”, - deyə Miller bildirib.

Miller ABŞ-ın Türkiyənin bu məsələdə təsirli rol oynaya biləcəyinə inandığına əminliyini ifadə edib.

Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, açıqlamadan da göründüyü kimi artıq ABŞ siyasi dairələrində də Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasının başlamaq üzrə olduğu görünür.

-“Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı

Şərhçi qeyd edib ki, bu proseslərdə ABŞ kənarda qalmaq istəmir.

O, İkinci Qarabağ savaşındakı mövqeyindən dolayı bu proseslərdən kənarda qaldığının fərqindədir. Artıq xeyli zamandır ki, ABŞ bu proseslərin içərisində yer almaq istəyir.

Bu proseslərdə ABŞ, FransaRusiyanın fəallığını görüb Amerikanın da həmsədr ölkə kimi bu proseslərin içərisində aktiv olmasını istəyir. Bu səbəbdən də bu açıqlamalar təsadüfi deyil.

Metyu Miller Rusiya məsələsinə toxunur və burada əslində dolayısı ilə Rusiyanın da ölkəsini proseslərdən kənarda tutmağa çalışdığına işarə edir.

O, qeyd edir ki, ErmənistanAzərbaycana gəldikdə isə, Rusiyadan danışmaq istəmirəm.

Amerika artıq bu sülh müqaviləsinin yaxınlaşdığını görür və proseslərdə aktiv şəkildə yer alıb, Cənubi Qafqazda aktiv rol alan ölkələrdən birinə çevrilmək niyyətindədir.

Çünki özüdə yaxşı fərqindədir ki, yəni bu proseslərdə aktiv şəkildə yer almadan Cənubi Qafqazda söz sahibi ola biləcək və yaxud da nüfuzu yüksək ola biləcək ölkələrdən birinə heç zaman çevrilə bilməyəcək”-deyə Cavanşir Abbaslı qeyd edib.

O, hesab edir ki, Metyu Millerbu sülh prosesinin baş tutması üçün onlarla işləməyə davam edəcəyik” deyərkən əslinə qalsa gələcəyə yönəlik mesajlar verilir.

Millerin Türkiyə ilə bağlı fikirlərinə gəldikdə, Abbaslı vurğulayıb ki, ABŞ nümayəndəsi Türkiyənin bu proseslərdən təsirli rola malik olduğu mesajını verir.

Bütün dünyaya məlumdur ki, baxmayaraq ki, Türkiyə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri deyil, amma bu proseslərdə ən aktiv yer alan ölkələrdən biridir.

Biz bunu İkinci Qarabağ savaşında çox açıq şəkildə görmüşük. Türkiyə bütün varlığı ilə Azərbaycanın yanında olub. Sonrakı proseslərdə də, Türkiyə öz varlığını proseslərin içərisində hiss etdirib.

Əslində Türkiyənin bu proseslərdə aktiv şəkildə yer almasını AmerikaQərb dünyası istəmir. Bu səbəbdən də, tərəflərdən biri kimi deyil, Türkiyənin sadəcə təsirli rol ala bilmə ehtimalını önə çəkir”-deyə Abbaslı əlavə edib.

Politoloq hesab edir ki, bu gün bu proseslərdə Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqları prosesində, Amerika, Fransa və digər Avropa ölkələrindən Türkiyə daha təsirli rola malikdir.

Burada Amerika tərəfindən sülh prosesinə mane olmaq üçün Rusiyanın cəhdləri də önə çəkilir. Haqlı fikirlər səslənir, haqlı mövqelər ifadə olunur. Çünki Rusiya bildiyiniz kimi son zamanlar yenidən dövriyyəyə girib və sülh prosesinin qarşısını almaq üçün bütün yollara əl atır”-deyən Abbaslının fikrincə, Amerika Rusiyadan daha çox sülh prosesinin əldə olunmasına nail olmaq istəyir və çalışır.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?