USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Yaz aylarında intihar daha çox olur və qışda az olur!.. Amma…

Yaz aylarında intihar daha çox olur və qışda az olur!.. Amma…
24-04-2024

Yaz aylarında intihar daha çox olur və qışda az olur!.. Amma…

BAKI, Azərbaycan

Hələ 19-cu əsrin əvvəllərində tədqiqatçılar müəyyən etmişdilər ki, intiharların zirvəsi yazda, ən azı qışda olur. İsveçin Uppsala Universitetinin psixiatriya professoru Fotis Papadopulosun fikrincə, qış fəslinə nisbətən intihar hadisələri yazda 20-60 faiz artır.

Tədqiqatlar göstərir ki, yayda qanda serotoninin səviyyəsi qışa nisbətən daha yüksək olur və qan testi aparılarkən serotonin sintezi ilə gündə neçə saat günəş işığı olması arasında birbaşa əlaqə var.

Kliniki-psixoloq Ramin Hacıyev bildirib ki, belə bir düşüncə var ki, “yaz aylarında intihar daha çox olur və qışda az olur”. Amma bu biraz inanc kimidir. Yəni bu tam statistik əsaslı bir elmi məlumat deyil. Burada səbəblər müxtəlif ola bilər. Ancaq insan intihar edəcəksə onu qışda da edə bilər, yazda da və s. Səbəblərə gəldikdə, psixoloq bildirib ki, burada müxtəlif ola bilər.

-Ramin Hacıyev

Ailədaxili mövzular ola bilər, qarşılıqsız sevgi ola bilər, insanın psixoloji durumunun yüklü vəziyyəti ilə bağlı ola bilər. Yəni bilirsiniz, bu bir az geniş mövzudur. İnsan həssas psixa ilə adekvat reaksiya vermədiyi üçün öz reallığında intiharı bir növ çıxış yolu kimi görə bilər. Amma bu tamamilə yanlış düşüncədir. Çünki insan varlıq olaraq, hər bir şeyə qadirdir və hərşeyin öhdəsindən gələ bilər. Biz problemlə üz-üzə gəldikdə onun öhdəsindən gəlmək üçün çıxış yolları tapmalıyıq. Bu yanlış yola üz tutub, əl atıb intihar etməməliyik.”

Psixoloq vurğulayıb ki, intihara meyilli insanlar özünə qapanıq olur. Yəni onların normal davranışı ilə o mühitdə olan davranışı tam fərqlənir.

Yəni şəxs məktəbdədirsə, tələbədirsə ona dərs deyən müəllim də hiss edə bilər. Ailədaxili hansısa valideyn öz övladı ilə daim təmasdadırsa o da hiss edə bilər. Bu mövzuda daha diqqətli olmaq lazımdır. Çünki o insanların psixologiyası tam fərqli olur və onlar olduğu çərçivədən kənara çıxır. Yəni davranış baxımından da hər bir şeydə özünü biruzə verə bilər.

Məsələn; internetdə izlədiyi videolar, telefonda axtarış olaraq, yəni o google axtarış sistemində nələr axtarır, bu mövzu ilə maraqlanıbmı və s. Bunlar bizim üçün bir növ ip ucudur ki, biz bilək ki, yəni o həmin adamın düşüncəsində nə kimi dəyişikliklər baş verir”-deyə psixoloq qeyd edib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?