?>

Türkiyə ilə Azərbaycan arasında tikinti sahəsində ‘Anlaşma Memorandumu’ imzalanıb

İradə Cəlil

2 yıl önce

-Türkiyə ilə Azərbaycan arasında tikinti sahəsində “Vahid qiymət sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. “Tikintidə Türkiyə tərcrübəsinə üstünlük verəcəyik”

BAKI, Azərbaycan

Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum bildirib ki, Azərbaycan ilə tikinti işləri sahəsində əməkdaşlıq protokolu və tikintidə normativ və vahid qiymət sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu iki ölkə arasında işlərə daha güclü təkan verəcək.

Kurum qeyd edib ki, Prezident Rəcəb Tayyib ƏrdoğanAzərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Şuşa Bəyannaməsi ilə iki ölkə arasında münasibətlərin dönüş nöqtəsinə çatıb və müttəfiqlik səviyyəsinə yüksəlib.

“İşğal zamanı darmadağın edilən Qarabağın yenidən qurulması üçün mühüm addımlar atılır. Mən prezidentimizlə Qarabağda da oldum. Biz yenə də şirkətlərimiz, aidiyyəti nazirlik və qurumlarımız, Azərbaycan şirkətləri ilə birlikdə iqlimə və ətraf mühitə, insanların yaratdığı fəlakətlərin qarşısının alınması, müdaxiləsi və nəticələrinin azaldılması üçün birgə tədbirlərin görülməsi, Qarabağın rifahı üçün işlərə töhfə verməyə çalışırıq”.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, Türkiyə şirkətləri xüsusilə işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərirlər.

-Ramil Qasımzadə-

Ekspertin sözlərinə görə, tikinti işlərinin maliyyə mənbəsi ən çox dövlət büdcəsidir, dövlət büdcəsindən ödəmələr bütünlüklə həyata keçirilir. 

Bura Türkiyə ilə bu sahədə qiymət razılaşmaları, ümumiyyətlə tikintidə normativ vahid qiymət sistemi tək layihələrə sərf olunacaq məsələlər daxildir. 

Azərbaycanda da tikinti üçün layihə işlərinin ümumi qiymət toplusu mövcuddur. Bu qiymət toplusu Dövlət Şəhərsalma Arxitektura Komitəsi tərəfindən təsdiq olunur.

“Bu sahədə qiymətləndirmə ilə bağlı xüsusilə dövlət büdcəsi ilə maliyyəşən tikinti işləri ilə əlaqədər fərqli qiymətlərin olmaması üçün müvafiq qurumlara da tapşırıqlar verildi. Çünki eyni həcmli inşaat işləri çox fərqli qiymətlərlə həyata keçirilirdi. 

Ümumiyyətlə bu sahədə olan boşluqları aradan qaldırmaq üçün qurumlara da Fövqaladə Hallar Nazirliyinə, Arxitektura və Şəhərsalma Komitəsinə ölkə rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib. 

Dövlət vəsaiti hesabına maliyyəşdirilən tikinti obyektlərinə ümumi smeta, normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin keçən il 2021-ci ildə müvafiq qərarı oldu.

Bu qərarla əlaqədər Fövqaladə Hallar Nazirliyinə və bir sıra qurumlara tapşırıqlar verildi. 

Bu tapşırıqlardan əhəmiyyətli olanlar bunlar idi ki, ümumiyyətlə yük daşımaları ilə bağlı maşın, texnikaların, saat normalarının işlənməsi, Fövqəladə Hallar nazirliyinin həyata keçirdiyi müvafiq işlərlə bağlı konkret normativ qiymətlərinin müəyyən edilməsi üçün tapşırıqlar verildi"-deyən ekspert bildirib ki, normativ qiymətlər bazar qiymətləri demək deyil

Smeta normativ qiymətlərini Fövqəladə Hallar nazirliyi yanında qiymətqoyma komissiyası hazırlayır.

Qərarda həmçinin göstərilirdi ki, Maliyyə nazirliyinə smeta normativ qiymət qoyma sistemini, ümumiyyətlə bu hüquqi aktların təkmilləşdirilməsi, Türkiyə Respublikasının mövcüd təcrübəsinə əsasən hazırlanması ilə bağlı müvafiq tapşırıq verilib.

“Bizdəki müvafiq qanunvericilik norması Türkiyə Respublikasının mövcud təcrübəsinə əsasən hazırlanacaq. 

Normativ metodik sənədlərlə uyğun olması və ümumiyyətlə bu metodlarla bağlı işlərin həyata keçirilməsi, cari qiymətlərin, informasiya sisteminin yaradılmasını da bu sərəncama görə Maliyyə nazirliyinə tapşırılıb. 

Qərarda Fövqəladə Hallar, Maliyyə, İqtisadiyyat nazirliklərinə və Dövlət Statistika Komitəsinə, həmçinin Şəhərsalma Arxitektura Komitəsinə müvafiq tapşırıqlar verilib. 

Bununla bağlı işlərə hələ keçən ildən başlanıb. Nazirlər Kabinetinin 2021-ci il 9 yanvar qərarına əsasən bu sistemin qurulması ilə bağlı tapşırıq var”-deyən ekspert vurğulayıb ki, indi isə smeta normativ qiymətqoyma sistemi işlənilib və artıq icrası üçün hazır vəziyyətə gətirilib.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI