USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Görünən odur ki, Ermənistan-Azərbaycan münaqişəsindən fayda görən güclər var

Görünən odur ki, Ermənistan-Azərbaycan münaqişəsindən fayda görən güclər var
14-03-2023

BAKI, Azərbaycan

- Qafqazda stabilliyi kim istəmir?

2020-ci 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə bitsə də, bu günə qədər Ermənistan ilə sülh müqaviləsi imzalanmayıb.

Bu proses müxtəlif güclərin, müxtəlif dövlətlərin səyi ilə yubadılır.

Görünən odur ki, Ermənistan-Azərbaycan münaqişəsindən fayda görən güclər var. 

Bu münaqişədən istifadə edərək, digər ölkələrə zərər verməyə çalışan güclər, bölgədə sabitliyin bərqərar olmasına əngəl olur.

- Cənubi Qafqazda sabitliyin bərqərar olmasın əngəl olan güclər kimdir?

10 noyabr bəyanatı imzalandıqdan sonra, Cənubi Qafqazda kövrək də olsa sülh əldə olundu. Tarixdə ilk dəfə Cənubi Qafqazda Rusiya-Türkiyənin birgə iştirakçılığı ilə münasibətlərin tənzimlənməsi mexanizmləri formalaşdırıldı. 

Ötən müddət ərzində Rusiyanın, Cənubi Qafqazda mövcud olan proseslərə, xüsusilə də Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə təsir imkanları hər zaman daha aparıcı olub. Amma Rusiyanın bölgədə möhkəmlənməsi, xüsusilə də “10 noyabr” bəyanatının dördüncü bəndinə tələbinə uyğun olaraq, Qarabağ bölgəsinə Rusiya sülhməramlı qüvvələrinin daxil olmasilə, bölgədə möhkəmlənmə və təsir mexanizmlərinin genişlənməsi Rusiyanın əsas rəqibləri, xüsusilə də Qərb dövlətlərini ciddi şəkildə narahat edirdi”.

Bu barədə tarix üzrə fəlsəfə doktoru Anar Əliyev danışıb.

-Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

Onun sözlərinə görə, buna görə də hələ 2021-ci ilin sonlarından başlayaraq, Avropa İttifaqı timsalında yeni bir platforma formalaşdırmaq və Cənubi Qafqazda münasibətlərin tənzimlənməsinə bu platforma çərçivəsində irəli aparmaq təklifləri edildi.

Lakin ötən müddət ərzində Ermənistanın havadarlarını, xüsusilə də bölgədə konfrantasiyanın qorunub saxlanması və gərgin münasibətlərin öz maraqlarına xidmət etdiyini düşünən güclərin İran, Fransa, Rusiya kimi dövlətlərin təhriki ilə müxtəlif platformalarda, Avropa İttifaqı çərçivəsində, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların, icra edilməsinə çox ciddi problemlər yaradıldı.

2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya açıq hərbi müdaxiləsindən sonra kollektiv Qərb Rusiyaya qarşı ciddi birlik ortaya qoyduqdan sonra Rusiyanın zəiflədilməsi və bir çox bölgələrdə sıxışdırılıb çıxarılması istiqamətində uzun illər ərzində hesablanmış planın həyata keçirilməsi yönündə gərgin fəaliyyət başladı.

Bu bölgələrdən biri də Cənubi Qafqaz idi. Məhz Rusiyanın Ukraynaya müdaxiləsindən sonra, Qərb bütün imkanlardan istifadə edərək, Rusiyanın bu bölgədən də çıxarılması, bu mümkün olmazsa, təsir imkanlarının zəiflədilməsi istiqamətində addımlar atmağa başladı.

Təəssüf ki, ötən müddət ərzində çox ciddi irəliləyişlərlə müşahidə olunan görüşlər zamanı əldə olunmuş razılaşmaların icra mexanizmi, öhdəlik götürən tərəfin öhdəliyə əməl etməzsə, təzyiq rıçaqlarının olmaması, eyni zamanda bir sıra havadarlarından aldığı açıq dəstəyi nəticəsində Ermənistan pozucu fəaliyyətini və öhdəliklərdən yayınma istiqamətində davranışlarını davam etdirməkdədir.

İndiki halda Cənubi Qafqazda münasibətlərin tənzimlənməsinə maraqlı olan dövlətlərlə yanaşı, münasibətlərin gərgin qalması və bununla da Cənubi Qafqaz maraqlarının təmin olunmasını düşünən güclər də az deyil. 

Bu qüvvələrə Rusiyaİran, eyni zamanda Rusiyaya qarşı əks cəbhədə mövqe tutan Amerika və onun qərb müttəfiqlərini, Cənubi Qafqazda münaqişənin qorunub saxlanmasında maraqları nə üçün üst-üstə düşə bilər? 

Məsələ ondadır ki, AmerikaQərb müttəfiqləri bölgədə münasibətlərin nisbətən tənzimlənməsi və ilkin razılaşmaların əldə olunmasına, xüsusi ilə də Qarabağda separatçılarla bağlı müəyyən addımların atılması, Qarabağdakı erməni azlığının Azərbaycana reinteqrasiya prosesində mümkün ilkin gedişlərə razı olsalar da, bunun arxasında bölgədə sülhün tənzimlənməsi deyil, Rusiyaya mövcud ehtiyacın aradan qalxması planlarıdır. 

Ona görə də AmerikaQərb planlaşdırır ki, o mərhələyə qədər münasibətlər tənzimlənsin ki, Rusiyaya qarşı olan ehtiyac aradan qalxsın. Amma münasibətlər o həddə qədər tənzimlənməsin ki, Ermənistanla Azərbaycan arasında bütün problem aradan qalxsın, birgə yaşayış və mehriban qonşuluq münasibətləri formalaşsın, nəqliyyat, iqtisadi, kommunikasiya əlaqələri yaransın ki, bununla da Amerikanın, Fransanın, Qərbi Avropa dövlətlərinin bölgədəki öz maraqlarının təmin edilməsinə problemlər yaranmış olsun”,- deyə politoloq əlavə edib.

Anar Əliyev bildirib ki, Qafqazda gərginliyin artmasında, Azərbaycanın müttəfiqləri olan Türkiyəni, İsraili, Pakistanı, müəyyən mənada böyük Britaniyanı çıxmaq şərti ilə digər bütün qüvvələr gərginliyin artmasında maraqlıdırlar. Amma fərqli istiqamətlərdə fərqli prizmalarda…

Politoloq hesab edir ki, Azərbaycan dostları ilə müttəfiqləri ilə birgə, bu günə qədər sərgilədiyi qətiyyətli mövqeyi bundan sonra da davam etdirməlidir. 

Xüsusilə də seçkilərdən sonra Türkiyənin bölgədə proseslərə təsiretmə imkanlarının genişləndirməsi istiqamətində, birgə addımların atılması zəruridir. 

Ermənistanla da danışıqların aparılması və Ermənistanın sülh şərtlərinə əməl etmək istiqamətində məcbur edilməsi prosesi daha geniş şəkildə davam etdirilməlidir. 

O, qeyd edib ki, bu həm də beynəlxalq hüquqla Azərbaycanda tanınan imkanlardır. Məhz beynəlxalq hüququn bu prinsiplərindən istifadə edərək, Azərbaycan Ermənistanı həm də məcbur edərək, sülh danışıqlarının formalaşmasına nail olmalıdır. 

Bu halda bölgədə Azərbaycan dövlətinin maraqları ilə yanaşı həm də, bölgə dövlətlərinin, bölgə xalqlarının diktə etdiyi şərtlərə uyğun münasibətlər formalaşmış ola bilər.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?