?>

Qız uşaqlarının həddi-buluğa çatmadan nikaha məcbur edilməsinin qarşısı mütləq alınmalıdır

İradə Cəlil

1 yıl önce

BAKI, Azərbaycan

Ötən il Azərbaycanda 122 min 846 uşaq dünyaya gəlib.

2 min 11 nəfərin anası yetkinlik yaşına çatmamış 15-17 yaşlı qızlardır.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən il 18 yaşını tamamlamayan 270 nəfərin rəsmi nikahı qeydə alınıb.

15-17 yaş arası ana olanlardan 120 nəfər ikinci dəfə uşaq doğub.

Bu yaşlarda daha 11 nəfərsə artıq üçüncü dəfə ana olub.

Erkən yaşda ana olanların 32 faizi şəhərlərdə, 68 faizi kəndlərdə yaşayır.

-Bəs erkən nikahlara səbəb nədir?

Cəmiyyətdə cinsiyyət rolları bütün sahələrdə qadının bir addım geridə qalmasına səbəb olur.

Qadınkişi iş həyatında səhiyyə xidmətlərindən yararlanma, sənət-ixtisas-peşə seçimi və ailəqurma təcrübələrində nəzərə çarpacaq qədər bərabərsizdir.

Bu bərabərsizlik fonunda həm də, qadının evlilik yaşına qərar vermə azadlığı və ailə qurcağı insanı özü seçəbilmə haqqı əlindən alınır və çox vaxt bu vəziyyət erkən nikahlarla nəticələnir.

Erkən nikahlar 1949-cu il “İnsan Haqqları Dünya Bəyannaməsi” və 1989-cu il Uşaq Haqqları razılaşması kimi beynəlxalq standartlara görə, evlilik üçün aşağı hədd yaş 18 olaraq müəyyən edilib və bu yaşdan kiçik şəxslərin həyata keçirdiyi evliliklər erkən nikahlar adlanır.

Bu gün erkən yaşda qurulan ailələr günün ən böyük problemlərindən hesab edilir.

Bu evliliklərin səbəbləri araşdırıldığı zaman iqtisadi vəziyyət, təhsil səviyyəsi, evdə olan qız uşaqlarının sayı, uşaqlaırn sayının çoxluğu, cəmiyyətin basqısı, köç və müharibələrin böyük rol oynadığını görmüş olarıq.

Qız uşaqlarının yaşadığı cəmiyyətin mədəni səviyyəsi, adət-ənənə, dini inanc və s. digər faktorlar da evliliklərin erkən yaşda baş verən nikahların əsas səbəblərindəndir.

Qız uşaqlarını iqtisadi baxımdan yük olaraq görən ailələr, evlərində qızlara görə yoxsulluqda olduğunu düşünürək onları erkən yaşda evləndirirlər.

Erkən yaşda həyata keçirilən evliliklərin səbəblərini araşdıran çox sayda araşdırma var.

Cəmiyyətin erkən yaşda baş tutan nikaha təsirini araşdıran bir araşdırmada iştirakçılar erkən yaşda evlənmələrinin səbəblərini qohumluq əlaqələri, təhsil, inanc, adət-ənənəiqtisadi səbəblərlə izah ediblər.

Yoxsulluğun əsas səbəblərdən biri olduğu önə sürülür.

Səbəbindən asılı olmayaraq, qız uşaqlarının həddi-buluğa çatmadan nikaha məcbur edilməsinin qarşısı mütləq alınmalıdır.

Bu gün Statistika Komitəsinin yaydığı hesabata nəzərə yetirəndə bir sualı düşünməyə bilmirsən: “Ailələri bu uşaqları düşünmür, bəs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hara baxır”?

Sonra da yenə suala özün cavab verirsən ki, “ailə öz övladını düşünməyəndən sonra, dövlət qurumu niyə düşünsün ki?!”…

Qısacası, acıanacaqlı vəziyyətdir.

Özləri uşaqlığın dadını çıxarmadan ərə verilən qızların taleyi isə, hamıya məlumdur…

Atalar məsəli var: “gəlinliklə gedib, kəfənlə çıxmaq”, vəziyyət elə budur…

.

İradə Cəlil, dikGAZETE.com

 

YAZARIN DİĞER YAZILARI