BAKI, Azərbaycan
-Rusiyanın regiona təsir etmək üçün alternativ hüquqi, iqtisadi, mədəni, elmi, texnoloji imkanları yoxdur.
“Azərbaycan istəyir ki, Ermənistanla sülh razılaşması əldə olunmaqla, regionda əmin-amanlıq təmin olsun, ölkələr münaqişələrdən yox, inteqrasiyadan, regionun coğrafi üstünlüklərininin verdiyi iqtisadi, nəqliyyat-kommunikasiya imkanlarından birgə istifadə etməklə, inkişafdan danışsın.
Ona görə sülhə aparacaq bütün təkliflərə hazırdı, bu istiqamətdə kiminlə, hansı platforma olmasından aslı olmayaraq görüşür. Bu imkanlardan istifadə edərək milyardlarla dollar qazana biləcəyimiz halda, Ermənistanın şovinist, işğalçı siyasətinə, digər ölkələrin pionu olduğuna görə regionu aktiv münaqişə ocağına çevrilib”.
Bu barədə “Ana Vətən” Partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə danışıb.
O, qeyd edib ki, Azərbaycan həm Ermənistanla həm də Qarabağ iqtisadi zonasınada məskunlaşmış erməni əsilli şəxslərlə danışıqların vasitəsiz, birbaşa aparılmasını daha çox istəyir və bununla bağlı dəfələrlə təklifini səsləndirib.
-Yalçın Hacızadə
“Çünki görürük ki, vasitəçi ölkələrin regiona təsir etmək maraqları onların obyektivliyinin qarşısına keçir. Bu da sülhün əldə olunmasından daha çox sülh danışıqlarının aparılması görüntüsü yaradır. Görüşlər Rusiyanın, Avropa İttifaqının və Amerikanın vasitəçiliyi ilə aparılır.
Rusiya münaqişəni yaradan və ərazilərimizin işğalında iştirak edən ölkədir və hazırda müvəqqəti də olsa “sülhməramlı” adı ilə silahlı qüvvələri ərazimizdədir.
Münaqişənin nizama salınması üçün bağlanmış 10 Noyabr Bəyannaməsinin şərtlərini yerinə yetirmir, əksinə olaraq münaqişənin davam etməsi, revanşist qüvvələrin meydana çıxması üçün tədbirlər görür.
Bir sözlə sülhün əldə olunmasından çox, əldə olunmaması üçün tədbirlər görür. Çünki bilir ki, sülh əldə olunduğu zaman regiona olan təsirini itirəcək.
İndiki halda münaqişədən tərəflərə təsir etmək məqsədi ilə istifadə edir. Ümumiyyətlə, Rusiyanın beynəlxalq siyasətində münaqişə yaratmaq və yaranmış münaqişələrdən qidalanmaq, həmin münaqişələrdən tərəflərə təsir etmək məqsədi ilə istifadə etmək böyük yer tutur”-deyə politoloq əlavə edib.
Onun sözlərinə görə, Rusiyanın regiona təsir etmək üçün alternativ hüquqi, iqtisadi, mədəni, elmi – texnoloji imkanları yoxdur.
Ona görə ancaq hərbi, etnik münaqişələrdən istifadə edir. Digər tərəfdən də tarix boyu bizə qarşı işğalçılıq siyasəti aparmış ölkədir.
Belə ki, Ukraynaya qarşı müharibə aparır və minlərlə dinc Ukrayna vətəndaşının ölümünə səbəb olur. Bütün bunlara görə də Rusiyanın vasitəçiliyi ilə böyük sülh razılaşmasının əldə olunacağına, regiona sülh gələcəyinə inanmıram.
Rusiya sülhü pozmasın, sülhü yaratması lazım deyil.
“Rusiya sülhün yaranmasında maraqlı olsaydı, 10 Noyabr Bəyannaməsinə uyğun müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qalan erməni silahlı birləşmələrini çıxarar, həmin ərazilərdə Azərbaycanın suverenliyinin bərqərar olmasına imkan verər və xalqların inteqrasiya və reinteqrasiyasına şərait yaradırdı.
Azərbaycanın Rusiyanın vasitəçiliyi ilə danışıqların aparılmasını qəbul etməsində məqsəd, sülh müzakirələrinin inkişafında maraqlı olduğunu və hələlik sülhə bu məqsədlə nail olmaq istədiyini göstərməkdi”-deyən politoloq Yalçın Hacızadə bildirib ki, regionda baş verənlərə, Ermənistanın daxili siyasətinə, erməni millətinin şəxsi – mənlik – kimlik – etnik (genetik irq) vəziyyətinə, regionda maraqlı olan qüvvələrin Ermənistana təsir imkanlarına və Ermənistanın həm qüvvələrin təsirinə açıq və maraqlı olması faktlarına baxdıqda hesab edirəm ki, Ermənistanla sülh razılaşmasının əldə olunması mümkün olmayacaq.
Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyi kimi, Ermənistanla növbəti münasibətlərini də hərbi və digər güc imkanlarından istifadə edərək həll edəcək.
.
İradə Cəlil, dikGAZETE.com