BAKI, Azərbaycan
“Getdikcə çətinləşən şərtlərə baxmayaraq, aydın başa düşmək lazımdır ki, əgər Rusiya olmasaydı və onun sülhməramlıları bölgəyə daxil olmasaydı, bu gün Dağlıq Qarabağın həmin hissəsindəki Stepanakert olduğu formada qalmayacaqdı”.
Bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin müshaibəsində deyib.
Səfir bu fikirləri Ermənistanın siyasi və informasiya dairələrində Rusiya sülhməramlı kontingentinə qarşı tənqidi bəyanatları şərh edərkən deyib.
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Rusiya səfiri və Rusiya dövlətinin müxtəlif nümayəndələri belə açıqlamalar verməkdənsə, bölgədə Rusiyanın konstruktur rol oynamasına çalışmalıdırlar.
-Mübariz Göyüşlü, Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi
Politoloqun fikrincə, hazırda Rusiya sülhməramlı qüvvələri Azərbaycanla bağlı məsələlərə o qədər də həssas yanaşmırlar.
Azərbaycanın tələblərinə o qədər də diqqətlə yanaşmır, daha çox sanki "erməniməramlı" kimi çıxış edir, ancaq erməni tərəfinin bir qrup separatçı terrorçunun qorunması, müdafiəsi ilə məşğul olurlar.
“Onlar sanki Azərbaycanlı məcburi köçkünlərin də Xankəndiyə və ətraf ərazilərə qayıdıb yerləşməsi missiyasını unudublar. Ancaq ermənilərin orada məskunlaşmasını və ermənilərin mühafizəsini təşkil etməklə məşğuldular.
Bunun da qarşılığında Rusiya Ermənistandan özünə qarşı bir minnətdarlıq görmək istəyir. Ermənistanı öz yanında görmək istəyir”,- deyən politoloq qeyd edib ki, Ermənistan Rusiyanın bu cəhdlərinə ümumiyyətlə əhəmiyyət vermir.
Mübariz Göyüşlünün fikrincə, Rusiya səfirinin belə açıqlamaları və bəyanatları Ermənistanı KTMT-də saxlamaq, Rusiyanı yanında saxlamaq cəhdlərindən biridir.
Eyni zamanda Ermənistanın Avropaya qərbə doğru qaçışını əngəlləmək, KTMT -nin Ermənistanla, Azərbaycanla sərhədində yerləşdirilməsi imkanlarına görə təzyiq etməkdir.
Politoloq hesab edir ki, belə fikirlər, açıqlamalar nəticə verməyəcək.
“Bu fikir həm də yanlışdır. Çünki Rusiya olmasaydı və ya Rusiya ordusu olmasaydı, Azərbaycanın Qarabağ bölgəsində konflikt də yaşanmayacaqdı. Bu formaya gəlib çıxmayacaqdı.
İndi Rusiya özünü ermənilərin xilaskarı kimi təqdim etmək istəyir. Rusiya erməniləri kimdən xilas eləyir? Azərbaycandanmı?
Azərbaycan Qarabağdakı erməniləri nə öldürmək, nə də soyqırıma məruz qoymaq fikrində deyil.
Onları danışıqlara dəvət edir, onları öz vətəndaşı kimi görür. Onları öz vətəndaş hüquqlarını, Azərbaycan vətandaşı hüquqlarını verməyə etiraz etmir”,- deyən politoloqun fikrincə, Rusiyanın belə açıqlama və çıxışları gündəmə gətirməyi yanlışdır, nəticə verməyəcək.
Çünki Ermənistan bir istiqamət üzrə hərəkət edir və Rusiyanın cəhdləri Ermənistanı bu hərəkətdən saxlaya bilməyəcək.
.
İradə Cəlil, dikGAZETE.com