USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Fransa və Ermənistan, regiona sülhün gəlməsinə qarşı çıxır

Fransa və Ermənistan, regiona sülhün gəlməsinə qarşı çıxır
27-02-2024

Fransa və Ermənistan, regiona sülhün gəlməsinə qarşı çıxır

BAKI, Azərbaycan

Fransanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı "X" hesabında etdiyi paylaşımda “Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə şərikik. Belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olması üçün çalışmaq lazımdır” yazılıb.

Xalqımızın qəminə şərik olduğuna görə Fransa səfirliyinə təşəkkür edirəm. Amma Fransa səfirliyiFransa dövləti paylaşımdakı ifadələrdə səmimi olsaydı, daha yaxşı olardı.

Xalqımızın qəminə şərikdirlərsə, Xocalı soyqırımını tanısınlar və bu soyqırımı törədənlərin cəzalandırılması üçün Azərbaycana dəstək versinlər”.

Bu barədə Milli Məclisin deputatı Azər Badamov danışıb.

Deputat qeyd edib ki, Fransa səfirliyi sülhün bərqərar olmasına çalışmaqdan danışdığı halda, Fransa dövləti Ermənistanı silahlandırır və müharibənin yenidən baş verməsi üçün çalışır.

Fransa dövləti soyqırımların və müharibələrin yenidən baş verməsini istəmirsə, Ermənistanı silahlandırmağa və Azərbaycana qarşı qərəzin nümayiş etdirilməsini dayandırmalıdır.

Bu gün Ermənistanın işğal edərək, soyqırımlar törətdiyi əraziləri işğaldan azad etmişdir.

-Azər Badamov

Xocalıya həyat yenidən qayıdır. Azərbaycan bir daha müharibənin təkrarlanmasını istəmir və sülhü dəstəkləyir.

FransaErmənistan, regiona sülhün gəlməsinə qarşı çıxır. Unutmasınlar ki, Azərbaycan heç də 90-cı illərin Azərbaycanı deyil.

Biz həm ölkəmizin suverenliyinin qorunmasına, həm də Xocalı soyqırımı törədənləri beynəlxalq məhkəmə qarşısına çıxartmağına qadirdir.

Fransa səfirliyinin paylaşımında “Cinayət cəzasız qalmamalıdır” ifadəsini də yazsaydılar yenə başa düşülən olardı”-deyə deputat əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?