USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Avropa Parlamentinin ala biləcəyi qərarların Azərbaycan və Türkiyə üçün dramatik nəticələri olmaz

Avropa Parlamentinin ala biləcəyi qərarların Azərbaycan və Türkiyə üçün dramatik nəticələri olmaz
20-10-2023

-İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, Azərbaycan

BAKI, Azərbaycan

Avropa Şurası Parlament Assamblyasının növbəti sessiyasında AzərbaycanTürkiyə əleyhinə qərarlar qəbul edilib.

Nümayəndə heyətinin üzvü Armen Gevorkyan təklif edib ki, TürkiyəAzərbaycan AŞ PA-dan xaric edilsin.

Sözlərimi ümumiləşdirmək üçün qeyd etmək istərdim ki, Azərbaycan və Türkiyənin Avropa Şurasında bundan sonra da cəzasız qalması bu təşkilatın ideoloji ölümü ilə nəticələnəcək”- deyə o əlavə edib.

Politoloq Nazim Cəfərsoy açıqlamasında bildirib ki, əslində Avropa Parlament Assambleyasının Türkiyə və ümumi proseslərlə bağlı, belə qərarları çoxdur.

-Nazim Cəfərsoy

“Amma bunlar AzərbaycanTürkiyə mövzusunda real nəticəsi olmayacaq, geosiyasi məsələlərdir. Avropa Parlamentində hər cür ölkədən hər cür siyasi görüş var.

Bunlar içərisində AzərbaycanTürkiyəyə müxtəlif motivlərdən neqativ münasibət bəsləyənlər var. Bəziləri erməni motivi, bəziləri siyasi sistem, bəzisi xristian təfəkkürü, bəzisi başqa motivlərlə AzərbaycanaTürkiyəyə qarşı neqativlər fikirləri hər fürsətdə dilə gətirirlər”- deyə Cəfərsoy bildirib.

O qeyd edir ki, indi də son proseslərdə bu neqativlər dilə gətirilir. Ermənistan nümayəndə heyətinin bu açıqlamaları da reallığı əks etdirməyən və pratikada nəticəsi olmayacaq açıqlamalardır.

Yəni belə bir qərarı Avropa Parlamentinin ala biləcəyini düşünmürəm. Belə qərarların alınmasının Avropaya da faydası olmaz. AzərbaycanTürkiyə üçün də o qədər böyük dramatik nəticələri olmaz”-deyə N. Cəfərsoy bildirib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?