?>

28 may tarixi Azərbaycan xalqı üçün ən önəmli tarixlərdən biridir

İradə Cəlil

6 ay önce

28 may tarixi Azərbaycan xalqı üçün ən önəmli tarixlərdən biridir

BAKI, Azərbaycan

"28 may 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti elan olundu. Məhəmməd Əmin Rəsulzadə və onun ətrafında olan Azərbaycan dövlətinin qurucuları Azərbaycan dövlətin şərqdə ilk demokratik respublika kimi yaranmasını elan etdilər.

Demokratik respublika, nəinki şərqdə, hətta Avropanın - ümumilikdə AvropaAsiya məkənanında ilk dəfə qadınlara səs vermək hüququ ilə bağlı yenilik tətbiq etdi.

Bu gün dünyada demək olar ki, bütün dövlətlərdə mövcud olan həmin o addımı şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti tətbiq etmişdi. Həmin o respublika ənənələrinin əsasının qoyulduğu dövlətdə bizdə hökümət, ordu və dövlətin idarəetmə rəmzlərini özündə ehtiva edən təssisatları yaradıldı.

Dövlətin rəmzləri formalaşdırıldı. Üçrəngli bayrağımız, himnimiz Azərbaycan xalqının tarixinə silinməz hərflər ilə yazılıb".

Bu barədə Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov danışıb.

Politoloq qeyd edib ki, Azərbaycan 23 ay ərzində mövcud olmasına baxmayaraq, Azərbaycan dövlət ənənələrinin qorunması ilə bağlı ciddi tarixi fəaliyyət göstərib.

- Xəyal Bəşirov

“O zamanlar dünyada ciddi katakilizmlər var idi. 1-ci Dünya müharibəsinin yenicə bitməsi, daha sonra Sovetlər İttifaqı kimi böyük bir qapalı despotik bir dövlətin yaranması və onun qonşuluğunda belə kiçik gənc bir müstəqil dövlətin elan edilməsi o zamankı qüvvələr tərəfindən qəbul edilmirdi.

Bu, tarixi torpaqlarımızın itirilməsi bahasına başa gəlsə də, hətta qurulandan sonra belə torpaqlarımızın itirilməsi və ümumilikdə sonradan dövlətin yenidən süquta uğraması heç də Azərbaycanda Respublika ənənələrinin tam bitməsinə gətirib çıxarmadı.

Azərbaycan xalqı öz ürəyində, öz tarixində, öz yaddaşında o respublikaçılıq ənənələrini qoruyub saxladı”-deyə politoloq qeyd edib.

Xəyal Bəşirov əlavə edib ki, 70 ildən sonra olsa belə, yenidən Azərbaycan özünün müstəqilliyini bərpa etmək və respublika ənənələrinə qovuşmaq istiqamətində addımlar atdı.

Politoloqun vurğulayıb ki, 28 may tarixi bizim üçün ən önəmli tarixlərdən biridir.

Bu gün də dövlətimiz tərəfindən ən yüksək səviyyədə keçirilən bayramlardan dövlətçilik bayramlarından biridir.

Prezident İlham Əliyevin dəfələrlə 28 may tarixində etdiyi ənənəvi çıxışları zamanı, Azərbaycan xalqının gözəl tarixi keçmiş olan Azərbaycan Xalq Cümhuriyyəti dönəminə aid mötəbər fikirləri, dəyərli mövqeyi həmişə səsləndirilib.

Bizim dövlətimizin dövlətçiliyimizin və respublikaçılığımızın ənənələrini o zaman qoyması ilə bağlı bu gün xalqımızın mövqeyində heç bir dəyişiklik yoxdur.

Sadəcə güclü dövlətin qurulmaması, o zamanlar regionda baş verən hadisələr bəzi məqamlarda yanlışlıqlar, bəzi məqamlarda obyektiv səbəblər və eyni zamanda qeyd etdiyimiz kimi şimalda çox böyük bir dövlətin qurulması Azərbaycan dövlətinin müstəqilliyinin ömrünü qısaltdı.

Hər bir halda yenidən tarixi obyektivlik özünü bərqərar etdi. Azərbaycan xalqı yenidən Sovet İttifaqının süquta uğramasından sonra digər respublikalar kimi özünün müstəqilliyini bərpa etdi.

Azərbaycanda yenidən respublika ənənələrinin formalaşdırılması və müstəqil respublikaya qoşulması ilə bağlı addımlar atıldı. Xüsusilə, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra respublikaçılığın gücləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Ulu öndər həmişə özü də çıxışlarında keçmiş cümhuriyyət ənənələrimizə hörmətini və rəğbətini bəyan etmişdir.

Bizim dövlətimizin və müstəqilliyimizin bərpa edilməsi ilə bağlı mövqe bildirməsi, əslində o respublika ənənələrinin davamının gətirilməsinə işarə idi”-deyə Xəyal Bəşirov qeyd edib.

Politoloq bildirib ki, bəzi məqamlarda fikirlər səsləndirdilər ki, Azərbaycan müstəqilliyini 1991-ci ildə qazandı.

“Bununla bağlı həm ulu öndərin, həm də prezident İlham Əliyevin mövqeyi var ki, Azərbaycan 1991-ci ildə özünün müstəqilliyini bərpa etmiş oldu. Müstəqilliyimizin bərpa edilməsi mövqeyi bir daha da xəbər verir ki, Azərbaycanın müstəqilliyi sadəcə indiki dönəmlə bağlı deyil.

İndiki dönəm ilə məhdudlaşmır. Bizim 23 aylıq dönəmimiz də olub. Eyni zamanda Sovet İttifaqı dönəmində, xüsusilə də o zamanlar Azərbaycana 13 il ərzində rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu, ondan sonra Sovet İttifaqında ən yüksək vəzifələrdən biri kimi Sovet İttifaqı nazirlər sovetinin sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü kimi fəaliyyət göstərdiyi dönəmdə də Azərbaycan dövlətinin, dövlətçiliyinin, respublikaçılıq ənənələrinə apara biləcək bir yolun qorunması istiqamətin addımlar artır.

Məhz bunlardan biri kimi mən deyə bilərəm ki, Azərbaycanın 1978-ci ildə konstitusiyasına Azərbaycan dilinin daxil edilməsi ulu öndərin o zamanlar prinsipial mövqeyi ilə bağlı idi.

Təbii ki, bu da Azərbaycan amini ilə bağlı bütün məqamlar məhz bizim dövlətçiliyimizin ənənələri ilə bağlıdır ki onu da biz tarix boyu yaşamışıq”-deyə Xəyal Bəşirov fikrini yekunlaşdırıb.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI