?>

Bu hadisənin Azərbaycan İran münasibətlərinə heç bir təsiri olmayacaq

İradə Cəlil

6 ay önce

-İlham Əliyev, Seyid İbrahim Rəisi

Bu hadisənin Azərbaycan İran münasibətlərinə heç bir təsiri olmayacaq

BAKI, Azərbaycan

Mehr xəbər agentliyinin mayın 20-də verdiyi məlumata görə, İran prezidenti İbrahim Rəisi helikopter qəzasında həlak olub.

Agentlik həmçinin qeyd edib ki, təyyarədə olan hər kəs, o cümlədən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan da ölüb.

Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianı daşıyan helikopter bazar günü Şərqi Azərbaycanda sıx meşəlik əraziyə düşüb”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl “Reuters” ölkə hökumətindəki mənbəyə istinadən xəbər vermişdi ki, qəza nəticəsində Rəisinin idarə heyəti tamamilə yanıb.

Rəisinin korteji üç helikopterdən ibarət olub. Onunla bərabər təyyarədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və digər rəsmi şəxslər olub.

Karvandan daha iki helikopterin təhlükəsiz şəkildə təyinat yerinə çatdığı bildirilib. Qəzadan sonra müxtəlif dezinformasiyalar yayılmaqdadır.

Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, bəzi fake kanallar, Ermənistandan "saxta" kanallar dezinformativ materiallar yaymaq istəyirlər.

-Rüfət Quliyev

Deputatın fikrincə, bu hadisənin Azərbaycan İran münasibətlərinə heç bir təsiri olmayacaq.

“Əfsuslar olsun ki, təzəlikcə çox gözəl mehriban formada dil tapmışdıq. İbrahim Rəisinin və komandasının Azərbaycana xüsusi və isti münasibəti vardı. Biz bu münasibətləri inkişaf etdirəcəkdik”-deyən Rüfət Quliyev vurğulayıb ki, bu hadisə qəza idi. Qəza baş verəndə isə, başqa söz-söhbətə ehtiyac qalmır.

İstər daxili, istərsə də xarici qüvvələr var ki, onlar Azərbaycan-İran münasibətlərinin korlanmasının marağında olublar

"İran prezidenti İbrahim Rəisi və helikopterdə olan digər şəxslərin ölümü həqiqətən çox sarsıdıcı xəbər oldu. Bu hadisə hər kəs üçün gözlənilməz oldu.

İranla son zamanlar dövlətlərarası münasibətlərin kəskinləşməsi və yenidən dostluq əlaqələrinin xatırlanması olduqca təbii hadisələrdir. Çünki siyasət və idarəçilikdə maraqların toqquşması, zidd gəlməsi mümkün hallardır".

Bu barədə Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat bildirib ki, tarix boyu İranla dostluq qardaşlıq münasibətlərimiz olub. Bundan sonra da bizim əlaqələrimiz davam edəcək.

-Müşfiq Cəfərov

Deputatın fikrincə, İranın müasir texnologiyalardan istifadəsinə, alqı-satqısına beynəlxalq aləmdə kifayət qədər sanksiyalar mövcuddur. Bu səbəbdən də prezident İbrahim Rəisinin də səfər etdiyi helikopter müasir standartlara cavab vermirdi desəm, yanılmaram. Sözsüz ki, qəzanın səbəbləri barədə İran kəşfiyyatı araşdırma aparacaq və bütün sualların da cavabı məhz bu araşdırmanın yekununda gizlidir.

Müşfiq Cəfərov qeyd edib ki, ətrafda yayılan dezinformasiyalara inanmaq lazım deyil. İstər daxili, istərsə də xarici qüvvələr var ki, onlar Azərbaycan-İran münasibətlərinin korlanmasının marağında olublar.

"Mən deyərdim ki, bu faciədən də faydalanmağa çalışıb, suyu bulandırmağa cəhdlər olacaq. Lakin heç kim, heç bir dövlət konkrekt fakt olmadan hadisəyə hər hansı xarici bir müdaxilənin olmasına işarə etməməlidir"-deyə deputat əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com

 

YAZARIN DİĞER YAZILARI