?>

Azərbaycan və İranı böyük tarix birləşdirir

İradə Cəlil

7 ay önce

Azərbaycan və İranı böyük tarix birləşdirir

BAKI, Azərbaycan

"Azərbaycanİranı böyük tarix birləşdirir. Xalqlarımız bir yerdə qurub yaratmışlar və bu gün də dostluğunu sarsılmaz edərək davam etdirirlər. Azərbaycanİran dövlətləri qarşlıqlı fayda və hörmət əsasında münasibətlərini davam etdirməklə əməkdaşlığını genişləndirir".

Bu barədə Milli Məclisin deputatı Azər Badamov danışıb.

Deputat qeyd edib ki, bu gün Azərbaycan-İran münasibətləri birgə həyata keçirilən layihələrlə daha da möhkəmlənir. Dövlət başçılarımızın Araz çayı üzərində inşa edilən hidroqovşaqların istifadəyə verilməsi mərasimində iştirakı və keçirilən ikitərəfli görüş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini göstərir.

-Azər Badamov

“Düzdür, münasibətlərimizə kölgə salmaq və bir-birimizi üz-üzə qoymaq istəyən qüvvələr oldu. Amma onların bütün cəhdləri boşa çıxdı. Bu gün iki ölkənin sərhədində keçirilən səmimi görüş münasibətlərimizin gələcəyini müəyyənləşdirir. Prezident İlham Əliyev xüsusilə qeyd edərək bildirdi ki, “İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”. Bəli, ərsəyə gətirdiyimiz birgə layihələrlə xalqlarımızın rifahının yaxşılaşmasına, regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə vermiş oluruq”-deyə deputat əlavə edib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycanİran bir yerdə çalışmaqla, əməkdaşlığını genişləndirir və regionumuzun beynəlxalq əhəmiyyətinin artmasına xidmət edəcək addımlar atır.

Əməkdaşlığımız dostlarımızı sevindirir. Düşmənlərimiz isə öz işləri ilə məşğul olsunlar və regionumuza müdaxilə etmək cəhdlərindən əl çəksinlər.

“Dövlət başçımız görüşdə xüsusilə vurğulayaraq bildirdi ki, “Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək”. Təəssüf ki, regionumuzdan uzaq və regionumuzda maraqlarını həyata keçirmək istəyən ölkələrin daxili işlərimizə qarışmasını və bölgədə sabitliyi pozmağa etdiyi cəhdlərini görürük.

Amma onlar başa düşməlidirlər ki, bizim regionumuzun kursunu özümüz müəyyənləşdiririk.

Ona görə də kənar qüvvələrə bizim regionumuzda yer yoxdur. Əgər regionumuzla əməkdaşlıq etmək istəyirlərsə bunu bizim razılığımızla etməlidirlər. Əks halda onların bütün cəhdləri onların özlərinə yönələcəkdir. Çünki regionumuzun əsas güc mərkəzləri Azərbaycanİrandır”-deyən Badamov vurğulayıb ki, bizim dostluğumuz və əməkdaşlığımızın möhkəmlənməsi yeni bir monolit siyasi, iqtisadi və hərbi gücü ortaya gətirir.

Dostluğumuz xalqlarımızın və dövlətlərimizin milli maraqlarına söykənir.

.

İradə Cəlil, dikGAZETE.com

- Aliyev ve Reisi, Azerbaycan-İran sınırında Kız Kalesi ve Hudaferin barajlarının açılışını yaptı

https://www.dikgazete.com/haber/aliyev-ve-reisi-azerbaycan-iran-sinirinda-kiz-kalesi-ve-hudaferin-barajlarinin-acilisini-yapti-891165.html

YAZARIN DİĞER YAZILARI