?>

Qardaşın Türkiyə isə, sən daha güclüsən Azərbaycan!

İradə Cəlil

2 yıl önce

BAKI, Azərbaycan

Dünyaya 'Qardaş yumruğu’ mesajı: Qardaşın Türkiyə isə, sən daha güclüsən Azərbaycan!

"Bunu Azərbaycana qarşı pis niyyəti olan bütün ölkələr bilməlidir. Anca bərabər, kanca bərabər! Dünyada təhdid və təhlükələrin artdığı bir zamanda ölkələrimizin və millətimizin təhlükəsizliyini yalnız güclü orduya sahib olmaqla təmin etməliyik".

Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyətin təltif olunma mərasimində söyləyib.

Görünən o ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və istənilən təhdiddə yumruq kimi birləşməyə hazırdır.

"Dostumuzu birlikdə dost, düşmənimizi də birlikdə düşmən görürük"- deyə Akar bütün dünyaya bir mesaj verib. 

Bir müddət əvvəl İran Azərbaycana guya gözdağı vermək məqsədilə Araz sahilində təlimlər keçirdi. Hətta İsrailAzərbaycanın adının keçdiyi bir himn də səsləndirildi. 

Azərbaycana qarşı İranın zaman - zaman qonşuluq prinsiplərinə uyğun olmayan davranışları zatən uzun zamandır müşahidə edilirdi. Amma nə təsadüfdürsə, məhz 2020-ci il 44 günlük müharibədə Azərbaycanın haqq savaşında qələbə qazanmasını İran həzm edə bilmədi. 

O zamana qədər gizlin sərgilədiyi düşmənçilik mövqeyini açıq şəkildə göstərməyə başladı. 

İran düşünürdü ki, Azərbaycan yalnızdır. 

Uzun illər torpaqları işğal altında qalmış, müharibədən yeni çıxmış bir ölkə gücsüzdür. 

İstənilən basqı bu ölkənin gözünü qorxuda bilər. Amma bu məqamda Türkiyə ilə qardaşlığımız, “Şuşa bəyannaməsi" unudulurdu.

AzərbaycanTürkiyə hərbi qüvvələrinin bilrikdə keçirdiyi təlimilərsə xüsusən İrana, eləcə də dünyaya Azərbaycanın bundan sonra heç bir savaş meydanında tək olmadığını sərgilədi.

Dünyaya “Qardaş yumruğu” mesajı...

Azərbaycanın cənub sərhəddində qonşu İran dövlətinin iki dəfə belə bir təlim keçirməsi, Araz çayı üzərindən məşqlər etməsi, Azərbaycanı hədələməsi olduqca gözlənilməz və cahilcə addım idi.

Hər halda artıq tarixə çevriləcək bir "əndazə rejimi"ndən bundan başqa performans da gözləmirdik.

Son zamanların İran şousu əslində necə dəyərləndirilir?

İran-Ermənistan, İran-Azərbaycan münasibətləri ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa öz fikirlərini bölüşüb. 

-Milli Məclisin deputatı Fazil Mustafa-

Siyasətçi deyir ki, Türkiyə ilə Azərbaycan arasında hərbi təlimlərin keçirilməsinin bu dövrə təsadüf etməsinin səbəbi birmənalıdır.

"Azərbaycan göstərdi ki, “Şuşa bəyannaməsi" kağız üzərində qalan sənəd deyil. 

İstənilən vaxt, istənilən düşmənin hərhansı bir həmləsini dəf etməyə, Azərbaycanın niyyəti və iradəsi var.

Bu təlimdə, həm də Türkiyənin öz öhdəliyinə nə qədər ciddi yanaşdığı bəlli oldu. İstənilən vaxt Türkiyə Azərbaycana qarşı təhdidin önündə sipər olaraq duracağını bəyan etdi. 

Müdafiə nazirlərinin ən üst səviyyədə bu tədbirdə iştirak etməsi, eyni zamanda Prezidentlər tərəfindən mesajların açıq şəkildə səslənməsi, elə bu tədbirin adı, yəni “Qardaş yumruğu” da başqalarına artıq fərqli bir yumruğun dəyəcəyinin xəbərdarlığı idi”.

Bu təlimlər ciddi bir hərbi-siyasi hadisə idi. 

F. Mustafanın fikrincə bu hadisə, həm də təlimlərin davamlı olacağının göstəricisidir.

Bundan sonra Azərbaycanla zarafat etmək, hədələmək istəyənlər anlamalıdırlar ki, onlar həm də birbaşa Türk dövlətini, millətini, ordusunu hədələyirlər.

Biz suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı istənilən həmləni birlikdə dəf edəcəyik. Bu baxımdan da burada narahatedici heç bir məqam yoxdur. Əslində bu hadisə bizim qətiyyətli və iradəli olduğumuzun nümayişi idi”,- deyə deputat qeyd edib.

Təlimlər yüksək peşəkarlıqla həyata keçirildi.

AzərbaycanTürkiyə bu təlimlərlə bölgəyə qardaş olduqlarını bir daha sübut etdi. 

Mesaj həm də bu idi:

"Qardaşın Türkiyə isə, sən daha güclüsən Azərbaycan!"

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI