USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Azərbaycan İran arasında olan gərgin münasibətlərin daha da gərgiləşməsinə çalışan qüvvələr və dövlətlər var

Azərbaycan İran arasında olan gərgin münasibətlərin daha da gərgiləşməsinə çalışan qüvvələr və dövlətlər var
27-01-2023

BAKI, Azərbaycan

"Ora Azərbaycan ərazisidirsə, mütləq şəkildə İran tərəfindən qorunmalıdır" 

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə hücum edilib. 

Hadisə zamanı səfirliyin bir əməkdaşı Orxan Əsgərov qətlə yetirilib, iki nəfər isə xəsarət alıb.

Xatırladaq ki, bu İranda digər ölkələrin səfirliklərinə qarşı edilən ilk hücum deyil. 

Hələ 45 il öncə 1979-cu il, noyabrın 4-də ABŞ-ın Tehrandakı səfirliyinin işğalı diplomatiya tarixində ən uzun müddətli girov böhranlarından birinin başlanğıcı idi.

ABŞ səfirliyini zəbt edən silahlı qruplar 444 gün ərzində 52 nəfəri girov saxlamışdılar.

İşğaldan sonra Tehranla Vaşinqton arasında bütün diplomatik əlaqələr pozuldu və o vaxtdan “soyuq müharibə” prosesi başladı. Xüsusi olaraq xatırladaq ki, Amerika səfirliyinin işğalını təşkil edən və aksiyada aktiv olan bəzi tələbələr sonradan İranda mühüm vəzifələrə gətirildilər.

Dövrün tələbələrindən olan Hüseyn Dehkan Müdafiə Nazirliyi, İzzətullah Zərkami İran Radio və Televiziya Qurumunun prezidenti, Həbibullah Bitərəf Enerji Nazirliyi, Rıza Seyfullahinin Təhlükəsizlik Baş Müdirliyi və keçmiş prezident Məhəmməd Hatəminin qardaşı Məhəmməd Rza Hatemi Parlament üzvü oldu.

Məhəmməd Əli Caferi İnqilab Keşikçiləri Korpusunun Baş Komandanlığı vəzifəsini icra edib. 

Qısacası bu gün Azərbaycanın Tehrandakı səfirliyinə hücum da təsadüfi və ya qələmə verildiyi kimi məişət zəmnindədirmi?!

Mili Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, Azərbaycanın İrandakı səfirliyinə hücum terror hadisəsi kimi qəbul edilməldiir. Çünki əldə edilən videolardan həmin şəxsin məqsədinin insan öldürmək olduğu görünür.

-Arzu Nağıyev

Depuatat qeyd edir ki, bu hadisə ilə bağlı bir neçə istiqamətdə araşdırma aparılmalıdır. 

İran Xüsusi Xidmət orqanları ilə birlikdə Azərbaycan tərəfi də bu araşdırma prossesində iştirak etməlidiir. 

İran dövləti bu insidenti tək araşdırmamalı və buna cavab verməlidir.

İran 3 fevral 1965-ci ildən Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının üzvüdür, Azərbayca isə 1992-ci ildən. Ora Azərbaycan ərazisidirsə, mütləq şəkildə İran tərəfindən qorunmalıdır”-deyən politoloq Arzu Nağıyev qeyd edib ki, Azərbaycan İran arasında olan gərgin münasibətlərin daha da gərgiləşməsinə çalışan qüvvələr və dövlətlər var.

Bu hadisə birmənalı şəkildə araşdırılmalıdır. Terror hadisəsini pisləyirəm. Hesab edirəm ki, bu ikitərəfli araşdırılmalı və ortaya ciddi faktlarla sübut qoyulmalıdır.

İranın Azərbaycandakı səfirliyi də nəzarətə alınmalıdır, çünki hadisələrin daha pis inkişafı istisna deyil. İran bu hadisə ilə bağlı Azərbaycana hesabat verməldir!

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?