USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

12 ölkədən 30 səyyahın Qarabağa gəlməsi, çox önəmli məsələdir

12 ölkədən 30 səyyahın Qarabağa gəlməsi, çox önəmli məsələdir
08-02-2023

BAKI, Azərbaycan

-Dünyaca məşhur səyyahların Qarabağa səfəri nəyi dəyişə bilər

Şuşaya gəlmədən əvvəl şəhərin tarixi haqqında oxumuşdum. Xüsusən burada doğulan şairlərin, musiqiçilərin həyatı barədə məlumatalarla tanış olmuşdum. Cıdır düzündə, Şuşa qalasında olmaq məndə böyük təəssüratlar yaratdı”.

Bu barədə Azərbaycan işğaldan azad edilmiş ərazilərində səfər edən Danimarkalı səyyah Maqnus Nilsen jurnalistlərə açıqlamasında danışıb. 

Böyük Britaniyadan olan səyyah Heyli Kennedi isə bildirib ki, ecazkar təbiəti görmək üçün mütləq buraya səyahət etmək lazımdır. Onun sözlərinə görə, Azərbaycanın dəyərli tarixə xüsusən də neft və digər zənginliklərə sahib olduğu üçün bu zənginliklərlə hər şey etmək mümkündür.

Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, ümumiyyətlə belə səyahətlərin həyata keçirilməsi çox mühim məsələdir.

Belə ki, bu klublarda təmsil olunan və dünya turuna çıxan səyahətçilər hər şeyi öz gözləri ilə görür və danışırlar. 

Onların böyük auditoriya kütləsinin olduğunu vurğulayan deputat qeyd edir ki, beynəlxalq səviyyəli klubların təmsilçilərinin Qarabağa gəlməsi, Qarabağ reallıqlarının necə baş verdiyini görməsi, tikinti işlərinin aparılması, minalardan təmizlənmə prossesi və bu kimi reallaqlara şahid olmaq çox önəmli məsələdir. Yəni həqiqəti dünyaya çatdırmalı, dayanmamalıyıq.

-Arzu Nağıyev

Deputat hesab edir ki, bu səyyahların Laçın yolunda, Şuşa yaxınlığında keçirilən aksiyanı görməsi də önəmlidir.

Çünki bu yer onların marşurutunun üzərindədir. Onları görəcək, onlarla danışacaqlar. Bu gün beynəlxalq Ədalət məhkəməsində ermənilər insan haqlarının pozulması ilə bağlı məsələ qaldırıblar. Məsələnin əslində nədən ibarət olduğu, məqsədinin, məramının nə olduğunu onlar öz gözləri ilə görəcəklər. Sülhməramlı qüvvələrlə görüşmək böyük əhəmiyyət kəsb edir”-deputat vurğulayıb ki, bu səfərin heç bir siyasi məsələdən asılı olmayaraq müstəqil şəkildə baş tutması Azərbaycanla yanaşı dünya ictimaiyyəti üçün də əhəmiyyət kəsb edir.

Yəni hərbçilərin, siyasətçilərin danışması ilə heç bir siyasi məqsədi olmayan şəxslərin danışması çox fərqlidir. Bu səbəbdən də müxtəlif ölkələrin təmsilçilərinin bu səfərini önəmli hesab edə bilərik”-deyə deputat əlavə eidb.

Xatırladaq ki, fevralın 4-dən 12 ölkədən olan 30 səyyah Azərbaycanın işaldan azad edilmiş ərazilərinə səfərə başlayıb.

Məqsəd bölgədə quruculuq işlərinin aparılmasının, ermənilərin Azərbaycan torpaqlarına vurduğu zərərlərin, barbarlığın nümayiş etdirilməsidir.

Bəlkə, əcnəbilər öz gözləri ilə bölgədə olan reallığı görəndən sonra bir sıra düşüncələrə bir aydınlıq gələr.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?