?>

Sosial şəbəkədə şantaj: Cinayətkar cəzasız qalanda cinayətlərindən çəkinmir

İradə Cəlil

1 yıl önce

BAKI, Azərbaycan

Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradıldı.

Azərbaycan 2009-cu ildə "Kibercinayərkarlıq haqqında" konvesiyaya qoşulandan sonra belə bir qurum yaradılsa da, müəyyən qüvvələr həmin qurumun fəaliyyətə başlamasına izin verməmişdi.

Acınacaqlı olsa da, bu istiqamətdə sözün əsl mənasında hərcmərclik vardı.

Sosial şəbəkədə şantaj edilən, təhqir edilən şəxslər ölkədə bu sahə üzrə Dövlət Təhlükəsizlik XidmətinəDaxili İşlər Nazirliyinə şikayət etsə də, bu şikayətlər nəticəsiz qalırdı.

Son dövrlərdə sosial şəbəkələrdən də gördüyümüz kimi insanlar şantaj edilir, onlardan müəyyən vəsaitlər tələb edilir.

Bəziləri bu vəsaitləri ödəyib şantajçının qurbanına çevrilir. Bəziləri ictimai qınaqdan çəkinib, intihar edirdilər.

Təəssüf ki, çox zaman qadınlar bu şantajçıların tələsinə düşürdü. Keçmiş sevgililər, “sevgidilənçiləri qadınları tora salaraq, sonradan onları şantaj etməkdən çəkinmirdilər. Çünki bilirdilər ki, ölkədə bu sahədə qanunlar işləmir.

Və bu şantajçıları cəzalandıran bir qurum yoxdur.

Cinayətkar cəzasız qalanda cinayətlərini davam etdirməkdən çəkinmir. Hər bir qadının haqqı var ki, birisini sevsin, müəyyən duyğular yaşasın. Amma heç bir qadın şantaj edildiyi üçün intihar etməməlidir…

Hüquqşünas Ramil Süleymanov bildirib ki, son vaxtlar sosial şəbəkələrdə, adi "mesenger" söhbətlərində qadınlara, hətta kişilərə qarşı belə şantaj üsulundan istifadə etməklə, müəyyən məbləğdə pulların tələb olunması halları və faktları var.

Bu əməl isə, cinayət əməli hesab olunur və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə sanksiyalaşdırılmışdır.

-Ramil Süleymanov

“Cinayət Məcəlləsinin 182-ci maddəsi “hədə-qorxu ilə tələb etmə adlanır”. 182-ci maddəyə görə, hədə-qorxu ilə tələb etmə zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının onun şəxsiyyəti üzərindən zor işlətməklə barəsində rüsvayedici məlumatları yaymaq və bu şeylərdən istifadə etməklə əmlak tələbini nəzərdə tutur. Bu maddə üzrə hədə-qorxu ilə tələb edən şəxslə bağlı 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Burada ağırlaşdırıcı hallar da qeyd edilib. Belə ki, əgər cinayət xeyli miqdarda əmlak əldə etməklə törədilərsə, təkrar törədilərsə, bir qrup şəxs tərəfindən törədilərsə, 5 ildən 10 ilə qədər azaddan məhrum etmə cəzası nəzərdə tutulur. Maddəyə görə məbləğ 5 min manatdan 50 min manata qədər olan vəsait nəzərdə tutulur”-deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, saxta profillərlə həyata keçirilən bu kimi cinayət əməllərinin qarşısının alınması məqsədilə prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tabeçiliyində “Kibercinayətkarlığına qarşı mübarizə baş idarəsi” yaradılıb.

Yəni bundan sonra araşdırmaları Daxili İşlər Nazirliyi aparacaq.

“Vətəndaşlar heç nədən qorxmasınlar. Belə faktlarla qarşılaşdıqları zaman hüquq mühafizə orqanlarına müraciət etsinlər. Aparılmış araşdırma nəticəsində onları şantaj edən şəxsin cinayət əməli sübut edilərsə, o zaman həmin şəxs Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcək. Eyni zamanda “qurban” yəni zərərçəkmiş məhkəməyə mütaciət edərək, ona dəymiş ziyanın maddi və mənəvi zərərin tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər”-deyə hüquqşünas Ramil Süleymanov izah edib.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI