USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Münxen görüşündə həm ictimai maraqlar, həm də dövlət maraqları müdafiə olundu…

Münxen görüşündə həm ictimai maraqlar, həm də dövlət maraqları müdafiə olundu…
21-02-2023

BAKI, Azərbaycan

Dünyanın siyasi və iqtisadi elitasının 800 nəfərdən çox təmsilçisinin dəvət olunduğu 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak Azərbaycanın maraqlarının müdafiəsi və haqlı mövqeyinin beynəlxaq ictimaiyyətə çatıdırlması baxımından olduqca əhəmiyyətli idi. 

Konfransda iştirak edən Prezident İlham Əliyevin ABŞ dövlət katibi, Avropa İttifaqı Şurasının Prezidenti, ATƏT-in Baş katibi, Avropa İnvestisiya Bankının prezidenti, İsrail Dövlətinin müdafiə naziri və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, eləcə də “Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdakı çıxışları təbii ki, ölkəmizə olan marağın göstəricisi kimi qəbul oluna bilər.

Bu barədə politoloq Rəşad Bayramov danışıb.

-Rəşad Bayramov

Onun sözlərinə görə, konfrans bir sıra məqamlarla yadda qalıb.

Bunlardan da ən önəmlisi Cənubi Qafqaz dövlətləri liderlərinin panel müzakirələrdə bir araya gəlməsidir.

Prezidentin də qeyd etdiyi kimi bu bir tarixi hadisə idi, çünki Azərbaycanın, ErmənistanınGürcüstanın rəhbərləri eyni zamanda bir platformada ilk dəfə idi ki, görüşürdülər. 

Keçirilən görüşlər sülhə hər hansı bir töhfə verəcəkmi, bunu təbii ki, zaman göstərəcək. Amma debatlar zamanı erməni baş naziri Paşinyanın yenə də Qarabağdakı ermənilərin blokadası, humanitar böhran və s. sərsəmləmələri onu göstərir ki, Ermənistan44 günlük müharibədən, nə də ondan sonrakı dövrdə düşdüyü vəziyyətdən hələ də nəticə çıxarmayıb”-deyə politoloq əlavə edib.

O hesab edir ki, Münxen konfransının Azərbaycan üçün nəticələrini məhz prezident İlham Əliyevin verdiyi bəyanatlar əsasında şərh etmək daha düzgün olar. 

Politoloqa görə, prezidentin çıxışında ən önəmli maqamalrdan biri təbii ki, RusiyanınVardanyan layihəsi” ilə bağlı olub.

Ölkəmizin Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələrə hazır olduğunu deyən prezident bu istiqamətdə danışıqların yalnız Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə aparılmasının mümkünlüyünü qeyd edərək, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş heç kimlə danışıqların aparılmayacağını deməsi faktii olaraq “Vardanyan layihəsinə” vurulmuş zərbə kimi qiymətləndirilə bilər. 

Prezident Vardanyanla bağlı bu şəkildə qəti mövqe sərgiləməklə əslində rəsmi Bakını Qarabağ erməniləri ilə danışıqlar aparmağa dəvət edən AmerikaAvropa ilə yanaşı Rusiyaya da mesaj vermiş oldu. 

Yəni başqa sözlə desək, bu adam orada ola-ola heç bir danışıqdan söhbət gedə bilməyəcəyini açıq şəkildə hər kəsin diqqətinə çatdırmış oldu”-deyən politoloqun fikrincə, digər vacib məqam nəzarət buraxılış məntəqələrinin yaradılması ilə bağlı olub.

PrezidentinLaçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır” bəyanatı faktiki olaraq ermənilərinmiatsum” layihəsinin tamamilə məhv edilməsi istiqamətində çox mühüm addım kimi qiymətləndirilə bilər.

Belə ki, Laçın yolu üzərində müvafiq buraxılış məntəqəsinin olması bir tərəfdən separatçı rejimə silah-sursat daşınmasının, ayrı-ayrı üçüncü ölkə vətəndaşlarının ərazilərimizə qeyri-qanuni səfərlərinin, təbii sərvətlərimizin istismar olunaraq daşınmasının qarşısını alacaqsa digər tərəfdən də, Qarabağda qalan separatçı tör-töküntülərin nə zamansa Ermənistana birləşəcəkləri ilə bağlı xülyalarına da son qoymuş olacaq.

Plenar görüşdə həmçinin sülh danışıqlarının uzanmasının acı nəticələri ilə bağlı Azərbaycanın rəsmi xəbərdarlığının da şahidi olduq. “Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi” deyən prezident bununla həm Ermənistana, həm də beynəlxaq vasitəçilərə bundan artıq səbr etmək, Ermənistanın nazı ilə oynamaq fikrində olmadığının mesajını vermiş oldu”-deyən politoloq Rəşad Bayramov bildirib ki, istər üç Cənubi Qafqaz liderinin iştirakı ilə olan panel iclacda, debatda, istərsə də ABŞ dövlər katibinin vasitəçiliyi ilə keçirilən AzərbaycanErmənistan liderləri arasında olan görşüşdə müzakirə olunan məsələlər faktiki olaraq regionun  təhlükəsizliyi məsələsi, Qarabağ məsələsi, ayrı-ayrı ölkələrin regionda öz mövqelərini möhkəmləndirmək, öz maraqlarını təmin etmək üçün Azərbaycan-Ermənistan danışıqlarına təsir göstərmək məsələsi idi.

Bu məsələlər dövlət maraqları ilə ictimai maraqlar üst-üstə düşür”-deyən Rəşad Bayramov əlavə edib ki, bu baxımdan  biz Münhen görüşündə Azərbaycanın ümumi mövqeyinin diqqətə çatdırılmasını, Azərbaycanın  nədə güzəştə gedib, nədə güzəştə getməyəcəyinin şahidi olduq.

Bu isə o deməkdir ki, Münxen görüşündə həm ictimai maraqlar, həm də dövlət maraqları müdafiə olundu…

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?