BAKI, Azərbaycan
Erməni politoloq Ruben Mehrabyan deyir ki, əgər Azərbaycan və Ermənistan razılaşsalar, Rusiyanın Ermənistandakı mövcudluğu sona çatacaq.
Mehrabyanın fikrincə, Qarabağ müharibəsi zamanı Moskvanın etdiyi hər şey onun mənəvi və siyasi iflasına səbəb olub.
“May ayının 25-26 tarixlərində gözlənilən Moskva görüşü ərəfəsində Paşinyanın ərazi bütövlüyümüzün tamamını tanımaq barədə bəyanatı həm Ermənistanda, həm də Azərbaycanda xüsusi maraq doğurub.
Ermənistan müxalifəti və Rusiyada yaşayan “lobbi” Paşinyana qarşı çox ciddi ittihamlarla çıxış edərək onu satqın adlandırırlar”.
Bu barədə Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi danışıb.
Onun sözlərinə görə, hazırda Yerevan müxalifəti və Xankəndində qalıb yaşayan az saylı erməni icması etiraz mitinqlərinə hazırlaşırlar.
Xankəndində 50-60 nəfərlik piketi mitinq kimi təqdim edərək, guya etiraz olduğunu nümayiş etdirmək istəyirlər.
-Vasif Əfəndi
“Paşinyanın bu bəyanatı hüquqi baxımdan qəbul edilən olsa da “erməni icmasının təhlükəsizliyi”nin təmin olunmasınını şərt kimi irəli sürməsi erməni bicliyidir. “Təhlükəsizliyin təminatı” ifadəsinin arxasında nələrin dayandığını siyasətlə ciddi məşğul olanlar anlamalıdır.
Böyük ehtimalla Paşinyan erməni icması üçün hər hansı formada özünü idarətmə mexanizmi istəyir ki, bunun da mümkün olmadığını çox yaxşı başa düşür”-deyən politoloq hesab edir ki, Paşinyanın fəaliyyətinin əsas istiqaməti bölgəyə xüsusi statuslu sülhməramlı kontingentin gəlməsidir.
Azərbaycan üçün prioritet olan məsələ, Rusiya sülhməramlılarının yaxın zamanda münaqişə zonasından çəkilməsidir.
Azərbaycan bölgəyə bundan sonra heç bir beynəlxalq hərbi kontingent gəlməsinə razılıq verməyəcək.
“Erməni politiloq Aleksandr İsgəndəryan təxminən eyni mövqedən çıxış edərək vəziyyəti şərh edərək bildirib ki, Qərbin Bakıya ciddi təsir etmək imkanları yoxdur.
Hazırda erməni icması üçün hər hansı status istəmək üçün nə Rusiyanın nə də Qərbin təsir mexanizmləri yoxdur.
Azərbaycan öz ərazilərinə nəzarət edir və heç bir kənar qüvvənin əraziyə onun razılığı olmadan girişinə icazə verməyəcək”-deyən Vasif Əfəndi bildirib ki, Paşinyan erməni icmasının inteqrasiyasına yardım etmək istəyini nümayiş etdirərsə yayın sonlarına qədər ciddi sənəd imzalana bilər.
Əgər yenə də “staus və təhlükəsizliyin təminatı” adı altında söz oyunu olacaqsa, proses Emənistan üçün onların arzu etmədiyi istiqamətdə inkişaf edəcək.
Politoloq hesab edir ki, bu gün son 100 ildə elə tarixi şərait yetişib ki, bizim müstəqilliyimizə və hüzurumuza əngəl olan qüvvələri tarixin səhifəsindən silə bilərik.
Bölgədə əmin-amanlıq, iqtisadi yüksəliş və davamlı sülhün iki yolu var.
Ya Ermənistan ayıq başla qərarını verərək ərazilərimizi heç bir şərt qoymadan tanıyacaq, ya da daha ağır şərtlər altında bunu etməyə məcbur edəcəyik.
.
İradə Cəlil, dikGAZETE.com