USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Ermənistanın Rusiya hərbçilərini ölkədən çıxaracağı inandırıcı görünmür

Ermənistanın Rusiya hərbçilərini ölkədən çıxaracağı inandırıcı görünmür
09-06-2023

BAKI, Azərbaycan

Bir müddət öncə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, Ermənistan həyata keçirəcək.

O, vurğulayıb ki, artıq bütün iştirakçı tərəfdaşlara aydındır ki, sərhədlərə bütün nəzarət Ermənistan tərəfinin nəzarəti altında olacaq.

Azərbaycan Ermənistan sülh danışıqları Avropa İtifaqıRusiyanın aracılığı ilə davam etməsi tərəflərin ortaq mərkəzə gəlməsini əngəlləyən amillərdəndir.

Tərəflər Avropa İttifaqın təşəbbüsü ilə təşkil edilən görüşlərdə hər hansı bir razılığa yaxın olduqda görüşün ardından Putin meydana girir və tam fərqli formatda danışıqların aparılmasına çalışır”.

Bu barədə Vəhdət partiyasının sədr müavini, politoloq Vasif Əfəndi danışıb.

Politoloqun fikrincə, Qərb bütün qüvvəsini sərf edir ki, Rusiya məxsus hərbi birləşmələr bölgədən çıxarılsın. Lakin Rusiyanın bütün dairələrində formalaşmış “biz Qafqazda sülhün qarantıyıq” fikri ilə hərəkət etməsini diqqətə alıb, onların belə asanlıqla regiondan çıxmasını gözləmək sadəlöhvlük olardı.

-Vasif Əfəndi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla sərhəddi özlərinin qoruyacaqları barədə bəyanatı əslində maraqlı fikir olsa da, Rusiyanın bundan məmnun qalacağına inanmıram.

Eyni zamanda bu, Rusiyanın öz planı ola bilər və bilərəkdən müvəqqəti sərhəddən çəkilə bilər. Bununla həm Ermənistana təzyiq vasitəsi olaraq, istifadə etmək və münaqişənin davam etməsi üçün gələcəkdə sərhəd toqquşmaları provakasiyalarına zəmin yaratmaq ola bilər”-deyə politoloq izah edib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyətinin əhval ruhiyyəsinə görə, xalq hələ müstəqilliyə hazır deyil. Bu isə, ermənilərin dövlətçilik ənənələrinin olmaması ilə bağlıdır.

1000 il Osmanlı təbəəliyi və 200 il Rusiya əsarəti erməni xalqının özgüvənini əlindən alıb”-deyə Vasif Əfəndi qeyd edib.

P.S. 

Həqiqətən də Ermənistanın Rusiya hərbçilərini ölkədən çıxaracağı inandırıcı görünmür. Çünki Ermənistan SSRİ-nin müstəmləkəsindən azad olsa da, hər zaman rusun əsarətində olub. Hətta Nikol Paşinyanın qərbpərəst mövqeyi belə, Ermənistanın Rusiyadan asılılığının qarşısını ala bilməyib…

Vasif Əfəndinin də qeyd etdiyi kimi, bu açıqlamanın bir neçə məqsədi ola bilər…

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?