USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Ermənistan davamlı olaraq Türkiyə və Azərbaycanın səbrini daşdırır

Ermənistan davamlı olaraq Türkiyə və Azərbaycanın səbrini daşdırır
06-10-2022

-Nikol Paşinyan və eşi Anna Akopyan

BAKI, Azərbaycan

Keçən ay Ermənistan bir aydır ki, hazırlaşdığı planlı hərbi fəaliyyətləri çərçivəsində Azərbaycan torpaqlarına beynəlxalq hüquqa zidd olaraq hücum etdi.

Bu, Ermənistanın 200 illik ikiüzlü, saxta, əliqanlı siyasətinin davamıdır. Planlı bir təxribatdır.

Bunun bir hərbi tərəfi, bir də diplomatik-informasiya müharibəsi hissəsi var.

Hadisə baş verən kimi Azərbaycanı beynəlxalq ictimaiyyət qarşısında çətin vəziyyətə salmaq üçün mülki ərazilərə atəş açılması və mülki vətəndaşlara zərər verilməsi kimi informasiyalar yayıldı.

Paşinyanın dərhal Putin və Makronla görüşməsi, ABŞ-ın bu gün sürətlə atəşkəsə dəvət etməsi sıradan bir hadisə deyil. Böyük bir oyunun bir hisəssidir.

Bu barədə, Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz danışıb.

O, qeyd edib ki, Ermənistan bunu zaman qazanmaq, verdiyi sözləri yerinə yetirməmək, Azərbaycanı beynəxalq ictimaiyyət qarşısında tənhalaşdırmaq və günahkar hiss etdirmək, bölgədə iqtisadi-sosial inkişafın qarşısını almaq və Azərbaycan ordusundan intiqam almaq məqsədilə həyata keçirib.

Ancaq Ermənistan həyata keçirdiyi bu təxribatlarda müvəffəqiyyətli ola bilməyib.

-Yücel Karauz

“Müzəffər Azərbaycan Ordusunun təxribatlara cavabının nəticəsində Ermənistan Silahlı Qüvvələri həm texnika, həm də insan itkisi verib. Ermənistan davamlı olaraq, Türkiyənin və Azərbaycanın səbrini daşdırır. Şuşa Bəyannaməsinə görə, “Kəlbəcər, Laçın, Bakıya edilən hər hücum Ankaraya edilmişdir” deməkdir. Ermənistan, Azərbaycanın və Türkiyənin səbri ilə daha çox oynamamalıdır. Dərhal sülh masasına oturub, məsuliyyətini başa düşüb, öhdəliyini və atdığı imzanın zərurətlərini həyata keçirməlidir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik” - deyə Karauz qeyd edib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?