USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Azərbaycanın məqsədi Zəngəzur dəhlizinin açılmasıdır

Azərbaycanın məqsədi Zəngəzur dəhlizinin açılmasıdır
01-08-2023

BAKI, Azərbaycan

-Ceyhun Bayramovun Türkiyəyə səfəri, səfər çərçivəsində Hakan Fidanla görüşməsi və ardınca Türkiyə prezidenti cənab Tayyib Ərdoğanla görüşməsi xüsusən əhəmiyyət daşıyan məsələdir 

"Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir".

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin bu proses üçün vacibliyini vurğulayıb.

Ceyhun Bayramovun Türkiyəyə səfəri, səfər çərçivəsində Hakan Fidanla görüşməsi və ardınca Türkiyə prezidenti cənab Tayyib Ərdoğanla görüşməsi xüsusən əhəmiyyət daşıyan məsələdir.

Çünki son vaxtlar Azərbaycan Ermənistan arasında münasibətlərin tənzimlənməsi istiqamətində addımlar atılmaqdadır. Amma bu addımlarla yanaşı, həm də təxribat hallarında artım da mövcuddur.

Azərbaycanın Qarabağ bölgəsində təxribat hallarının artırması məsələsi gündəmdədir.

Yəni görürük ki, kənar güclər bu prosesi dəstəkləyirlər. Və istəyirlər ki, bütün gücü ilə bölgədə bir təxribat yaratsınlar və sülh prosesi pozulsun”.

Bu barədə politoloq Samir Hümbətov danışıb.

-Samir Hümbətov

O, qeyd edib ki, belə olan halda Azərbaycan üçün Türkiyə ilə əməkdaşlığın bütün dərin qatlarından istifadə edərək, bölgədə stabilliyin yaradılmasına nail olunması çox vacibdir.

Təbii ki, Hakan Fidanla görüşdə Ceyhun Bayramovun müzakirə etdiyi mövzular içərisində siyasi, iqtisadi, hərbi mədəni, təhsil yəni bütün sahələri əhatə edən məsələlər müzakirə olunub.

Politoloq hesab edir ki, ikili münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni müqavilələrin imzalanması mümkündür.

Görüşdə qeyd edildi ki, qarşılıqlı investisiyaların həcmi 30 milyard dollar olub. Bu ilin ilk 6 ayında təqribən 4 milyard dollara qədər, 3,9 milyard dollar Azərbaycanla ticarət dövriyyəsi olub.

Yəqin ki, növbəti 6 ayda da bir o qədər olar ki, bu da artıq rekor səviyyəyə çatar.

2022-ci ildə təqribən 6 milyard dollara qədər ticarət dövriyyəmiz olub. Bu məsələlər görüşdə vurğulandı. İqtisadi sahədə, hərbi sahədə əməkdaşlıq dərinləşir.

İkili münasibətlərlə bərabər həm də, ikili münasibətlər kontekstində beynəlxalq ictimaiyyətdə lobbi fəaliyyətləri də genişlənir. Burada münasibətlərin koordinasiya olunması məsələsi də var”-deyən politoloqun fikrincə, bu baxımdan Ceyhun Bayramovun səfərinin əhəmiyyəti önəmlidir.

Politoloq bildiirb ki, Hakan Fidan Zəngəzur məsələsinə də toxunub. Bu da önəmli məsələdir. Çünki Azərbaycanın məqsədi Zəngəzur dəhlizinin açılmasıdır.

Bu, təkcə Azərbaycanın deyil, eyni zamanda bütün dünyanın əsas diqqət mərkəzindədir və lazımlı məsələdir.

Bu səbəbdən də, həm regional məsələlər, həm ikili münasibətlər, həm siyasi, iqtisadi əlaqələrin həm də qlobal səviyyədə münasibətlərin müzakirəsi baxımından və qərarların qəbul edilməsi baxımından Ceyhun Bayramovun bu səfəri xüsusi əhəmiyyət daşıyır”-deyə politoloq qeyd edib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?