?>

‘Qarabağ’ və ‘Olimpiakos’da son durum nə yerdədir?

Tural Məmmədov

2 yıl önce

SUMQAYIT, Azərbaycan

Nədənsə ölkəmizi UEFA Avropa Liqasında təmsil edən Ağdamın "Qarabağ" komandasının iki gün sonra Yunanıstanda yerli "Olimpiakos"la keçirəcəyi matç ərəfəsində ajiotaj və həyacan əvvəlkilərlə müqayisədə  azdır.

Digər oyunlar zamanı hələ xeyli öncədən həm mətbuatın, həm də azarkeşlərin diqqəti "köhlən atlar"a yönəlirdisə, indi vəziyyət bir qədər fərqlidir.

Bəlkə də bunu oyundan öncəki zaman kəsiyinin "yığma həftəsi"nə təsadüf etməsi və qazanılan ardıcıl qələbələrdən sonra müqaviləsi sentyabrın 30-da bitən əsas milli komandamızın italiyalı çalşdırıcısı Canni De Byazinin AFFA tərəfindən postunda saxlanılıb-saxlanılmayacağının yerli futbol ictimaiyyəti tərəfindən qızğın şəkildə müzakirə olunması ilə əlaqələndirmək olar.

Amma istənilən halda, reallıq budur ki, yerli futbol ictimaiyyətini oktyabrın 6-dakı matça hazırlaya bilmək üçün yeni konsepsiya ortaya qoya bilməmişik.

Ancaq bütün bunlar "Olimpakos"la oyunöncəsi heç də Qurban Qurbanovun komandasının son durumundan xəbərsiz olduğumuz anlamına gəlməməlidir.

Həmişə olduğu kimi, həm "Qarabağ"ın, həm də rəqibin düşərgəsində baş verənləri öyrənməyə xeyli öncədən başlamışdıq və topladıqlarımızı sizinlə bölüşməyin vaxtı çatıb.

Əhval-ruhiyyə amili və məşqçi qayğıları

Əhval ruhiyə baxımından həm UEFA Avropa Liqasında, həm də daxili çempionatda işləri yolunda gedən "Qarabağ" rəqibindən öndədir.

Yunanıstan təmsilçisi isə Avroliqada hesabına xal yazdırıra bilməməsi və ümumiyyətlə bu mövsüm avrokuboklarda qələbəyə həsrət olması. (Pireylilər Avropa Liqasına 11 metrlik cərimə zərbələri hesabına vəsiqə qazanıb. Həm “Slovan”, həm də “Apollon” bu üsulla mübarizədən kənarlaşdırılıb) azmış kimi yerli birincilikdə də istənilən nəticələri qazanmaqda çətinlik çəkir.

Amma komandadaxili atmosferi korlayan təkcə nəticələr deyil.

Bir neçə gün öncə daha öncə 2013-2015-ci illər aralığında komandanı çalışdırmış və iki dəfə Yunanıstan çempionu etmiş ispaniyalı Xose Miçeli baş məşqçi postuna gətirən Pirey təmsilçisi üçün 59 yaşlı mütəxəssis yad sima olmasa da, son 7 ildə dəyişən komandaya adaptasiya üçün köhnə-yeni məşqçiyə də vaxt lazımdır.

Üstəlik heyətdə də ciddi itkilər var.

Belə ki, qapıçı Tomas Vatslik, mərkəz müdafiəçiləri Usseynu Banınla Panayotis Retsos, həmçinin hücumçu Hvan Uy Co və bazar günü "Atromitos"la oyunda zədələnən Yussef El-Arabi "Qarabağ"la oyunu buraxacaqlar.

Bundan başqa, komandanın yeni transferləri  məşhur braziliyalı sağ cinah müdafəçisi MarseloKolumbiya milli komandasının heyətində zədələnən Xames Rodriqesin də cümə axşamı meydana çıxması sual altındadır.

Amma heyət baxımından Ağdam klubunda da itkilər var.

Belə ki, komandanın kapitanı Maksim Medvedev, Rahil Məmmədov və uzun müddətdir yaşıl meydanlardan kənar qalan Medinanın bu matçda meydan çıxması sual altındadır.

Düzdür, hər üç futbolçu "Neftçi" ilə həftəsonu keçirilən matçın iştirak ərizəsində yer almışdı, ancaq hər üçünün idman formasını bərpa etməsinə vaxt lazımdır.

Keçmişə ekskurs

"Qarabağ" avrokuboklarda ilk dəfə "Olimpakos"la üz-üzə gələcək,  amma ümumilikdə Yunanıstan klubları indiyə kimi bir neçə dəfə avrokuboklarda qarşılaşmışıq.

İlk belə mübarizə 2012/2013-cü illər mövsümündə o vaxt “İnter” adlanan hazırkı “Şamaxı” ilə “Asteras” (Tripolis) arasında olmuş və hər iki oyunun heç-heçə (1:1) başa çatması qalibin penalti seriyasında müəyyənləşməsini şərtləndirmişdi ki, orda da “Asteras” daha dəqiq (4:2) olmaqla mərhələ adlamışdı.

Yunanıstan təmsilçiləri ilə 2015/2016-cı illər mövsümünə təsadüf edən növbəti dueldə də heç bir matçda uduzmamışdıq, ancaq fərq orasında idi ki, bu dəfə sonda sevinən tərəf  Azərbaycan təmsilçisi idi.

Belə ki, həmin mövsüm “Panatinaikos”la səfərdə 2:2 hesablı heç-heçə edən “Qəbələ” doğma publika qarşısındakı matçında qapısını toxunulmaz saxlamaqla (0:0) səfər qolu prinsipi ilə mərhələ adlamışdı.

Elə həmin mövsüm UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qəbələ” bu mərhələdə də Yunanıstan klubu ilə mübarizə aparmışdı.

Maraqlıdır ki, “qırmızı-qaralar”ın “Panatinaikos”la olduğu kimi PAOK-la da hər iki qarşılaşması bərabərliklə (0:0) yekunlaşmışdı.

Bundan bir mövsüm sonra isə həmin PAOK bu dəfə “Qarabağ”a rəqib olmuşdu və hər iki oyunda (2:0, 1:0) Ağdam klubu rəqibini üstələmişdi.

Yunanıstan klubları ilə sonrakı qarşılaşma isə 2017/2018-ci illər mövsümünə təsadüf etmişdi.

Bu dəfə “Panatinaikos” “Qəbələ”dən revanş almış və (2:1, 1:0) mərhələ adlamışdı.

Yunanıstan təmsilçiləri ilə hələlik sonuncu qarşıdurma isə ötən “futbol ili”nə təsadüf etmiş və “Olimpiakos” hər iki oyunda “Neftçi”ni minimal hesabla məğlub etməklə Çempionlar Liqasından kənarlaşdırmışdı.

"Qarbağ" hansı heyətlə oynayacaq?

Cümə günü Yunanıstan səfərində "Qarabağ"ın hansı heyətlə meydana çıxacağı da az maraq doğurmur.

Xüsusən həftəsonu "Neftçi" ilə ağır oyunda enerji itirən komandanın heyətində müəyyən rotasiyaların olması gözləniləndi.

Şənbə günü "Neftçi"yə qarşı çıxış edən Şahruddin Məhəmmədəliyev, Marko Veşoviç, Bədəavi Hüseynov, Bəhlul Mustafazadə kimi futbolçular yenə arxa xəttə iş başında olacaq.

Yalnız Elvin Cəfərquliyevlə Toral Bayramov arasında seçim gözlənilir ki, burda da yorğun Cəfərquliyevdənsə, Bayramovun meydana çıxması proqnozlaşdırılır.

Orta xəttə isə Qara Qarayev, Riçard Almeyda, Abdullah ZubirKadi Borgesin meydanda olacağına şübhə yoxdur.

Hücumçu Ovusu Kvabenanın gerisində Filip Ozobiç oynasa, Kadi sağ cinahda forma geyəcək.

Yox, əgər yaxşı formada olan Ramil Şeydayev cinahda vinger kimi oynamaq şansı qazansa, o zaman Borges pleymeyker kimi çıxış edəcək.

"Olimpiakos"da qeyri-müəyyənlikdir

Həftəsonu ölkə çempionatında "Atromitos"a iki cavabsız qola qalib gələn Yunanıstan çempionu pis başladığı "futbol ili"ndə ikinci pilləyə qədər yüksəlsə də, lider "Panatinaikos"dan 7 xal geri qalması hələ də vəziyyətin ürəkaçan olmadığına işarədir.

Ən əsası komandanın oyun sistemi ilə bağlı sual doğuran məqaamlar yetərincədir.

Belə ki, cari mövsümə portuqaliyalı Pedro Martinşin rəhbərliyi altında başlayan və  4-2-3-1 düzülüşündən istifadə edən "Olimpiakos"a avqust ayında təyunat alan ispaniyalı Karlos Korberanın gəlişindən sonra 4-3-3 sxemindən istifadə etməyə başlamışdı, ancaq onun uğursuz bir aylıq fəaliyyətindən sonra onun postunu tutan Xose Miçel daha çox 4-4-2 taktiki düzülüşündən istifadə edir ki, bu da futbolçuların ispaniyalı məşqçinin yeni taktikasına uyğunlaşmasında çətinlik yaradır.

Cari mövsüm yeni başlasa da, artıq üçüncü məşqçi ilə işləməyin futbolçular üçün problem yaratması başadüşüləndir.

Bu səbəbdən də komandanın həm hücum, həm də müdafiə xəttində problem var.

Məhz bunun nəticəsidir ki, Pirey təmsilçisinin cümə axşamı meydana hansı onbirliklə çıxacağını təxmin etmək asan deyil.

Əsas qapıçı Tomas Vatslikin yoxluğunda Atanasios-Teoloqos Papadudisin, yoxsa Kostas Tsolakisin meydana çıxacağı bilinməsə də, son oyunda meydanda olan 20 yaşlı Tsolakisin şans qazanacağı ehtimal olunur.

Müdafiə xəttində mərkəz müdafiəçiləri Usseynu BanınPanayotis Retsosun xidmətindən məhrum olan Yunanıstan klubunda müdafiənin mərkəzində dueti Pape Abu SisseSokratis Papastatopulos təçkil edəcək.

Arxa xəttin sağında Şime Vrsalko, əks cinahda isə ya zədəsini yenicə sağaldan Marselo, ya da Oleq Ryabçuk forma geyəcək.

Orta xəttə isə Yann MVila, Marius Vrusai, Yorqos MasurasHvanq İn-beomun çıxış etməsi proqnozlaşdırılır.

Hücum zonasında Hvan Uy CoYussef El-Arabi kimi forvardları zədələli olan "Olimpiakos"da adi UEFA-ya təqdim olunan iştirak ərizəsinə daxil edilməyən yeni transfer Sedrik Bakambu da "Qarabağ" qarşı oynamayacaq.

Belə də baş məşqçinin Ağdam klubu ilə matçda Mavritaniya millisinin hücumçusu Abubakar Kamaraya şans verməsi gözlənilir.

Heyətdəki dörd hücumçudan üçünün oynamaq imkanından məhrum olması yunan klubunun bir hücumçu ilə meydan çıxmasını şərtləndirir ki, belə olduqda da məşhur fransız Matyö Valbuenanın meydan çıxmaq fürsəti olacaq.

Fransa millisinin sabiq üzvünün təcrübəsinə bel bağlayacaq məşqçilər korpusu 38 yaşlı yarımmüdafiəçiyə hücumçunun arxasında yer verəcək.

.

Tural Məmmədov, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI