?>

Rusiya və İran 162 kmlik dəmiryolunun inkişafına razılaşıb amma vəsait varmı?

İradə Cəlil

1 yıl önce

BAKI, Azərbaycan

“Əslində, Azərbaycan İranla münasibətləri tamamilə kəsmək niyyətində deyil, sadəcə olaraq İranı Şimal-Cənub dəhlizinin Rəşt-Astara hissəsini istismar etməyə, yəni 162 kilometrlik dəmir yolu çəkməyə sövq etmək istəyir.

Bakı öz məqsədinə ona görə nail olub ki, Rusiyaİran artıq bu sektorun inkişafına birgə sərmayə qoymağa razılaşıblar”.

Bu fikirləri “Armenpress”ə müsahibəsində iranlı politoloq Harut Artin Arakelyan Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası perspektivindən danışarkən deyib.

Arakelyan hesab edir ki, "Azərbaycan-İran münasibətləri həll olunarsa, Ermənistanın da İranla daha sıx əlaqələr qurmaqla, Azərbaycanın təcavüzlərini cilovlamaq rıçaqları olacaq, ona görə də regional sabitlik, şübhəsiz ki, Ermənistanın həyati maraqlarına uyğundur".

Milli Dirçəliş Hərakatı Partiyasının sədri Fərəc Quliyev bildirib ki, Azərbaycan İranla münasibətləri dövrün trendinə görə qururdu.

-Fərəc Quliyev

Məqsəd bu idi ki, heç bir ölkə ilə Azərbaycan düşmənçilik siyasəti yürütməsin.

Xüsusən, Ermənistanla 30 illik məlum münasibət və ərazilərimizin işğalda olması fonunda, Azərbaycanın yürütdüyü siyasət ondan ibarət idi ki, Ermənistanın müttəfiqsizləşdirsin.

Azərbaycana qarşı yeni cinahlar, cəbhələr açılmasın. Ona görə çalışırdı ki, İranla münasibətlərdə dövrün trendinə uyğun olaraq, davransın.

Əgər İran tərəfdən mənfi bir hal olmurdusa, Azərbaycan bir mənfi halı yaradan tərəf kimi çıxış etmirdi. Məqsəd, problemsiz qonşuluq siyasəti yürütmək idi.

Fərəc Quliyevin sözlərinə görə, İran tərəfin siyasəti dövrün trendinə uyğun deyil, sümükləşmiş, oturuşmuş, institutlaşmış bir düşmənşilik siyasəti idi. Bu da heç vaxt dəyişmiyib, müxtəlif formalarda təzahür edib. Mahiyyətcə hər zaman eyni olduğunu göstərib.

“Ola bilər ki, bəzi məqamlarda formaca dəyişsin. Amma heç bir zaman İran Azərbaycana qarşı dost münasibət sərgiləməyib. Bunu birmənalı şəkildə bilmək lazımdır. Bu gün bir iranlı erməninin verdiyi açıqlamada da göründüyü kimi, burada da yenə Ermənistanınİranın maraqlarını ortaya qoyurlar və dolayı yolla, üstü örtülü şəkildə əslində Zəngəzur dəhlizinin açılmamasına bir işarə olunur.

Məsəl üçün Arelekiyan hesab edir ki, “Azərbaycan-İran münasibətləri həll olunarsa, Ermənistanın da İranla sıx əlaqələr qurmaqla, Azərbaycanın təcavüzlərini cilovlamaqla hesabları olacaq”. Bu da ona işarə edir ki, əgər Şimal Cənub dəhlizi işlək vəziyyətə gələrsə və İran ərazisindən keçən 162 kmlik dəmiryol bərpa olunarsa, Ermənistan daha çox bu yol vasitəsilə, Şimaldan İranaİrandan da Ermənistana daşıma işlərini həyata keçirə bilər.

Beləliklə Zəngəzur dəhlizinin onlara siyasi təzyiq yolu, həm də Türkiyə-Azərbaycan arasında ciddi iqtisadi, siyasi, mədəni əlaqələrin daha yüksək səviyyəyə çatmasını aradan çıxararlar”-deyən partiya sədri Fərəc Quliyev bildirib ki, çünki Zəngəzur dəhlizininin açılmasında İran maraqlı deyil.

Onun fikrincə, İran burada iqtisadi cəhətdən maraqlı deyil. Çünki bu yol açılandan sonra, daşımalar daha çox bu dəhlizdən olandan sonra, İran üzərindən daşımalar azalacaq. Eyni zamanda İranın siyasi maraqlarına da təsir edir. Çünki deyirdilər ki, “Ermənistanın sərhədləri qırmızı xəttimizdir”...

Fərəc Quliyevin fikrincə, bu açıqlamanın əsasında daha çox siyasi motiv dayanır.

Partiya sədri hesab edir ki, Azərbaycan-İran əlaqələrinin bərpa olunması və yaxud da indiki çox pis vəziyyətdən biraz fərqli yaxşı vəziyyətə keçməsi onları düşündürmür.

Baş verəcək hadisədən sonra Ermənistanınİranın özünün vəziyyətinin haqqında düşüncələri var.

O, hesab edir ki, Azərbaycan daha çox Zəngəzur dəhlizinin üzərində dayanmalıdır.

162 kmlik dəmiryolunun açılmasını da ona görə gündəmə gətirirlər ki, Rusiyaİran bu sektorun inkişafına sərmayə qoymağa razılaşıb.

Ola bilər razılaşma olsun, amma vəsait varmı? İran özü çox ciddi sıxıntılar içərisində, sanksiyalar altındadır. Rusiya da ağır sıxıntılar içərisindədir.

Bu səbəbdən də, son anda bu məsələnin təcili şəkildə həyata keçirilməsi təxirə salına bilər”-deyə Fərəc Quliyev əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI