?>

Rusiyanın imtina etdiyi erməni əsilli rusiyalı milyarder Vardanyan niyə Qarabağdan çıxarılmır?

İradə Cəlil

2 yıl önce

BAKI, Azərbaycan

Rusiyanın çökmüş Vardanyan layihəsi... Bir müddət əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Vardanyanın Qarabağdan getməli olduğunu dilə gətirdi.

O bildirdi ki, Azərbaycan Ruben Vardanyanın Qarabağı tərk etməsini tələb edir.

-Ruben Vardanyan

Çünki onun fəaliyyəti cinayətkar-avantürist xarakter daşıyır.

Biz hesab edirik ki, buna son qoyulmalıdır. Bu insan regionu nə qədər tez tərk etsə, hər kəs üçün bir o qədər yaxşıdır. Bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Onun regionda peyda olmasına qədər yaxşı əlaqələr, reinteqrasiya ilə bağlı müsbət faktlar vardı” - deyə Bayramov söyləyib.

Lavrov isə açıqlamasında Ruben Vardanyanın Rusiya ilə əlaqəsinin olmadığını, hətta öz ərazisi ilə Rusiya vətəndaşlığından çıxdığını qeyd edib.

O zaman Rusiyanın imtina etdiyi, Qarabağda yaşayan ermənilərin və Ermənistanın önəm vermədiyi Vardanyan faktoru niyə Qarabağdan çıxarılmır?

Politoloq Elşad Həsənov bildirib ki, Vardanyan bu il sentyabrın 4-də Qarabağa - “Arsaxa” dövlət naziri təyin olunub.

-Elşad Həsənov

Buna qədər onun haqqında müxtəlif informasiyalar yaılırdı. Deyilirdi ki, erməni əsilli rusiyalı milyarder qarabağlılara dəstək üçün Qarabağa gəlirdi.

Beləcə onun üçün “dövlət naziri” vəzifəsi yaratdılar.

Bundan əvvəl Araik Artunyan Moskvaya səfər edərək Rusiyanın müəyyən siyasi dairələri ilə görüş keçirmişdi. 

Sonra məlum oldu ki, Rusiya tərəfindən Vardanyan Qarabağa gəlir. 

Politoloq qeyd edir ki, Qarabağ problemi Rusiya tərəfindən yaradılmış bir münaqişədir.

“Belə ki, Sovetlər dönəmində Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçovaya erməni lobbisi Amerikada yüksək əyarlı neçə milyonluq qızıl-brilyant hədiyyə etdilər. Həmin vaxt Raisa Qorbaçova onlara söz verdi ki, Qarabağı onlara verəcəklər.

Ondan sonra konfliktlər başladı və SSRİ-nin süqutu da məhz Qarabağla oldu. SSRİ kimi nəhəng bir dövləti dağıtmaq üçün Amerika Mərkəzi Kəşfiyyat İdarəsi SSRİ-ni daxildən, milli münaqişə zəmnində parçalamağı qarşısına məqsəd qoymuşdu.

Ermənilərin sayəsində SSRİ dağıldı.

Bu dağılma Qarabağla başladı. Sonra konfiliktlər, münaqişələr və 1991-ci ildə SSRİ dağıldı”-deyən politoloq əlavə edir ki, indi Rusiya Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək üçün, xüsusilə də Ermənistanda özünə tabe olan bir şəxsi hakimiyyətə gətirmək üçün illərdir ki, çalışır.

Çünki onların əvvəl təyin etdiyi Koçaryan, Sarkisyan devriləndən sonra xalq Ermənistan hakimiyyətinə Paşinyanı seçdi və o, 44 günlük müharibəni uduzandan sonra da erməni xalqı yenidən Paşinyana səs verdi.

Bunun səbəbi o idi ki, Ermənistanda yaşayan ermənilər Qarabağ klanına inanmırlar, onlara nifrət edirlər.”

Paşinyan SOROS fondunun yetirməsidir.

Bu gün onun hakimiyyətdə olan nazirləri də SOROS fondunun kadrlarıdır.

Buna görə də onlar Rusiyadan qopmağa cəhd edirlər. Rusiya hər-hansı bir işi etmək üçün Ermənistanda özünə yaxın kadr olmadığına görə bu işləri görə bilmir.

Bu səbəbdən Moskvanın planı budur ki, Paşinyanı devirmək üçün Vardanyan Qarabağda fəaliyyətə başlasın. Ondan sonra isə Ermənistanda hakimiyyətə gəlsin.

Vardanyan bura gələndən bu aydın görülür. Çünki Rusiyanın bəzi dairələri Gürcüstanda bu variantı həyata keçirdilər.”

Vaxtilə “Qazprom”-un səhmdarlarından olan İvanişvilini Gürcüstanda hakimiyyətə gətirdilər və bu gün həmin məsələni Ermənistanda etmək istəyirlər”-deyən politoloq E. Həsənov bildirir ki, Vardanyan nazir təyin edildikdən sonra öz çıxışlarında Qarabağ haqqında beynəlxalq təşkilatlarda gedən məsələlərə qısqanclıqla yanaşması, anti-Azərbaycan fikirləri ilə diqqəti çəkir.

“Mən Rusiya kanallarından birində onun çıxışına qulaq asdım. Bildirirdi ki, Qarabağda 115 min erməni yaşayır, onların təhlükəsizliyi təmin edilməli, Ermənistana birbaşa çıxışları olmalıdır.

Aradan 5 dəqiqə keçməmiş elə həmin müsahibədə ermənilərin sayını 120 min deyir.

Yəni adamın nəfəsi də yalanla gedib-gəlir. Halbuki, o ərazidə heç 35 min əhali yoxdur.

Ayın 15-də də Laçın dəhlizinin açılması üçün yenidən mitinq təşkil etdilər.

Güya burada yaşayan ermənilər sosial- fəlakətə düçar olublar. Onlar xəstələrini İrəvana apara bilmirlər, yanacaq çatdıra bilmirər.

Bütün bunların yalan olduğu hamıya, o cümlədən rus sülhməramlılarına da məlumdur”-deyən politoloq hesab edir ki, bu səbəbdən də Vardanyanın hal-hazırda Qarabağda olan ermənilər arasında o qədər də nüfuzu yoxdur.

Elşad Həsənov qeyd edir ki, Vardanyan Qarabağa gələndən sonra Azərbaycanın "Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının istismarına başlayıb.

Dəmir filizləri Ermənistana göndərib. Vardanyan öz pulunu deyil, Azərbaycanın sərvətlərini çapıb-talayıb, o puldan istifadə edərək, özü üçün gələcək siyasi karyera qurmaq haqqında düşünür.

Azərbaycan tərəfi bunu bildikdən sonra, ekoaktivistlər yolu bağladılar. Ekologiya nazirliyinin və müvafiq qurumların nümayəndələri Azərbaycan ərazisinə terrorçuların, silahlı dəstələrin, eyni zamanda qeyri-qanuni silahların gətirilməsi, daşınması və təbii sərvətlərimizin talan edilməsinə qarşı aksiya keçirərək, həmin yataqlara getmək istədilər.

Rusiya sülhməramlı kontingentinin komandanı Volkov onlara əvvəlcə şərait yaradacağını qeyd etmişdi.

Amma sonradan ermənilərlə danışıqlara getdi, yol ermənilər tərəfindən bağlandı və münaqişə yaratmağa çalışdılar.

Bundan sonra dekabrın 12-dən ekofəallar və vətəndaş cəmiyyətinin üzvləri orada dinc aksiya keçirməyə başladılar”- deyən politoloq vurğulayıb ki, Ermənilərin humanitar yolu açıqdır, xəstələr daşınır.

Qırmızı Xaç” cəmiyyəti öz fəaliyyətini göstərir.

Buna baxmayaraq Vardanyan orada vəziyyəti daha da gərinləşdirməyə çalışır.

"Hazırda vətəndaş cəmiyyətinin üzvləri həyata keçirdikləri askiyalarla yanaşı, Qarabağda yaşayan ermənilərlə əlaqələr qurur.

Bəzi ermənilər hətta Azərbaycan pasportu alınması üçün müvafiq orqanlara müraciət edirlər.

Biz işimizi elə aparırıq ki, Vardanyan mənfur planlarını həyata keçirə bilməsin.

Azərbaycanın yeraltı sərvətlərini dağıda bilməsin”.

Politoloq qeyd edib ki, bunun qarşısı qətiyyətlə alınır və alınacaq.

P.S. Vardanyan proyekti gec-tez fiaskoya uğrayacaq. Çünki onun nə Ermənistanda, nə də Qarabağda nüfuzu yoxdur.

Ermənistan hakimiyyəti bilir ki, Vardanyanı Ermənistanda hakimiyyətə gətirmək üçün cəhdlər göstərilir. Bu səbəbdən də, Ermənistanda da Vardanyana dəstək yoxdur.

Mütəxəssislər hesab edir ki, Vardanyan yaxın zamanlarda Qarabağda “lazımsız adam” olduğunu dərk edib, özü oradan çıxacaq.

Amma bu erməni xislətinə yaraşan bir davranış olmadığına görə, inandıdırcı deyil.

Vardanyan Rusiya layihəsi olduğu üçün, onu Qarabağdan da Rusiya geri çağıra bilər.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI