BAKI, Azərbaycan
"Xocalı… erməni millətçilərinin Türk və Azərbaycan xalqlarına qarşı apardığı etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi…"
2020-ci il 44 günlük müharibə Azərbaycanda ictimaiyyəti və dövləti bir amal uğrunda birləşdirdi.
Hər kəs, uşaqdan böyüyə müharibənin gedişatını böyük həyəcanla izləyirdi.
Və Azərbaycan xalqı, Azərbaycan dövlət bu müharibədə qələbə çaldı.
Bu qələbə xalqımızı, dövlətimizi daha yüksək pillələrə ucaldacaq. Amma torpaqlarımızın işğal altında olduğu 30 ildə ermənilər tərəfindən törədilmiş cinayətlər heç bir zaman unudulmayacaq…
Və Azərbaycan xalqı, Azərbaycan dövləti bu həqiqətləri dünyaya çatdıra bilmək üçün əlindən gələni edəcək…
Cəmiyyət və dövlət maraqlarının kəsişdiyi və birlik göstərilməsinin ən vacib olduğu bütün dönəmlərdə Azərbaycan xalqı və dövlətinin bu istiqamətdə birgə addımlaması təqdirəlayiq və sağlam kommunikasiyanın ən bariz nümunəsidir.
“100 illər ərzində haqsızlıqla qarşılaşan və zaman -zaman erməni soyqırımlarından əziyyət çəkən xalqımız 44 günlük Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək tarixi ədaləti bərpa etmək üçün öz gücünü nümayiş etdirdi.
Belə ki, 90-cı illərin əvvəlində havadarların dəstəyi ilə Ermənistanın işğal etdiyi torpaqlar erməni tapdağından azad olundu və xalqımız öz qələbəsini elan etdi.
İki ildən çox müddətdir ki, xalqımız öz qürurunu bərpa etmiş, başını dik tutaraq informasiya müharibəsində də düşmənləri üstələmişdir. Çünki, və güclü olanda pozulmuş ədalət də bərpa olunur”.
Bu barədə Milli Məclisin deputatı Azər Badamov danışıb.
Deputat qeyd edib ki, 2010-cu ilin 10 noyabrında Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistana kapitulyasiya sənədini imzalatdırmaqla döyüş meydanında ədalətli olduğunu sübut edib. Bununla yanaşı ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar və faciələr heç vaxt unudulmayacaq.
-Azər Badamov
“Müasir tariximizn ən böyük faciəsi isə 26 fevral 1992-cı ildə ermənilərin Xocalıda törətdikləri soyqırımıdır.
Xocalı soyqırımı bəşər tarixinin acı səhifəsidir və ermənilərin mülki insanlara qarşı törətdikləri ən ağır hərbi cinayətidir.
Belə ki, bir gecənin içində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi də bu günədək naməlum qalıb.
Şəhər yerlə-yeksan edildi.
Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirilməsi ilə nəticələn soyqırım müasir tariximizdə görünməmiş vəhşilk idi.
Bu soqrımda ermənilərin məqsədi etnik təmizlənmə aparmaqla azərbaycanlıarı qorxutmaq və böyük Ermənistan yaratmaqda yolunu asanlaşdırmaq idi.
Amma 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ermənilərin vəhşi niyyətlərini alt-üst etmiş olundu. Ulu Öndərin rəhbərliyi altında Silahlı Qüvvələrin vahid mərkəzdən idarə olunmağa başlanması və Ermənistan işğalçıların qarşısının kəsilməsi növbəti erməni soyqırımların və işğal proseslərin sonlanmasına yol açdı”-deyə deputat Azər Badamov qeyd edib.
Onun sözlərinə görə, ümumimilli Lider Heydər Əliyev “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu” və Prezident İlham Əliyev “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu Türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” fikirləri ifadə etməklə Xocalı soyqırımının insanlığa qarşı ən dəhşətli cinayət olduğunu bildirib.
“Azərbaycan bu gün qalibdir və torpaqlarını işğalçılardan azad edib. Amma Xocalı soyqırımı və xalqımıza qarşı törədilmiş digər hərbi cinayətlər unudulmur.
Hər il Xocalı faciəsinin qurbanlarının xatirəsi anılır, yad edilir. O cümlədən, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Leyla xanım Əliyevanın təşkilatçılığı ilə 2008-ci ildən başlanmış "Xocalıya ədalət" kampaniyası davam etdirlir.
Bu gün dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı faciəsini soyqırım kimi tanınmışdır. Bu gün də Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində işlər davam etdirilir və çalışacağıq ki, bütün dünya ermənilərin iç üzünü tanısın və bəşəriyyət üçün çox təhlükəli toplum olduğunu bilsin.
O cümlədən, soyqırımın təşkilatçıları və iştirakçıları müəyyən olunaraq beynəlxalq məhkəmələrdə mühakimə olunmağına çalışmalıyıq.
İnanıram ki, gec-tez bu hərbi cinayətin iştirakçıları mühakimə olunacaq və tarixi ədalət beynəlxalq tribunalda bərpa olunacaq”-deyə deputat əlavə edib.
.
İradə Cəlil, dikGAZETE.com