?>

Türkiyə hər dəstəyi Azərbaycana verdi, artıq bölgənin bir ulduzudur

İradə Cəlil

2 yıl önce

BAKI, Azərbaycan

“Livan paytaxtı Beyrutda Daşnak partiyasının çağırışı ilə 1000-dən çox erməni bir yerdə toplanaraq, Azərbaycanın Beyrutdakı Səfirliyinin qarşısında toplandı.

Azərbaycan əleyhinə şüarlar səsləndiri. Səfirliyə daxil olmaq istədilər. Livan polisi buna icazə vermədi.

Xaricdə, başqa bir ölkədə işləyən Azərbaycan səfirinə və digər diplomatlara qarşı hücumları qınayıram.

Biz bu filmi daha əvvəl gördük. Nə vaxt gördük? ASALA deyə bir terorçu qrup, teror maşını var idi.

1975-dən Türkiyənin Paris səfiri İsmayıl Erez və sürücüsünü, daha sonra isə, daha sonra Vienadakı səfirimizi ASALA qətlə yetirmişdi. Bu proses davam edirdi.

Daha sonra Fransada çox saylı terorçu fəaliyyətlər ediblər. Paris səfirliyimizə basqın ediblər. Yenə Kanadada, SerbiyadaYunanıstanda 45 diplomatımızı qəddarca qətlə yetiriblər”

Bu barədə Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA”-nın Türkiyə nümayəndəsi Hulusi Kılıç danışıb.

O, qeyd edib ki, artıq TürkiyəAzərbaycan var.

O vaxtlar Azərbaycan Rusiyanın tərkibində idi. Artıq bölgədə güclü, söz sahibi Azərbaycan var.

-Hulusi Kılıç-

“Bundan sonra biz Türkiyə-Azərbaycan olaraq, bir yumruğun parçası olaraq davam edəcəyik”,- deyən Hulusi Kılıç sentyabrın 12-də Ermənistan tərəfindən həyata keçirilən təxribatla da bağlı öz fikirlərini bildirib.

O, qeyd edib ki, terorçular həm sərhəddə Daşkəsən, Laçın, Kəlbəcər sərhədində təxribat həyata keçiirb, terror hadisəsi törədib. Həm də bu cinayəti Azərbaycana yükləmək istəyirlər.

“Bunlar Ermənilərin növbəti oyunudur. Bunları keçmişdə də gördük. Təkrar edirlər. Ancaq bu xaricdəki Azərbaycan səfirliklərinə olan hücumlar əvvəlcə o ölkənin, səfirliyin olduğu ölkənin imicinə zərər verməkdədir. Eyni zamanda, bölgədəki gərginliyi artırmaqdadır. Ermənistan yeni reallıqla barışmalıdır.

Digər ölkələrdə hücumlar həyata keçirən ermənilər də Ermənistana gəlsin. Niyə gəlmirlər?

Ordakı yaşayış şərtlərini görsünlər. Əgər igidlikləri varsa, sərhədə gəlsinlər. Güclü bir Azərbaycan ordusu var. Onlara da dərsini verir.

Amma başqa ölkədəki səfirlikdəki insanlara, səfirliyə hücum etmək tamamilə zəifliyin bir göstəricisidir. Və terorizmin nümunəsidir”,- deyə Hulusi Kılıç bildirib.

Onun sözlərinə görə, sadəcə Ermənistanda deyil, digər ölkələrdə də teror fəaliyyətlə məşğul olurlar.

Keçmiş səfir qeyd edib ki, ermənilərin ABŞ Vaşinqtondakı Azərbaycan səfirliyinə qarşı hücum da növbəti erməni terrorudur.

Onun sözlərinə görə, Azərbaycan 10 noyabr 2020-dən sonrakı Azərbaycan deyil artıq.

Azərbaycan, 44 günlük bir Vətən müharibəsinə girdi və torpaqlarını geri aldı.

Bugünkü Azərbaycan, çox güclü bir Azərbaycandır.

“Ordusu daha da gücləndi, komando birlikləri əlavə olundu. Türkiyə lazım olan hər dəstəyi Azərbaycana verdi. Artıq bölgənin bir ulduzudur. Bunu bilməlidirlər.

Azərbaycan ilə dost olsanız, Türkiyə ilə dost olsanız, daha rahat yaşayarsınız. Bizim dostluğumuz çox qiymətlidir. Amma, düşmənçiliyimiz də çox ağrıdır.

Ona görə reallıqla barışın, regionda sülh içində yaşayaq. Biz bunu təklif edirik. Azərbaycan prezidenti cənab İlham ƏliyevTürkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dostluq əlini uzadır.

Bu əli bərk tutun. Bu əl çox qiymətli bir əldir. Hər zaman bu əl sizə uzadılmaz. Qiymətini bilin.

12-13 sentyabrda olan son hücumda həyatını itirən hərkəsə Allahdan rəhmət, yaralılara Allahdan şəfa diləyirəm. Ailələrinə başsağlığı verirəm. Vətən sağolsun.

"Bayraqları bayraq edən üstündəki qandır. Torpaq əgər uğrunda ölən varsa, Vətəndir". Şəhidlərimiz Vətən üçün bu torpaqlarda şəhid oldular. Vətən üçün şəhid oldular. Ağrımız böyükdür. Amma, bu torpaqlar qan ilə sulanırsa Vətən olur. Qarabağ şəhidlərinə, Türkiyədəki bütün şəhidlərə Allah rəhmət eləsin”,- deyə keçmir səfir əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI