USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

COP 29-a Azərbaycanın ev sahibliyi etməsinin nə kimi əhəmiyyəti var?

COP 29-a Azərbaycanın ev sahibliyi etməsinin nə kimi əhəmiyyəti var?
29-05-2024

COP 29-a Azərbaycanın ev sahibliyi etməsinin nə kimi əhəmiyyəti var?

BAKI, Azərbaycan

Dövlət başçısının “Euronews” kanalına verdiyi müsahibədə COP 29-un keçirilməsi barədə mesajlar dəqiq olmaqla yanaşı, məhz dünya ölkələrinin yekdil qərarı ilə tədbirə ev sahibliyi etməsi üçün rəsmi Bakının seçilməsinin bir daha nə qədər doğru və məntiqli olmasını nümayiş etdirdi.

- COP 29-a Azərbaycanın ev sahibliyi etməsinin həm ölkəmiz, həm də dünya üçün nə kimi əhəmiyyəti var?

Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, dövlət başçısının “Euronews” kanalına verdiyi müsahibədə COP 29-un keçirilməsi barədə mesajlar dəqiq olmaqla yanaşı, məhz dünya ölkələrinin yekdil qərarı ilə tədbirə evsahibliyi etməsi üçün rəsmi Bakının seçilməsinin bir daha nə qədər doğru seçim olmasını nümayiş etdirdi.

COP 29-un yekdil qərar ilə rəsmi Bakıya həvalə olunması ölkəmizin qazandığı tarixi qələbənin bir daha dünya tərəfindən qəbulunu göstərir.

-Müşfiq Cəfərov

İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var.

Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər. Əslində, COP 29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir”-deyə Müşfiq Cəfərov əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycanın da belə bir möhtəşəm tədbirin keçirilməsi üçün seçilməsi təsadüfi deyil.

"İqlim dəyişmələrinin qarşısının alınması ilk növbədə istixana effektini törədən qazların atmosferə buraxılmasını ya sıfır səviyyəsinə endirilməsini, ya da əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. Bu da öz növbəsində enerji transformasiyanın əsas istiqaməti olan bərpa olunmayan enerji mənbələrindən bərpa olunan enerjiyə keçmək deməkdir.

Dünya İqtisadi Forumu bu prosesləri son onillikdə, yəni 2014-2023-cü ildə dünya ölkələrində necə getdiyini təhlil edib. Enerji keçidinə xidmət edən bütün istiqamətlərində Azərbaycanda sürətlə irəlilədiyi məlum olub. Bu öz əksini ölkədə energetika infrastrukturunun tam yenilənməsi, enerji təminatının yüksək səviyyədə və təhlükəsiz şəraitdə təmin edilməsi, sahəyə məqsədli investisiya və digər fəaliyyətlərdə öz əksini tapıb.

Azərbaycanın enerji transformasiya sahəsində lider olması bu fəaliyyətlərin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir"-deyə Müşfiq Cəfərov bildirib.

Deputatın fikrincə, COP 29 sessiyasının Bakıda keçirilməsi təsadüfi xarakter daşımır və ölkədə innovasiyaların inkişaf strategiyasının nəticəsidir.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?