USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

İsraillə İran arasında vəziyyətin gərginləşməsi, Azərbaycana da təsir edəcək

İsraillə İran arasında vəziyyətin gərginləşməsi, Azərbaycana da təsir edəcək
15-04-2024

İsraillə İran arasında vəziyyətin gərginləşməsi, Azərbaycana da təsir edəcək

BAKI, Azərbaycan

Son günlər İsraillə İran arasında vəziyyətin gərginləşməsi, regiona, birbaşa Azərbaycana təsirsiz ötüşməyəcək. Münaqişə tezliklə həll olunmazsa, həm Azərbaycan, həm də region ölkələri üçün ciddi problemlərə zəmin yarada bilər.

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, ümumiyyətlə hər hansı bir ölkə onun qonşuluğunda, sərhədlərində eskalasiyanın, gərginliyin və müharibənin olmasını arzulamaz.

-Vüqar İskəndərov

Belə hadisələr həmin ölkə üçün də öz mənfi təsirlərini göstərmiş olur. Bu, həmişə belə olub və belə olacaq. Bu səbəbdən də, bütün dövlətlər həm öz sərhədləri daxilində həmdə sərhədlərindən kənarda sərhədləri xaricində qonşuluqda olan ölkələrdə digər münaqişə ocaqlarının, müharibələrin, eskalasiyaların olmasını arzu etmirlər.

Bilirlər ki, onlar da bu hadisələrdən əziyyət çəkə bilərlər. İranın İsrailə PUA-larla, raketlərlə hücum etməsi özü də bir çox mətləbdən xəbər verir. Bu hadisə həm Azərbaycanı, həm Türkiyəni, həm digər qonşu dövlətləri qayğılandırır.

Azərbaycan da bu hadisənin danışıqlar yolu ilə, sülhlə nəticələnməsini arzulayır və Xarici İşlər Nazirliyi bununla bağlı müvafiq bəyanat verib. İran yaxın qonşumuzdur, İsrail də çox strateji əlaqələrimiz olan bir ölkədir. Bu mənada hər iki ölkədə yalnız sülhün əmin-amanlığın olmasını arzu edirik”-deyən deputat vurğulayıb ki, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Müharibə İran ərazisinə keçərsə və İran ərazisində böyük müharibə baş verərsə, alovlanarsa oradakı insanların Azərbaycana kütləvi köçü baş verə bilər.

“Bu, hər zaman belə olub. Biz bunun nəticələrini Suriyadan Türkiyəyə milyonlarla insanın gəlməsi və Türkiyənin hələ də bunun əziyyətini çəkdiyini görürük. Çünki bu dəyişiklik ölkə iqtisadiyyatına, ümumiyyətlə bütün strukturlarına öz mənfi təsirini göstərir.

Başqa bir məsələ də öz vətəndaşlarımızın erməni vandallarının, işğalçılarının torpaqlarımızı işğal etdiyi vaxtda milyona yaxın qaçqın məcburi köçkünün Azərbaycan ərazisinə səpələnməsi və uzun illər boyu ölkə iqtisadiyyatında, sosial və digər sahələrdəki gərginliklərin şahidi olmuşuq.

Təbii ki, bunlar arzuolunmazdır. Bu səbəbdən də, Azərbaycan da İranİsrail arasındakı olan bu gərginliyə görə öz narahatlığını bildirir. Bu məsələdə Azərbaycanda müvafiq dövlət orqanları bütün vacib lazımı addımları atır.

Hər iki ölkə bu gərginliyi aradan qaldırılması üçün yalnız danışıqlar yoluna üstünlük verilməsini arzulayır”- deyə deputat hesab edir ki, bu gərginlik günlər ötdükcə səngiyəcək.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?