BAKI, Azərbaycan
Hər ilin sonunda “The Economist” jurnalında gələcək il baş verənlərin təsvir olunduğu üz qapağı yayınlayır.
Burada müxtəlif məlumatlar yer alır və qeyd edilənlər həmin dönəmdə dünyada baş verir…
Bu il də “The Economist” 2024-cü il üçün üz qapağında gələn il dünyada baş verənlərə yer verib.
Jurnalın qapağına diqqətlə nəzər yetirdiyimiz zaman gələn də il də müharibələrin dayanmayacağını görürük.
Jurnal subliminal mesajlar verir. Jurnala görə, silahlı qarşıdurmalar artacaq və qlobal enerji resursları xəritəsi yenidən tərtib ediləcək.
Süni intellektdə sürətli irəliləyiş olacaq və dünya ağlasığmaz sürətlə dəyişəcək.
Jurnalın qapaq şəklində qeyd edilir ki, Yaxın Şərqdəki vəziyyətdən tutmuş, elektrikli nəqliyyat vasitələrinin istifadəsinə artmasına qədər hər əvvəlki illərdən fərqli olacaq.
2024-cü ildə ilk dəfə olaraq, dünya əhalisinin çox hissəsinin iştirak etdiyi seçkilər keçiriləcək. Bu seçkilər azad və demokratik olmayacaq.
Amerikada Donald Trampla bağlı qərar veriləcək. Belə ki, artıq onun prezidentliyə namizədliyi qəbul edilib. Trampla bağlı verilən qərarlar iqlim siyasətindən tutmuş Ukraynaya hərbi dəstəyə qədər hər şeyə təsir edəcək.
Jurnal deyir ki, Avropa hərəkətə keçməli və Ukraynaya uzunmüddətli mübarizə üçün lazım olan hərbi və iqtisadi dəstəyi təmin etməlidir.
Həmçinin, dünya Qəzza müharibəsinə məhəl qoymamağa davam edəcək.
Jurnalın üzərində Çin və Amerika gizli münaqişəsi də yer alıb.
Fotodan görünür ki, hazırda Ukrayna və Qəzza müharibəsi Amerikanın diqqətini Çindən yayındırıb. Yəni 2024-cü ildə Amerika və Çin arasında ciddi münaqişə gözlənilmir.
“The Economist” dünyada enerji coğrafiyasının dəyişəcəyindən də xəbər verir. Fotolardan məlum olur ki, təmiz enerjiyə keçid enerji resursları xəritəsini yenidən cızır.
Faydalı qazıntıların təchizatında üstünlük təşkil edən regionlar, daha az əhəmiyyət kəsb edəcək. Yəni alternativ enerji fonunda digər faydalı qazıntıların əhəmiyyətliliyi azalacaq.
Çin deflyasiyaya düşə bilər...
Zelenski və Putin üçün zamanın azaldığı da bildirilir.
Dünyada nüvə silahından istifadə ediləcəyi xəbərdarlığı da verilir.
Rusiya-Ukrayna müharibəsində sülh təklifi gözlənilir. Amma qəbul edilmədiyi üçün münaqişə qızışacaq.
Fund sterlinq, dollar, avro, yuan dəyər itirəcək.
Kainatda yeni kəşflər gözlənilir.
Dünyada böyük yanğınlar və tornadolar gözlənilir.
“The Economist” jurnalının üzərində qeyd edilən proqnozları izləyək. Görək, hər şey qeyd edildiyi kimi olacaqmı?
İradə Cəlil, dikGAZETE.com