USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

2023-cü ildə ulduzlar nə vəd edir: İqtisadi böhran, müharibələr, ikili münasibətlər…

2023-cü ildə ulduzlar nə vəd edir: İqtisadi böhran, müharibələr, ikili münasibətlər…
03-01-2023

BAKI, Azərbaycan

Daha bir ili yaxşı və ya is geridə qoyuruq. “Gələn il necə keçəcək?” - düşüncəsinə düşdüyümüz günləri yaşayırıq.

Ulduzlara görə, 2023-cü il maddi baxımdan yenidən düşündürən illərdən olacaq. Bu il öz iqtisadi vəziyyətimizə kənardan baxmalı olacağıq.

Sağlamlıqla bağlı da narahatlıqlar müşahidə edilə bilər.

Necə daha sağlam ola bilərəm” sualı bizi bu il çox düşündürəcək. Bu səbəbdən də ilin ilk günlərində düşüncələrinizi sağlamlığınıza büdcənizə yönləndirməlisiniz.

İlin ikinci yarısı isə ortaqlıq, sevgi, evlilik mövzuları gündəmdə olacaq.

Astroloqlar bildirir ki, bu il “nəyin bahasına olursa, olsun, yaxşı olacaq” prinsipi ilə həyata baxışı və radikal davranışları olan Pluton Dolça bürcünə keçəcək. Bu sonuncu dəfə 244 il əvvəl baş verib.

Həmin il yəni, 1779-cu ildə Plutonun Dolça bürcünə keçməsi, Avropada burjua sinfi və qeyri-zadəgan icmalarının güclənməsinə və o dövrdə cəmiyyətdə fəal təbəqənin formalaşmasına səbəb olmuşdu.

Bu formasiyalar sosial mühiti sürətlə dəyişdirmiş, yeni iqtisadi institutlar yaranmışdı.

2023-cü ildə Pluton iki ay Dolça bürcünə girəcək və sonra ilin sonuna qədər Oğlaq bürcündə qalacaq.

Bu dövrdə müharibələrə şahidlik edəcəyik. 

Eyni zamanda kripto pullar həyatımızın vazkeçilməz bir parçasına çevriləcək.

Siyasi xəritədə sərhədlər yenidən çəkilə bilər.

Qeyd edək ki, 2023-cü ildə aprelin 20-də ilin ilk Günəş tutulması müşahidə ediləcək. Bu tutulma, çox çətin bir tutulma kimi görünür.

Xoşagəlməzliyi ilə məşhur olan 29 dərəcədə baş verəcək bu tutulma bir çox proseslərə təsir edəcək. Maliyyə məsələlərində də bu tutulma diqqətli olmağımızı tövsiyə edir.

Mayın 5-də baş verəcək Ay tutulması isə 14 dərəcə altında Əqrəb bürcündə baş verəcək. 

Oktyabrın 14-də baş verəcək Günəş tutulması bir çox sahələrə öz təsirini göstərəcək.

Bu dövr üçün qanunvericilikicra hakimiyyətləri, hökumət qadağaları, hökumət binaları, tarix, kənd təsərrüfatı, tikinti və gəmiçilik, nəqliyyat, nazirliklər, rabitə, nəşriyyat, media sahəsində müxtəlif dəyişikliklər gözənilir.

Ümumiyyətlə, bu il baş verən tutulmalar bizə maddi məsələrlərlə bağlı diqqətli olmağı tövsiyə edir.

İlin sonuncu Ay tutulması 28 oktyabr 2023-cü ildə 5 dərəcə altında Buğa bürcündə baş verəcək.

Bu tutulmanın iqtisadi baxımdan özümüzə gəlməyimiz üçün son qapını açacağını söyləyə bilərik. 

Bu tutulma fərdi və ya ictimai əhəmiyyət kəsb etmir. 

Həmin dövrdə əlimizdəki kartların bizi gələcək illər üçün gücləndirəcəyini söyləyə bilərik. 

Qısacası, 2023-cü il pul məsələsinin yenidən gündəmə gəldiyi bir il kimi görünür. 

İl maliyyə üzərində qurulu olacaq. Bu səbəbdən də bu gündən 2023-cü il üçün maddi baxımdan hazırlıqlı olmaqda fayda var.

Dünyada iqtisadi böhran davam edəcək, müharibələr müşahidə ediləcək. İl sadəcə, ikili münasibətlər üçün faydalı olacaq.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?