USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Azərbaycan quru sərhədlərinin bağlı olmasının turizmə nəkimi təsiri var?

Azərbaycan quru sərhədlərinin bağlı olmasının turizmə nəkimi təsiri var?
19-03-2024

Azərbaycan quru sərhədlərinin bağlı olmasının turizmə nəkimi təsiri var?

BAKI, Azərbaycan

Baş nazir Əli Əsədov bildirib ki, 2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. “Mən buna imza atmışam. Bu, qanunauyğun olaraq baş nazir kimi səlahiyyətimdir”.

Baş nazir bildirib ki, 2021-ci ildə quru sərhədləri bağlı olsa da, ÜDM-in artımı 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb. 2024-cü il üçün iqtisadi artım proqnozumuz 2,6 faizdir.

Baş nazir əlavə edib: “Deputatlardan kimsə artım tempinin 1,1 faiz olduğunu dedi. Bu, elə 1,1 faizdir, 1-in altında deyil. Demirəm ki, bu, idealdır. Mən olanı deyirəm”.

- Bəs ölkənin quru sərhədlərinin bağlı olmasının turizmə nəkimi təsiri var?

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə iyulun 1-nə qədər yenə xüsusi karantin rejimi uzadıldı. Bu da o anlama gəlir ki, hələ də quru sərhədlərimiz bağlı qalacaq.

Quru sərhədlərin bağlı olması bu il gözlədiyimiz turizm statistikasına təsir edəcək. 2019-cu ilin rəqəmlərinə bir az yaxınlaşma imkanımız olacaq.

Ruslan Quliyev vurğulayıb ki, sərhədlər açılsaydı təbii ki, bu rəqəmlər qat-qat artıq olardı. Ekspertin sözlərinə görə, mərhələli şəkildə Gürcüstanla quru sərhəddi açılsa, “İpək yolu” layihəsini uğurla davam etdirmək olar.

Türkiyə-Gürcüstan-Azərbaycan müasir “İpək yolu” marşurutunda hədəf götürülmüşdü ki, 2020-ci ilə qədər 20 milyon adam ziyarət edəcək. Əfsuslar olsun ki, pandemiya buna imkan yaratmadı. Sərhədlər açılsa ən azından hər 3 ölkə üzrə 2026-cı ilə qədər bu rəqəmləri biz yaxalaya bilərik.

Bu gün Türkiyə, Azərbaycan, QırğızıstanQazaxıstanın bu layihədə uğurlu iştirak etməsi və gələcəkdə Özbəkistanın da müasir “İpək yolu” lahiyəsinə qatılması, Azərbaycanın da bir transfer ölkə kimi daha çox pay alma imkanlarını saxlayacaq”-deyən Ruslan Quliyev hesab edir ki, indiki vəziyyətdə əsasən Hindistan, Pakistan, körfəz ölkələrindən, TürkiyədənMDB ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunur.

Ruslan Quliyevin fikrincə, İsrail reysinin də bərpa olunmasından sonra mütəmadi olaraq, bu ölkədən gələn turistlərin sayında da dəyişiklik özünü göstərəcək.

Ekspert əlavə edib ki, quru yolunun bağlı olması turizmə mənfi təsirini göstərməyə davam edir.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?