USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

“Gözəl quş”ların qanadlarını qıraq!..

18-10-2019

BAKI, Azərbaycan

Yenə mənəm…

Başınızı ağrıtmağa gəldim.

Bəzilərinin bəyəndiyi, bəzilərinin yalandan bəyənirəm dediyi, bəzilərinin paxıllıq çəkib çürümüş söz adlandırdığı yazıların müəllifi mən…

Bir müddət idi ki, susurdum.

Müşahidə edirdim.

Deyirdim qoy mən susum o mənəm-mənəm deyənlər danışsın.

Avropanın qalığını Azərbaycana müasirlik kimi sırıyanlar, azad seksi həyat prinsipi kimi qəbul edənlər və nəhayət yazısının başı ilə ayağı məlum olmayan Yazar lar... (ünvanlı)

Onlar da maşallah danışır, nə danışırdı.

İndi deyəcəkləeim çoxunuzun atasına od vuracaq.

Qoy vursun, bəlkə o zaman bir az başınızı aşağı əyib ətrafınız göz gəzdirərsiniz…

Və ya heç olmasa bir dəfə güzgüdə özünüzə baxıb “axı mən kiməm” sualına cavab verəndən sonra ona-buna ağıl dərsi keçməyə, onda bunda səhv axtarmağa balayarsınız.

Axı insan birinci özündən başlamalıdır.

Özünün heç nəyi olmayan (hələ savadı, davranışı, əxlaqı nəzərdə tutmuram, söz danışıq qabiliyyətinən gedir) özünü ortaya atıb “mən də varam” deyən də tüstü adamın təpəsindən çıxır.

Bu yaxınlarda facebook statuslarına nəzər yetirirdim.

Biri o birinə “əxlaqsız” deyib, atasını, özünü təhqir edib, sonra da özünün süddən çıxmış ağ qaşıq kimi təmiz olduğunu iddia edir, digəri özündə olmayan “əxlaq”dan başqasına dərs keçir, bir başqası isə milli dəyərlərin nə olduğunu bilmədən özünü ortaya atıb, ağız dolusu dəyərlərdən, adət-ənələrdən saflıq, dürüstlükdən danışırdı.

Təbii ki, danışdıqlarının ölçüsü, geyindiyi ətəyin uzunluğu vurub keçmişdi.

Xülasə, nə başınızı ağrıdım, aləm dəyib bir-birinə.

Sanki media, mətbuat yiyəsizdi, sahibsizdi.

Bir dostum deyir ki, kim ərindən boşandı, ya jurnalist olur, ya müğənni.

Adam haqqlıdır əslində.

Son zamanlar jurnalistikada göbələk kimi artan xanımcıqları görəndə əsəbləşməyə bilmirsən.

Əvvəlcə adlarını jurnalist qoyurlar, sonra nəyinsə hesabına saxta bir vəsiqə alırlar əllərinə..

Düşürlər bu qəsəbələrin, rayonların canına…

Kimə nə qiymət gəldi oxuyurlar.

Bu icra nümayəndəsidir -100 dollar, bu adi məmurdur- 50 manat.

Bu üzüqaralar xidmətlərini göstərib yığdıqlarını da götürüb getdikdən sonra, yaddaşlarda bir fikir qalır jurnalist demək-fahişə deməkdir.

Bu reallığı biləndən sonra adam utanır ki, kiminsə yanına gedib desin ki, mən jurnalistəm.

Özün utanmasan da olar, qarşındakı sənə elə davranır ki, deyirsən ta ölüm yerə girim.

Sözüm facebook profilinəyazar”, “jurnalist” yazıb yapışdıran (“qələm əhli” deməyəcəyəm, çünki qələmin bura aidiyyatı yoxdur) bədən əhlinə deyil.

Çünki onlar rahat yaşamağın yolunu tapıblar.

Nəylərinə lazımdır saatlarla komputer qarşısında oturub göz nurunu qurban vermək.

Belələrinə kişi də lazım deyil.

Fikir vermişəm doğru dürüst münasibətləri də yoxdur.

Kimlə gəldi, harda gəldi.

Təki pul olsun.

Kişiləri əlcək kimi dəyişən bu “yazarcıq”lara o əl boyda vəsiqəni verənlər, axmaq yazılarını yayınlayıb ortaya çıxaranlardır günahkar ki, onlar da bu yazarcıqların hesabına dolanırlar.

Onlara da sözüm yoxdur, çünki balalarını belə çörəklə dolandırırlar.

Sözüm bizədir, özümüzə, gəli aramızdan çıxaraq bu “gözəl quşları”, ya da qanadlarını elə qıraq ki, bir daha havalana bilməsinlər…

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?