USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Bütün güclər Türkiyənin inkişafının qarşısının alınmasına sərf edilir

Bütün güclər Türkiyənin inkişafının qarşısının alınmasına sərf edilir
24-01-2023

BAKI, Azərbaycan

"Çalışırlır ki, Türkiyədə vassal bir hakimiyyət siyasətə gətirilsin” 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə çaldı. 

10 noyabr Üçtərəfli bəyannaməsinə görə, ölkələr müəyyən məsələləri müzakirə edərək, sülh müqaviləsi imzalamalı idi. 

Amma aradan 3 il keçməsinə, müxtəlif ölkələrdə fərqli formatlarda görüşlər keçirilməsinə baxmayaraq, sülh müqaviləsinin imzalanması baş tutmur. 

Sanki xüsusi bir güc buna mane olmağa çalışır!

Ermənistan - Azərbaycan münasibətlərinə tək cənubi Qafqaz kontekstində yanaşmaq doğru deyil. 

Biz bu məsələyə bütövlükdə yaxın şərqdə Afrikanın şimalında, Aralıq dənizində gedən, Yunan Kipri , Yunanıstan Türkiyə münasibətləri kontekstində, geosiyasi konteksdə yanaşmalıyıq. Çünki Ermənistanla Azərbaycan arasında dayanıqlı sülh müqaviləsinin imzalanması o deməkdir ki, 150 ildən bəri dünyada aparılan saxta erməni təbliğatı iflasa uğrayır”.

Bu barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb.

Deputtaın fikrincə, burada tək Azərbaycana qarşı deyil, eyni zamanda Türkiyəyə qarşı ərazi iddialarından söhbət gedir. 

Parlamentari hazırda kürəsəl güclərin Türkiyənin ətrafında gərginliyin azalmasına səbəb olan layihələrə imza atacağına inanmır.

-Nəsib Məhəməliyev

Biz bu gün Türkiyə ətrafında cərəyan edən prosesləri təhlil etsək, görərik ki, bütün güclər Türkiyənin inkişafının qarşısının alınmasına sərf edilir. Çalışırlır ki, Türkiyədə vassal bir hakimiyyət siyasətə gətirilsin və ölkədə sözəbaxan "dövlət adamı" bərqərar olsun. Ancaq Türkiyə əvvəlki Türkiyə deyil. 

İndi Türkiyə həm siyasi, həm iqtisadi cəhətdən kifayət qədər inkişaf etmiş, özü özünü təmin edən ölkədir. Bu gün Türkiyənin dünyadakı, rolu olduqca əhəmiyyətlidir”-deyən Məhəməliyev vurğulayıb ki, bu gün və gələcək üçün geosiyasi prosseslərin idarə olunmasında Türkiyənin rolu olduqca zəruridir.

Çünki Türkiyənin apardığı ədalətli siyasətə dünyanın ehtiyacı var.

Xarici güclər heç vaxt imkan verməyəcəklər ki, Ermənistanla Azərbaycan arasında, eyni zamanda Türkiyə arasında tam sabitlik bərqərar olsun.Yəni bu hələ ki, mümkün görünmür”-deyən deputat hesab edir ki, bu gün Erməni məsələsinin beynəlxalq gündəmdə saxlanılmasında maraqlı tərəflər var.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?