USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Dost görünən düşmən barmağı

Dost görünən düşmən barmağı
14-09-2022

BAKI, Azərbaycan

2020-ci ildə 44 günlük Vətən Müharbəsində qələbə çaldıq. Amma Azərbaycanın bu qələbəsini Ermənistan qəbul etmək istəmir.

Qələbəni qəbul etmək, məğlub olduğunu qəbul etmək üçün biz Ermənistana 2 ildən çox bir zaman verdik. 

4 dəfə Brüssel görüşü keçirildi. 

Hər görüşdə Ermənistanın baş naziri qarşıya sürülən öhdəlikləri qəbul etsə də,  görüşlərdən sonra Ermənistan tərəfi müxtəlif təxribatlara əl atdı.

Ötən gün baş verən hadisə də Ermənilərin növbəti təxribatıdır. 

Məqsəd isə, zaman qazanmaq, Azərbaycanı dünya qarşısında, beynəlxalq ictimaiyyət qarşısında günahkar çıxarmaqdır. 

Azərbaycan xalqı heç bir təcavüzkar xalq olmayıb. 

Biz bizə məxsus olan torpaqları qan bahasına qazanmışıq.

O torpaqları ki, 30 ildən çox ermıni tapdağı altında olub. 

Təbii ki, bu zaman dilimində şəhidlərimiz olub, milyona yaxın qaçqınımız, məcburi köçkünümüz olub. 

Biz buna dözmüşük. 

Ona görə dözmüşük ki, o torpaqları geri alacağımıza inamımız olub. Bu gün baş verən hadisə hamımızı üçün ağırdır. 

Şəhdilərimiz var.

Bu dəfə Ermənistanın bu təxribatında Rusiyanın barmağı olduğunu düşünmürəm.

Çünki Rusiya Ukrayna müharibəsində kifayət qədər texnika və canlı qüvə itirib. Eyni zamanda  Rusiaya tətbiq edilən sanksiyalar onu kifayət qədər gücsüzləşdirib.

Belə bir vəziyyətdə onsuz da siyasi arenada tənha qalmış Rusiya təbii ki, AzərbaycanTürkiyə kimi gücü itirmək istəməz.

Hesab edirəm ki, bu təxribat hadisəsi üzümüzə gülən, bizi dost adlandıran, ancaq 44 günlük Vətən Müharibəsində belə ermənilərə silah daşımaqdan  çəkinməyən İranerməni sevər qüvvələr tərəfindən reallaşdırılıb. 

Çünki 44 günlük müharibədən sonra Ermənistan ordusunun gücü qalmamışdı.

Bundan başqa erməni tərəfin verdiyi itkilər onlarda ruh düşgünlüyü yaratmışdı. 

Belə bir təxribat hadisəsni törətmək isə, proseslərə yeni daxail olan, xüsusi maraqları olan qüvvələrin işidir. 

Paşinyan düşünülən qədər samballı bir siyasi lider hesab edilmir. 

Qısacası baş verənlər onun  gücünün yetdiyi işlər deyil. 

Burada dost görünən düşmən barmağı var.

Amma inanıram ki, prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə bu dəfə də, Ermənistanın cavabı xüsusi olaraq veriləcək. 

Qana-qan, qisasa-qisas bizim prezidentimizin prinsipidir.

Bəli, yenə onlarla şəhidlərimiz var. Amma müharibələr şəhidsiz olmur.

Həm bütün müqəddəs torpaqlar şəhid qanı ilə yoğrulur.

Xalqımıza dərin başsağlığı verirəm. 

Azərbaycan xalqı nə əyilər, nə sınar…

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?