USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000
Özel Haber

Azərbaycanlı deputat Azər Badamov Çili senatoru ilə görüşüb -İrade Celil özel haberi-

Azərbaycanlı deputat Azər Badamov Çili səfəri çərçivəsində Çili Senatında Çili-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri senator, doktor Fransisko Çahuan ilə görüşüb

Azərbaycanlı deputat Azər Badamov Çili senatoru ilə görüşüb -İrade Celil özel haberi-
18-01-2023 19:13
Google News

HABER MERKEZİ

Azərbaycanlı deputat Azər Badamov Çili səfəri çərçivəsində 17 yanvar 2023-cü ildə Çili Senatında Çili-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri senator, doktor Fransisko Çahuan ilə görüş keçirib. 

Bu barədə deputat özü məlumat verib. 

O, qeyd edib ki, görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışaraq bu gün Laçın-Xankəndi yolunda ekoloji fəallarımızn və gənclərimizin keçirdiyi dinc aksiya haqqında məlumat verilib.

Çilidə keçirilən beynəlxalq konqresdə mineralların kortəbii istismarının ekologiyaya verdiyi zərərləri mövzusunda müzakirənin aparıldığını xatırlayaraq Qarabağın dağlıq ərazisində Rusiya sülhməramlıların məsuliyyət zonasında yaşayan ermənilərin torpaqlarımızda ekoloji terrorun törədilməsinin davam etdirildiyini cənab Fransisko Çahuanın diqqətinə çatdırdım. Aksiyaçıların məqsədi ekositin dayandırılması və ekologlarımızın öz suverən ərazilərimizdə monitorinqlərin aparılmasına imkan yaradılması tələbi ilə bağlı olduğunu Çilili həmkarımın diqqətinə çatdırdım.  Həm də yolun himanitar məqsədlər üçün bağlı olmadığını və  bu yol vasitəsilə hər gün humanitar daşımaların həyata keçirildiyini bildirdim”-deyə deputat vurğulayıb.

O, qeyd eidb ki,  Ermənistan  Laçın -Xankəndi yolunu bağlamaqla  aksiyaçılarımızın Qarabağın dağlıq ərazisində yaşayan ermənilərə qarşı humanitar blokada yaratdığı ilə bağlı yalan məlumatlar yayaraq beynəlxalq ictimaiyyıəti çaşdırmağa çalışdıqları ilə bağlı   Çilili həmkarını məlumatlandırıb.

O cümlədən Fransanın BMT TŞ -da Azərbaycana qarşı qətnmamə qəbul etdirmək cəhdlərinin iflasa uğradığını və dostlarımızın sədaqətli mövqeyi sayəsində Azərbaycanın ədalətli səsinin günü-gündən möhkəmləndiyini həmkarımın diqqətinə çatdrdım. 

Cənab Çahuan iki il əvvəl Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyinə görə bir daha təbrikini çatdırdı və Çili Senatında və beynəlxalq platformalarda hər zaman Azərbaycanın yanında olduğunu bildirərək parlamentlərarası dostluğunun möhkəmlənməsinə yüksək dəyər verdiyini ifadə etdi.

Parlamentlərarası əməkdaşlığın və dostluğun  möhkəmlənməsi hökumətlərarası əməkdaşlığın inkişafına da öz müsbət təsirinin göstərdiyini bir daha vurğulandı.

Görüş parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcək fikirləri ilə  bağlı çox səmimi diskusiya şəraitində başa çatdı.

Görüşdə Çili senatının xarici əlaqələr idarəsinin katibi, Çili senatının məsul əməkdaşı və Azərbaycanın Çilidəki diplomatik nümayəndəsi  iştirak edirdi”-deyə Badamov vurğulayıb.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?
ÇOK OKUNANLAR
ARŞİV ARAMA
PUAN DURUMU TÜMÜ
GÜNÜN KARİKATÜRÜ TÜMÜ
Günün çizgisi
ANKET TÜMÜ