USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Esma Özdaşlı: Erməni iddialarına qarşı Türkiyə və Azərbaycanın ortaq lobbi fəaliyyəti çox önəmlidir

Esma Özdaşlı: Erməni iddialarına qarşı Türkiyə və Azərbaycanın ortaq lobbi fəaliyyəti çox önəmlidir
02-03-2023

-Esma Özdaşlı

BAKI, Azərbaycan

Qərb ölkələrinin ümumi olaraq, 1915-ci il hadisələrini təktərəfli erməni iddialarını diqqətə alaraq dəyərləndirməsi, Erməni diaspor təşkilatlarının yüz ildən artıqdır ki, belə reallıqdan kənar iddiaları mütəmadi olaraq gündəmə gətirməsi mövzunu bu gün də beynəlxalq aləmdə bu qədər çox gündəmə gətirilməsini təmin edib.

Buna qarşı Türkiyənin aktiv bir şəkildə erməni qara təbliğatına qarşılıq verməməsi, erməni iddialarının beynəlxalq aləmdə daha sürətli əks-səda verməsini sürətləndirib. 

Xəyali bir böyük Ermənistan dövləti qurmaq istəyən və bunun üçün Qərb ölkənlərini yanına çəkmək istəyən ermənilər hələ 1915-ci ildən əvvəl ABŞ və digər Qərb ölkələrində anti-Türk qara təbliğatı aparırdı.

Belə ki, 1915-ci ildə sadəcə “New York Times” qəzetində bununla bağlı 145 xəbər yayımlanıb.

İlk erməni təbliğat filmi isə 1919-cu ildə Amerika diasporunun dəstəyi ilə “Çarmıxa çəkilən Ermənistan” və ya “Hərracdakı Ruhlar” adı ilə ABŞ-da çəkilib. 

Təbii ki, həmin dövrlərdə ermənilər 1915-ci il hadisələrini “soyqırım” olaraq ifadə etmirdilər.

Bu barədə Beynəlxalq Əlaqələr mütəxəssisi Dos. Dr. Esma Özdaşlı danışıb.

Onun sözlərinə görə, “soyqırımİkinci Dünya Müharibəsindən sonra ortaya çıxmış bir anlayışdır. 

1948-ci ildən “Soyqırımın qarşısının alınması və cəzalandırılması Anlaşması” bir hadisənin soyqırım olub-olmadığını müəyyən edir. 

Buna görə də bir hadisənin soyqırım olub-olmadığı cinayətin həyata keçrildiyi ölkədəki səlahiyyətli bir məhkəmə və ya beynəlxalq səlahiyyətli bir məhkəmə tərəfindən qəbul edilməlidir. 

Yəni qısacası soyqırım hüquqi bir anlayışdır. Eyni zamanda Soyqırım Anlaşması İkinci Dünya Müharibəsindən sonra həyata keçirilən hadisələri əhatə edir.

Bu baxımdan ermənilərin sözdə iddialarının hüquqi bir əhəmiyyəti yoxdur. 

Ermənilər də bunu bildikləri üçün bu mövzunu siyasi məcraya daşımağa və parlament qərarları ilə sözdə iddialarını gündəmdə tutmağa çalışırlar. 

Əslində onların parlament qərarlarının da heç bir hüquqi əhəmiyyəti yoxdur, ancaq Türkiyənin beynəlxalq aləmdə olan nüfuzuna zərər verir.

Bugünə qədər 30-a yaxın ölkə bu sözdə iddiaları parlamentlərində qəbul etmişdir. Xüsusilə 2019-cu ildə ABŞ konqresinin iki qandının da (Senat və Təmsilçilər Məclisi) sözdə soyqırımı tanıyan bir qanun layihəsini qəbul etməsi Türkiyəni düşündürür və narahat edir. Çünki Təmsilçilər Məclisində Türkiyə Dostluq Qrupu olan 106 üzvdən 102-si qərarın lehinə səs vermişdi. 

Bu vəziyyət erməni lobbisinin gücünü göstərdiyi qədər Türk lobbisinin təsirsizliyini də ortaya çıxarmışdı. 

Qısacası daha əvvəl də qeyd etdiyim kimi Erməni iddialarına qarşı Türkiyə və Azərbaycanın ortaq lobbi fəaliyyəti həyata keçirməsi çox önəmlidir. Gələcəkdə Türk Dövlətləri adı altında bir diaspor təşkilatlanması və lobbi fəaliyyəti həyata keçirilməsi üçün təcili addımlar atılmalıdır”.

Esma Özdaşlı əlavə edib ki, erməni iddialarının Qərb ölkələri tərəfindən təktərəfli qəbulunun səbəbi təkcə Erməni lobbisinin gücü ilə izah edilməməlidir. 

Bununla yanaşı çox önəmli bir səbəb isə bu iddialara qarşı çıxanların ya susdurulmuş, ya da 1914-cü ildə Osmanlı Dövlətinin Vaşinqton səfiri Ahmet Rüstəm bəy kimi “persona non grata” elan edilməsi hadisəsində olduğu kimi bir sıra təzyiqlərə məruz qalmalarıdır. 

Ahmet Rüstəm bəy o dövrlərdə Amerika mətbuatında mütəmadi olaraq yer alan Osmanlı Dövlətinin ermənilərə qətliam həyata keçridikləri istiqmaətində olan qara PR -a 1914-cü il, sentyabrın 8-də “Evening Star” qəzetinə verdiyi sərt cavab səbəbi ilə ABŞ prezindeti Vilsonun diqqətini çəkmiş və ölkəni tərk etmək məcburiyyətində qalmışdı.

Erməni iddialarının mütləq doğru kimi qəbul edilməsi, sadəcə ABŞ-da deyil, Qərb ölkələrinin bir çoxunda hələ də davam edir. Buna qarşı çıxanlar müxtəlif problemlərlə qarşılaşır, hücumlara məruz qalırlar.

“Bir neçə nümunə göstərsək, məsələn, erməni iddialarını rədd etdiyi üçün 1977-ci il oktyabrın 4-də tarixçi Stanford Shaou bombalı hücuma məruz qalmış və o dövrdə həyata keçirəcəyi bir çox konfrans Erməni terrorizmi səbəbilə ləğv edilmişdi. 

Eyni zamanda Amerikan Random House kitab evi ilə Birinci Dünya Müharibəsi ilə bağlı kitab yazmaq üçün razılaşan Norman Stone, kitabında sözdə erməni soyqırım iddialarına yer vermədiyi üçün kitabı mətbəə tərəfindən yayımlanmamışdı.

Eyni zamanda amerikalı tarixçi Bernard Levis, “Le Monde” qəzetindən Peroncel-Hugoz ilə 1993-cü il 16 noyabr tarixində müsahibəsində erməni iddialarına qarşı sözlərinə görə, Fransız məhkəməsi tərəfindən məhkum edilmişdi”-deyən mütəxəssis Esma Özdaşlı bildirib ki, Fransa qanunlarına görə, erməni iddilarını rədd etmək cinayət hesab edilməməsinə baxmayaraq, hüququn ən təməl prinsiplərindən olan “qanunsuz cəza olmaz” hökmünü pozaraq, belə bir qalmaqallı qərara imza atılmışdı.

E. Özdaşlı hesab edir ki, Fransada belə qanun pozuntuları hələ də var.

2022-ci ildə Türk əsilli lisey şagirdinə qarşı, müəllimin sözdə soyqırım ilə bağlı iddialarına qarşı çıxdığı üçün məktəb rəhbərliyi tərəfindən Konstitusiyaqanunlar tapdanaraq, cəza verilmişdi.

Qısacası sözdə soyqırım iddialarının xüsusilə Qərb ölkələrində bu qədər aktiv olması ermənilərin 100 ildir ki, mütəmadi olaraq sistemli şəkildə bu əsassız iddiaları gündəmə gətirmələrinə qarşılıq olaraq, bizim bu iddialara ancaq 1970-ci illərdən etibarən ciddi şəkildə diqqət yetiməyimizlə əlaqəlidir.

1965-ci ildə sözdə soyqırımla bağlı ilk parlament qərarını Uruqvay aldığı zaman bu qərar Türkiyənin gündəmində ciddi şəkildə yer almamış, 1915-ci ilin 50 illiyi ilə bağlı 1965-ci ildə ermənilərin dünyanın hər tərəfində həyata keçirdikləri tədbirlər Türk mətbuatında belə doğru -dürüst şəkildə yer almamışdı. 

Sözdə iddialar Türkiyənin gündəminə ancaq 1973-cü ildə diplomatlarımıza yönəlmiş hücumlar başladığı zamanı girə bildi”-deyə o əlavə edib. 

Özdaşlının fikrincə, Qərb ölkələrinin ümumi olaraq erməni iddialarını təktərəfli və mütləq doğru kimi qəbul etməsi, Türk tezisinə istiqamətlənmiş açıq və qapalı senzura əlavə edildiyi zaman Erməni iddiaları beynəlxalq aləmdə asanlıqla yer tapa bilir.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?