?>

Türkiyəyə hər bir cəbhədə məğlub olan Fransa, Azərbaycana qarşı çıxmağa çalışır

İradə Cəlil

2 yıl önce

BAKI, Azərbaycan

İşğal altında olan ərazilərdə fransız əli… Fransa istər birinci Qarabağ müharibəsi, istərsə də ondan sonrakı dövrdə hər zaman Ermənistanın yanında olduğunu açıq şəkildə dilə gətirib, dəstəkləyib. 

Bunu açıq şəkildə göstərmək üçün, hətta Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul edərək, Azərbaycanı işğalçı ölkə kimi təqdim edib.

Dekabrın 12-də Şuşa - Xankəndi yolunda azərbaycanlı ekofəallar dinc aksiyaya başlayandan sonra isə Fransa Ermənistanı yenidən qorumaq, müdafiə etmək məqsədilə BMT Təhlükəsizlik Şurasına bəyanat təqdim etdi. Amma hər zaman olduğu kimi Fransanın bu addımı da fiaskoya uğradı.

Deputat Arzu Nağıyev bildirib ki, Fransa Ermənistanı mütləq şəkildə dəstəkləyəcək.

Deputat hesab edir ki, bunun müxtəlif səbəbləri var: birinci iqtisadi səbəbdir. Burada çox mühim məqam var.

-Arzu Nağıyev

Belə ki, vaxtilə işğal altında olan ərazilərdəki bütün filiz yataqlarının, bir sıra biznes obyektlərinin darmadağın edilməsində və Fransaya daşınmasında Fransa şirkətləri iştirak edib. Bu gün onun qarşısı alınmaqdadır.

İkinci səbəb siyasi məsələdir ki, Fransa ciddi cəhdlə regiona qayıtmaq istəyir.

Əsas məqam da Türkiyəyə hər bir cəbhədə məğlub olan Fransa, Türkiyənin ən yaxın tərəfdaşı, dostu olan Azərbaycana qarşı çıxmağa çalışır.

“Hərbi baxımdan da müxtəlif xüsusi xidmət orqanlarının əməkdaşlarının regiona göndərilməsi, onların sərhəddə monitorinq keçirməsi ilə bağlı atılacaq addımlar fransızların çoxdankı arzusudur”-deyən deputat hesab edir ki, seçkilərlə bağlı Makronun öz fikirləri var. 

Onun sözlərinə görə, Azərbaycan prezidentinin Makronun iştirakı ilə Ermənistan-Azərbaycan görüşlərində iştirak etməməsi fikri çox mühüm və doğru addım idi. Çünki illər boyu təcavüz edən bir tərəfi dəstəkləmək heç bir siyasi çərçivəyə sığmır, beynəlxalq qanunlara söykənmir.

“Ən ciddi məqamlardan biri də odur ki, BMT-nin təhlükəsizlik şurasının üzvü olan dövlət bir tərəfi dəstəkləyə bilməz. Vaxtilə Qarabağla bağlı qəbul olunmuş 4 qətnamənin heç biri yerinə yetirilməyib. Niyə Fransa susurdu? Rusiyaya qarşı hər gün qətnamələr qəbul olunur. Bunun sonu nədir? Heç nə!”-deyə A. Nağıyev vurğulayıb.

Deputat Arzu Nağıyev qeyd edib ki, bu gün Laçın dəhlizi məhfumu yoxdur. Həmin ərazidə mitinqlərin artıq nəticələri var. Humanitar yardım adı altında yüklər, sərnişinlər onsuz da oradan keçirlər. Lakin əsas məqam odur ki, bir sıra yataqlarda işlər dayanıb. 

Bu gün çalışırlar ki, separatçı qüvvə öz statsutunu irəli verərək, sərbəst şəkildə müraciət etsin. Bu da alınan deyil, çünki orada hər-hansı bir monitorinq keçirilərsə, mütləq şəkildə Azərbaycan iştirak etməlidir.

"Vardanyanı ora Rusiya göndərmişdi. O da öz missiyasını yerinə yetirə bilmir. Fransızlar da çalışır ki, Vardanyan oranı tərk etsin və Arayik Artunyanla öz keçmiş işlərini həyata keçirsinlər. Artıq hiss olunur ki, Koçaryan da, Sarkisyan da bir kənardadır. Fransızların ən ciddi fiquru kimi məhz Arayik Arutunyan çıxış edir".

Deputatın sözlərinə görə, Azərbaycanın bu il üçün planları çoxdur.

Ötən il sülh müqaviləsinin imzalanmamasına baxmayaraq, bu il müvafiq istiqamətdə addımlar atılacaq. Eyni zamanda Zəngəzur dəhlizi istiqamətində addımlar atılacaq.

“Bərpa, dinc quruculuq işləri həyata keçirilməli, ərazilərimizdə olan separatçı qüvvələr, qeyri-qanuni silahlılar ərazidən çıxarılmalıdır. Buna nə Fransa, nə digər dövlət mane ola bilməz”-deyə deputat Arzu Nağıyev bildirib.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI