?>

Qəribə bir sevgidir İstanbul -Mən İradə Cəlil-

İradə Cəlil

6 yıl önce

Əvvəllər İstanbul xəyallarımın şəhəri idi. 

Onu uzaqdan sevməyə alışmışdım. İşlərin çox olması mənə sevdiyim şəhəri görməyə imkan vermirdi. 

Sonradan Türkiyyəə olan sevgimi orada təhsil almaqla möhkəmləndirməyə qərar verdim. Seçimim Atatürk Universiteti oldu. 

Burada təhsil almaqla, yanaşı ildə iki dəfə sevdiyim şəhərləri gəzmək imkanım da yarandı. 

Və beləcə bu sevgi başladı.

Hər dəfə  İstanbula, Ərzuruma, Antalyaya, Konyaya, Dənizliyə, Nevşehirə,Kapadokyaya gəlib gördüyüm gözəllikləri yazmağa çalışırdım. 

Ancaq İstanbul sevgisi bir başqa idi.

Türkiyənin hansı ərazisində oluramsa olum, mütləq ürəyimdən “kaş İstanbulda olsaydım” fikri keçir. 

Qəribə bir sevgidir İstanbul.

Yazmaqla bitmir.

Damarlarında qanına qarışır, yuxularına girir.

Sanki gəzdiyin dəniz sahili də fərqlidir. 

Qağayıları, smitçiləri, hər şeyi ilə bir başqadır.

Bəzən düşünürəm, “bu şəhəri mənə bu qədər sevdirən ədir?” Bəlkə insanları, bəlkə tarixin dərinliklırindən süzülüb gələn şehri. 

Bəlkə taleyimdə izi olacaq bu şəhərin. 

Bilmirəm..

İçimdə sevgi tükəndə də belə İstanbula gəldiyimdə bir başqa atır ürəyim. 

Bu dəfə də elə oldu. 

Süleymaniyyə məscidini gəzdiyim zaman sanki əsrlər öncəyə qayıtdım. Sultan Süleymanın dövrünə, Hürrəmin sevimli olduğu dövrə. Daşlara, məzarlarv toxunduqca bir daha qayıtdım o illərə.

İstanbuldan danışdım, özümü unutdum.

***

Mən İradə Cəlil.

Azərbaycanda Sputnik Azərbaycan İnformasiya Agentliyinin əməkdaşıyam. 

Demək olar ki, 15 ildən çoxdur ki, mətbuatdayam. Jurnalsitika mənim uşaqlıq sevgimdir.

Həyatda mənim üçün hər şeydən önəmli sevgidir. İşimə sevgi, övladıma, ailəmə sevgi.

Və bir də İstanbul var...

Bu gündən mənim də düşüncələrim, Azərbaycanda baş verənlərlə bağlı şərhlərim, köşə yazılarım, -pəşi-sıra- “dikGAZETE.com”də yer alacaq. 

İlk yazılar, sevgili şəhərimlə bağlı olacaq…

İstanbul bir Azərbaycanlının düşüncələrində...

İstəsəniz izləyin...

Sevgilərimlə

.

İradə Cəlil, dikGAZETE.com

Twitter'da bizi takip edin: @IradeHS @dikgazete

YAZARIN DİĞER YAZILARI