Fransanın tərbiyəsizliyi artıq Azərbaycanda böyük bir ikrah doğurur
BAKI, Azərbaycan
"Fransa tərəfi əmin olmalıdır ki, Azərbaycana qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq".
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa tərəfinin Azərbaycanı “diktatura” adlandırması məsələsi ilə bağlı yerli medianın sualına cavablandırarkən deyib.
Nazirliyin mətbuat katibi qeyd edib ki, Fransa tərəfi bu kimi məsuliyyətsiz və qəbuledilməz açıqlamalara görə, nəinki üzrxahlıq diləməyib, hətta Le Point və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirib. “Bu ölkənin “demokratiya” pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdidir"-deyə Ayxan Hacızadə bildirib.
Mətbuat sözcüsü qeyd edib ki, buna görə də, Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı.
Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Fransa tərəfinin sözün həqiqi mənasında tərbiyəsizliyi artıq Azərbaycanda doğrudan da böyük bir ikrah doğurur. Çünki hər hansısa bir şəkildə Azərbaycanın bir müstəqil dövlət kimi maraqlarına zidd davranışlar və xüsusilə də, erməni fobiyasını özündə daşıyan erməniçiliyi özündə yaşadan bir dövlətdən başqa ölkələrə ağıl öyrətmək niyyətləri əslində səmərəsiz və əhəmiyyətsiz çalışmalardı.
-Fazil Mustafa
“Biz də bu istiqamətdə əlimizdən gələni edəcəyik ki, Azərbaycanın maraqlarına toxunan hər hansı bir addım baş verməsin. Azərbaycan tərəfinin mövqeyini bütün platformalarda hamılıqla müdafiə etməyə çalışacayıq.
Bizim dostlarımızın da sayı çoxalmaqdadır. Ona görə də bu cür absurd yanaşmalar Fransanın özü üçün də böyük bir təhlükə yaradır. Çünki bu ölkə özü ilə gələcəkdə normal münasibət saxlamağa çalışan bütün ölkələrlə münasibətlərini pozmuş olacaqdır.
Bu da acınacaqlı bir durumdur. Hər halda Fransanın bu addımları qınanılasıdır”-deyən deputat əlavə edib ki, Azərbaycan tərəfindən də hər zaman sərt qarşılıqla cavablarını alacaq.
.
İradə Cəlil, dikGAZETE.com