USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Novruz çərşənbələrinin müxtəlif adət-ənənələri var. Süfrələr açılır, şirniyyatlar bişirilir, evlər təmizlənir

Novruz çərşənbələrinin müxtəlif adət-ənənələri var. Süfrələr açılır, şirniyyatlar bişirilir, evlər təmizlənir
16-03-2024

Novruz çərşənbələrinin müxtəlif adət-ənənələri var. Süfrələr açılır, şirniyyatlar bişirilir, evlər təmizlənir

BAKI, Azərbaycan

Novruz bayramı Azərbaycanın adət-ənənələrini özündə birləşdirən mühim bayramlarımızdan biridir. Novruz bahar bayramı, yeni ilin başlanğıcıdır.

Novruz bayramından əvvəl 4 çərşənbə qeyd edilir. Üçüncü çərşənbəni yel-külək çərşənbəsini keçirdik. Qədim xalq inancına görə, ilk çərşənbədə su təzələnir, durğun sular hərəkətə başlayır. İkinci çərşənbədə od, üçüncüdə yel oyanır. Dördüncü çərşənbədə torpaq ayılır.

Novruz bayramı bir çox maraqlı mərasimləri, ayinləri və adət-ənənələri həyata keçirmək imkanıdır. Novruz çərşənbələrinin müxtəlif adət-ənənələri var. Süfrələr açılır, şirniyyatlar bişirilir, evlər təmizlənir.

Çərşənbə axşamlarında tonqallar qalanır və hər kəs tonqalların üzərindən atlamağa çalışır. Deyilənə görə, tonqalın üstündən atlamaq mənəvi ağırlığı və dərdi, bəlanı köhnə ocaqda yandırır.

Novruzdan əvvəlki dörd bayramqabağı çərşənbə axşamı həyətdə tonqal yandırmaq adətdir. Ruhu və bədəni təmizləmək üçün “ağırlığı-uğurluğum odlara” deyərək yeddi dəfə odun üstündən tullanmaq lazımdır.

Yel çərşənbəsi keçirildi. El arasında bu çərşənbəyə "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə" də deyilir. Bu çərşənbədə oyanan yel canlanan suyuodu hərəkətə gətirir.

Yel çərşənbədə həyata keçirilən Yel Baba (Dədə Külək) ritualı uzaq əcdadlarımızın külək "tanrı"sına inamı ilə bağlıdır. Belə ki, qədim zamanlarda insanlar külək çərşənbəsini qeyd etmək üçün küləyə həsr edilən mahnılar oxuyardılar. Onlardan biri də folklorumuzda bu günə qədər gəlib çıxan “Yel Baba” mahnısıdır.

Yel çərşənbəsində külək artıq torpaq üzərində əsməyə başlayır, bitkilər çiçək açır, hər yer yaşıllaşmağa başlayır və s.

Papaq atmaq…

Qədim dövrlərdən bəri Novruz bayramının gözəl adət-ənənələri olub. Təəssüf ki, onların çoxu unudulub. Bunlardan biri “papaq atmaq” ənənəsidir.

Bu ənənə ötən illərə qədər davam edirdi. Qapıya atılan papağı boş qaytarmaq olmazdı. Papağa dadlı şirniyyatlar, evdə bayram üçün aldığınız nemətlərdən az da olsa qoymaq şərt idi.

Novruz çərşənbələrinin özünə məxsus falları var. Bunlardan biri qulaq falıdır. Ürəyində bir arzu tutub, qonşunun pəncərsinə və ya qapısına yaxınlaşıb qulaq asırsan, eşitdiyin ilk söz sənin arzunun həyata keçib-keçməyəcəyindən xəbər verəcək.

Buna görə də deyirlər ki, heç olmasa çərşənbələrdə, bayramlarda xoş sözlər danışın.

Novruz adətlərindən biri də yumurta döyüşdürməkdir. Oyunun nəticəsindən asılı olaraq bir tərəf, yəni uduzan tərəf digərinin tələblərini yerinə yetirirdi. Novruzda yumurta rəngləmək adətdir. Adətən qırmızı rəngə üstünlük verilir. Burada qırmızı xoş gün rəmzidir.

Novruzda qohumların, qonşuların evlərinə gedib bayram payı paylamaq adətdən idi. Bu, xeyirxahlığın və dəstəyin əsas əlaməti hesab edilirdi.

Novruz çərşənbələrində ailə üzvlərinin sayı qədər şam yandırmaq da adətdir. Yəni uşaq və böyük bir-birindən fərqlənməməlidir. Bu ritualın məntiqi belədir. Deyilənə görə, əvvəllər hərkəsin adına məşəl yandırılırmış. Sonradan bu şamla əvəz edilir.

Şam insanı pis ruhlardan qoruyan oddur. Siz onları söndürə bilməzsiniz, onlar sona qədər yanmalıdırlar.

Novruzda bütün ənənəvi Azərbaycan şirniyyatları şəkərbura, paxlava, badam-bura, qoğal və s. hazırlanır. Şirniyyatların hazırlanması prosesi bir neçə gün əvvəldən başlayır. Maraqlısı budur ki, bu bayramda hər simvolun öz şərhi var. Belə ki, Novruz bayramı üçün evdə hazırlanmış şirniyyatların həm müqəddəs, həm də "astronomik" əhəmiyyəti var.

Məsələn; şəkərbura həm yeni ayın simvolu, həm də qadın rəmzidir və üzərindəki naxışlar qoruyucu duadır.

Paxlava insan yaradılışının, yerin və günəşin simvoludur. Eyni zamanda bayram üçün bəzədilmiş xonça əllə yığılan kiçik dünya maketinə bənzəyir. Bu xonçada toxum torpağı, şəkərbura - ayı, qoğal - günəşi, paxlava - insanı, şam - atəşi, yumurta isə həyat verən dünyanı bildirir.

Novruza hazırlıq bayrama bir neçə həftə qalmış başlayır və ilk addım bayram süfrəsinin vazkeçilməz atributu olan səməni yetişdirməkdir. Yerli inanclara görə, cücərmiş buğda firavanlığın və bərəkətin simvoludur. Səməni ancaq evinizdə yetişdirilməlidir.

Novruz falları…

Novruz ailə qurmaq istəyən qızların səbirsizliklə gözlədiyi fal zamanıdır. Novruzun gənclərlə bağlı müxtəlif falları var. Bura üzük, iynə, su və s. daxildir. Onlar haqqında ilaxır çərşənbə ilə bağlı yazımızda geniş və ətraflı danışacağıq.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?