USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Di gəl, ucuz adamlar!.. Xarakter isə...

27-11-2019

BAKI, Azərbaycan

O gün bir tədbirə getmişəm, bahalı avtomobillər, bahalı geyimlər.

Di gəl, ucuz insanlar...

Yemək üçün, su üçün bir növbə vardı ki, bir anlıq düşündüm; bu geyimlərdə, bu avtomobillərdə niyə belə ucuz adamlar var?

10 il əvvəl bir qadın tanıyırdım, Naxçıvanlı qızı idi, sevib evlənmişdi əriylə. 

Oğlanı ucaltmaq üçün hər şeydən keçirdi. 

Sonra eşitdim, əri bunun üstünə yəni bundan boşanmadan, başqasıyla evlənib, bu da bilir. 

Qadın, yanıb tökülürdü. 

Maraq öldürürdü məni ki, ikincini gör üm..

Gördüm Allah, nəyə bənzəyirdi…

Aradan illər keçdi, kişini öldürdülər, qadınlar ikisi də qaldı başsız. 

Bu yaxınlarda polis rəisi olan bir dostum dedi ki, "filankəsi əmisioğlunun arvadı ilə birlikdə olduğuna görə öldürdülər..

Şokda idim öz arvadı qəşəng idi, ikincisi boşanmış böyük uşaqları olan biri idi. 

Bunlar ola-ola əmisioğlunun arvadıyla yaşamaq…

Baxırsann görkəminə boylu buxunlu qəşəng adam idi.

Xarakter isə … ! 

Bilmirəm niyə yadıma düşdü belə.

Birini ayaqüstə görürüksə, vurmağa çalışırıq ki, o da bizim kimi sürünsün…

Çox mundar adamlarıq, insanların şəxsi həyatına burun soxmaqla keçir ömrümüz. 

Əlimizdə olsa əlimiz çatmayan adamlara sayğac da qoyarıq..

Çünki işimiz gücümüz budur. 

Çünki ürəyimiz mundar fikirlərlə doludur. 

Əlimiz çatmayan qadın əxlaqsızdı, xaindi…

Əxlaqı iki ayaq arasında axtaracaq qədər əxlaqsızıq.

Birini ayaqüstə görürüksə, vurmağa çalışırıq ki, o da bizim kimi sürünsün.

O qədər mundarıq ki Allah da bizdən üz döndərib…

Həyat bir dəfə verilir və çox qısadır…

Bəzən insanlar “məni olduğum kimi qəbul etməlidirlər" deyə düşünüb özlərini sevdikləri insanın düşüncələrinə uyğunlaşdırmaq istəmirlər.

Amma sevgi güzəşt etmək deməkdir, uyğunlaşmaq deməkdir.

Adam sənin xarakterini sevirsə arıqlamaq kökəlmək, saçın dəngini dəymək, geyimində, davranışlarında diqqətli olmaq ölüm deyil.

Heç bir qadın iyverən, təmizliyinə fikir verməyən, özünü buraxan, saç saqqalı bir birinə qarışmış kişi və ya heç bir kişi əti piyi dərisinə sığmayan, soğança qoxan qadınla ömrünü keçirmək istəməz.

Həyat bir dəfə verilir və çox qısadır…

Onu da sevdiyimiz insanla, onun və özümüzün qarşılıqlı istəklərinə uyğun düzənləyərək yaşamalıyıq...

Məcburi də heç nə yoxdur…

.


İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?