USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

İranla Azərbaycan arasında körpü inşa edilir

İranla Azərbaycan arasında körpü inşa edilir
01-01-2023

BAKI, Azərbaycan

Azərbaycan İranla artıq Araz çayı üzərində körpü tikintisinə başlayıb.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov danışıb.

Nazir bildirib ki, Azərbaycanla İran arasındakı razılaşmaya əsasən, Azərbaycandan Naxçıvana alternativ yol olacaq.

Xatırladaq ki, 2022-ci ilin martın 11-də Bakı ilə Tehran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. 

Sənədə görə, İranla Azərbaycan arasında iki körpü tikilməlidir. Onlardan biri Azərbaycan, digəri isə İran tərəfindən tikiləcək.

Azərbaycanla İran arasında körpü tikilməsinə qərarın verilməsi, artıq İranla Azərbaycan arasında münasibətlərdə yumşalmalardan xəbər verir.

Ağ partiyanın” sədr müavini, politoloq Əhəd Məmmədli bildirib ki, İranla Azərbaycan arasında Zəngəzur dəhlizində körpünün tikintisi çox böyük əhəmiyyətə malikdir.

-Əhəd Məmmədli

Ümumiyyətlə bu Zəngəzur dəhlizinin açılması yolunda atılan bir addımdır. 

Deməli, Ermənistanın bütün etirazlarına baxmayaraq, Azərbaycan öz işini görür.

Artıq bu prossesdə İranın da iştirak etməsi də önəmlidir.

Bilrisiniz ki, İran son dönəmlərdə Azərbaycana qarşı çıxış edirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan-İran münasibətləri mənfi xəttlə davam edirdi. Artıq pik nöqtədə idi.

Zəngəzur dəhlizində avtromobil yolunun 70 faizi, dəmiryolunun isə 30 faizi artıq Azərbaycan tərəfindən hazırdır”-deyən politoloq hesab edir ki, vəziyyət onu sübut edir ki, Zəngəzur dəhlizi ilə bağlı İranla hansısa anlaşmalar, münasibətdə yumşalmalar baş verir.

Bu Azərbaycanın xeyrinə görülən işər, atılan addımlardır.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?