USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Azərbaycana gələnlərin sayı ildən ilə artır… Azərbaycanlılar isə daha çox Rusiya, Türkiyə və İrana üstünlük verirlər

Azərbaycana gələnlərin sayı ildən ilə artır… Azərbaycanlılar isə daha çox Rusiya, Türkiyə və İrana üstünlük verirlər
31-01-2024

Azərbaycana gələnlərin sayı ildən ilə artır… Azərbaycanlılar isə daha çox Rusiya, Türkiyə və İrana üstünlük verirlər

BAKI, Azərbaycan

Pandemiyadan sonra Azərbaycandakı miqrasiya mənzərəsində ciddi dəyişikliklər baş verib.

Miqrasiya prosesləri intensivləşir. Azərbaycana gələnlərin sayı ildən ilə artır.

2022-ci ildə Azərbaycana gələn əcnəbilərin sayı 1 milyon 602 min nəfər idisə, 2023-cü ilin statistikasında 2 milyon 100 minə yaxın olub. 2023-ci ildə gələnlərin sayı 2 milyon 100 minə yaxın olmuşdu ki, bu da 2022-ci illə müqayisədə 30% artım deməkdir.

Bu barədə danışan "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, burada söhbət ölkəyə gələn əcnəbilərdən gedir.

Amma turist kimi gəlib, 15 gün ölkə ərazisində olan və gedən əcnəbilər Dövlət Miqrasiya Xidməti orqanlarında qeydiyata alınmırlar.

Yəni 15 gündən artıq kim qalırsa, onlar 15 gün ərzində olduqları yer üzrə qeydiyata düşməlidirlər.

2023-cü ildə 372 185 nəfər, 2022-ci ildə bu rəqəm 314329 nəfər olub.

2022-ci illə müqayisədə bu 57 806 nəfər və ya 15,5% deməli artımdır.

Ekspert vurğulayıb ki, ümumilikdə ölkəyə gələn əcnəbilərin sayında 30% artım var. Amma olduğu yer üzrə qeydiyyata düşən və 15 gündən artıq ölkə ərazisində qalan şəxslərin sayında 15,5 % artım olub.

Azər Allahverənov bildirib ki, bu ildən ilə Azərbaycana gələn miqrantların sayında artımların olduğunu sübut edir.

Azərbaycanın miqrasiya etdiyi ölkələr dəyişilməz qalır. Bu ölkələr Rusiya, Türkiyə, Gürcüstan, İran və Ukraynadır. Yay fəslində ərəb ölkələrindən diqqət mərkəzində olan Səudiyə Ərəbistanıdır.

Statistikaya nəzər saldıqda birinci üçlükdə Rusiya, TürkiyəGürcüstan var.

Dekabr ayının statistikasını götürsək, dekabr ayının ilk üçlüyündə Rusiya, TürkiyəHindistan var. Dördüncü yerdə İran, beşinci yerdə isə, ərəb əmirlikləridir.

Noyabr ayının statistikasına baxsaq, noyabr ayının statistikasında Rusiya, Türkiyə, İran, Hindistan, Gürcüstandır. Bu beşliyin 4-cü, 5-ci yerləri mütəmadi olaraq dəyişir. Amma ilk yerlərdə Rusiya, Türkiyəİrandır.

Azərbaycana Rusiya, Türkiyə, İran, Hindistan, Gürcüstan, Səudiyyə Ərəbistanı, QazaxıstanPakistandan daha çox əcnəbi gəlir. Bu siyahıda Özbəkistan, Ukrayna da var.

Yəni ilk onluq Ukrayna ilə yekunlaşır. Bizim bu dövlətlərlə, çox sıx intensiv miqrasiya mübadiləmiz var”-deyə Azər Allahverənov əlavə edib.

Mütəxəssis bildirib ki, azərbaycanlıların getdiyi də elə ən çox intensiv miqrasiya mübadiləmiz olan ölkələrdir.

Azərbaycanlılar daha çox Rusiya, Türkiyəİrana üstünlük verirlər.

Azər Allahverənovun sözlərinə görə, Türkiyəyə gedənlər daha çox əmək fəaliyyəti ilə məşğul olmağa gedirlər.

İrana gedənlər daha çox ticarət, səhiyyə və ya tibbi müayinə, müalicələr üçün gedirlər.

Rusiyaya gedənlərin böyük əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər, təhsil alanlar və digər məsələlər üçün gedənlərdir.

Avropa ölkələri də müəyyən mənada bizim diqqət mərkəzimizdədir. Müəyyən çətinliklərə baxmayaraq, vizanın alınması və digər məsələlər…

Yenə də Azərbaycanın daha çox üz tutduğu ölkələr Almaniya, PolşaÇexiyadır. Bu ölkələrə getmək istəyən azərbaycanlılar daha çox əmək fəaliyyəti ilə məşğul olmaq istəyən insanlardır. Məqsədlərinə çatmağından aslı olaraq, onların səfərlərinin müddəti də dəyişə bilər”-deyə Azər Allahverənov vurğulayıb. 

"Türkiyədə yaşamaq icazəsi almaq istəyən tələbələrimizə, Azərbaycanın diplomatik korpusu dəstək göstərə bilər"

Türkiyə qardaş ölkədir. Əksər azərbaycanlı gənclər təhsil almaq üçün məhz Türkiyəni seçirlər. Amma son zamanlar tələbələrimiz Türkiyədə ciddi problemlərlə üzləşməyə başlayıblar.

Belə ki, Türkiyədə müəyyən təhsil müəssisələrində təhsil alan tələbələrimiz orada yaşamaq icazəsi almaqda çətinlik çəkirlər.

Problem isə, Köç İdarəsinin tətbiq etdiyi yeni qaydalarla bağlıdır. Belə ki, fərdi evlərdə yaşayan tələbələrdən ayrı-ayrılıqda kirayə müqaviləsi və adlarına abunəlik tələb edilir.

Məlumdur ki, Türkiyədə bir evdə bir neçə tələbə yaşayır ki, onlar ayrı-ayrılıqda kirayə müqaviləsi və abunəlik əldə edə bilməzlər.

Köç İdarəsi isə, bu sənədləri təqdim edə bilməyən tələbələ bir mənalı olaraq “rədd” cavabı verir.

Əslində, Türkiyə Azərbaycanınazərbaycanlıların çox sevdiyi ölkədir. Çünki biz də Azərbaycan Türküyük.

Türkiyə bizə ikinci Vətən kimi olsa da, təəssüf ki, öz vətənimizdə yaşamaq üçün icazə ala bilmirik. Aidiyyatı qurumlar isə, bu məsələdə sadəcə “sus” pozisiyasını tutur...

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, Türkiyədə tələbə olan və Türkiyənin təhsil sistemində mövcud mümkün qanuni yollarla bu ölkədə tələbə statusu almış şəxslər, yaşayış icazəsi almaqda elə də çətinlik çəkmirlər.

-Azər Allahverənov

Yəni burada ola bilər ki, müəyyən çətinliklər olsun. Məsələn; siz qeyd edirsiniz ki, evin kirayə kontraktı ilə bağlı ola bilər. Mənim yaxın çevrəmdə çox saylı insanlar var ki, onlar Türkiyədə yaşayarkən, onların müəyyən bir qismi yataqxanaya qeydiyyatda olurlar.

Yəni həmin o ali təhsil müəssisəsinin yataqxanasında qeydiyyatda olur, digər bir qismi də evlərdə yaşıyırlar. Evlərdə qeyri-qanuni şəkildə və kirayə müqaviləsi olmadan yaşayan insanlar müəyyən çətinliklərlə üzləşə bilərlər.

O da şəhərlə bağlı məsələdir. Bəzi şəhərlərdə şəhər meyriyasının qoyduğu qaydalar ola bilər ki, orada qaydalar nisbətən sərt ola bilər.

Bu da xüsusilə o şəhərlərdədir ki, orada çox sayda tələbə var. Və bir nizamsızlıq var. Bu nizamın təmin olunması baxımından əlavə qaydalar tətbiq olunur.

O şəhərlərdə ki, tələbələr azdır, orada bu kimi problemlərlə insanlar rastlaşmırlar. Ayrı-ayrı faktlar varsa, bunları aradan qaldırmaq mümkündür. Dövlət qurumları ola bilər ki, dərhal cavab verməsin. Bunun üçün də biz digər resursları işə salmalıyıq”-deyə ekspert vurğulayıb.

Sədrin sözlərinə görə, bizim tələbələrimizə Azərbaycanın diplomatik korpusu bu prosesdə köməklik göstərə bilər. Eyni zamanda tələbələrimizə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlar da çox yaxından dəstək ola bilər.

Bir də ayrı-ayrı şəhərlərdə şəxslər var ki, bizim tələbələr onlara mütəmadi olaraq, müraciət edir. Onların əksər problemlərini həmin şəxslər həll edə bilir.

Onlar tələbələrin yataqxana məsələlərində, bilet məsələlərində, uçuş məsələlərində dəstək olurlar. Yəni ayrı-ayrı şəxslər var ki, təmənnasız olaraq bizim tələbələrə köməklik göstərirlər.

Eyni zamanda burada 3 seqment görünür. Bura diplomatik korpus, diaspora təşkilatları, bir də fərdi şəxslər və ya qruplar daxildir.

Bizim tələbələr olduqları şəhərlərdə bizim diaspor təşkilatlarını, mərkəzləri tapmalıdırlar. Orada diplomatik korpus səfirlik və ya konsulluq olmasa belə, konkret şəxslər var ki Azərbaycan icması ilə çox yaxından işləyirlər. Və ya Azərbaycan icmasının üzvləridir. Yəni ayrı-ayrı şəxslərə müraciət edərək, bizim tələbələrimiz müəyyən dəstək əldə edə bilərlər”- deyə ekspert vurğulayıb.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?