USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Fransa prezidentinin boş vədlərindən ruhlanan Paşinyan sülh sazişini irəli çəkməyə çalışır

Fransa prezidentinin boş vədlərindən ruhlanan Paşinyan sülh sazişini irəli çəkməyə çalışır
24-11-2023

BAKI, Azərbaycan

“Ötən gün fransız dilində yayılmlanan “Ermənistan xəbərləri dərgisi”ndə Ermənistan-Rusiya münasibətlərinin geniş təhlilini oxudum.

Ara TonanyanınMoskvanın çirkin oyunları” məqaləsi kifayət qədər sərt və antirusiya notlarla tərtib edilib.

Yazıda Ermənistanın işğal etdikləri torpaqlardan qovulmasını birmənalı olaraq, Rusiyanın ayağına yazmaqla Paşinyanın apardığı qərb yönümlü siyasətinə haqq qazandırmağa çalışılır.

Eyni zamanda sülh sazişinin imzalanmasından yayınmaq üçün ideoloji təbliğat hazırlanır.

Tonanyan iddia edir ki, guya Azərbaycan tərəfi 20 noyabr sazişinin bəndlərinə əməl etməməsi səbəbindən Zəngəzur koridorunun açılmasını mümkünsüz olub.

Jurnalistin İttihamlarının kökündə isə “Rusiyanın Azərbaycan qarşı müharibədə açıq hərbi müdaxilə etməməsi dayanır”.

Bu barədə politoloq Vasif Əfəndi danışıb. Politoloq bildirib ki, jurnalist sözügedən məqalədə Rusiyaİskəndər”lərinin Ermənistan ərazisində məhv edilməsi, 4 ədəd Su-30 təyyarəsinin hava qüvvələrimiz tərəfindən vurulması və 2021-ci il sərhəd toqquşmaları zamanı geri qaytardığımız 150 kv.km əraziləri işğal faktı adlandıraraq, Rusiyanın Gümrüdəki hərbi bazasının izləyici mövqe tutmasını xəyanət adlandırır.

-Vasif Əfəndi

Qəzet həmçinin qeyd edib ki, Rusiyanın Ermənistana satdığı hərbi texnika və sursatlar köhnəlmiş və yararsız olub. Rusiyanın adamı hesab edilən Koçaryanın rəhbərliyi illərində isə ümumiyyətlə Ermənistan heç bir hərbi yardım almayıb. Bununla da, Azərbaycanın bölgədəki ciddi siyasi hərbi uğurunu və Ermənistanın yarıtmaz təcavüzkar siyasətini unudaraq, uğursuzluqlarını hər zaman olduğu kimi başqalarının ayağına yazmaq adəti dəyişməyib”-deyə Vasif Əfəndi vurğulayıb.

Politoloqun fikrincə, Fransa prezidentinin boş vədlərinə və münasibətləri körükləmək üçün uğursuz cəhdlərindən ruhlanan Paşinyan sülh sazişinin indiki şərtlərlə mümkünsüzlüyünü irəli çəkməyə çalışır.

Çünki ABŞ-dan gələn eyni məzmunlu bəyanatlar və nəticəsiz qətnamələr Paşinyanın başını "gicəlləndirib".

Vasif Əfəndi hesab edir ki, ABŞ-ın narahatlıqla ifadə etdiyi güc yolu ilə “Zəngəzur koridorunun açılması “ ittihamları doğru olmasa da, davamlı sülh üçün müəyyən radikal addımlar atılmalıdır.

Bölgədə müharibə ocağının bitməsi üçün təcavüzkar Ermənistan milliyətçilikdən təmizlənməli və müharibə silahlarına malik olmamalıdır. Yəni beynəlxalq terminlə ifadə etsək, Ermənistan denasifikasiya və demilitarizasiya olunmalıdır”-deyə politoloq əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?